Dekripitasiya üsulu
Dekripitasiya üsulu — belə bir təsəvvürə əsaslanır ki, mineralın böyüməsi dövründə zəbt etdiyi birfazalı flüid və ya məhlul soyuduqda və təzyiq aşağı düşdükdə maye, qaz və bəzən bərk fazalara parçalanır, mineralı qızdırdıqda isə proses əks istiqamətdə gedir və möhtəvinin bir fazalıya çevriləməsinədək davam edir. Təzyiq və konsentrasiyaya düzəlişlər etdikdən sonra möhtəvinin partlayış temperaturu, mineralın əmələ gəlmə temperaturu kimi qəbul edilir. Partlayış temperaturu ossiloqraf, elektromexaniki sayğac və başqa cihazlar vasitəsilə qeydə alınır. Sinonim: Termosəs üsulu.
== Həmçinin bax ==
Mineral
Maye
Qaz
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.