Beşyarpaq dişotu
Beşyarpaq dişotu - Dentaria quinquefolia Bieb.
Hündürlüyü 20-40 sm, gövdəsi düz, sadə, çılpaq, aşağı hissədə yarpaqsız, yuxarıda üç yarpaqdan ibarət olan köbəli çiçək qrupu altında üfüqi pulcuqlu kökümsovları olan çoxillik
ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları lələkvaridir, 3-5 neştərə oxşar-xətvari sivri dişli yarpaqcıqlardan ibarətdir. Yarpaqların qoltuğunda soğanaq əmələ gəlmir.
== Çiçək ==
Salxımlar 6-15 ədəd çiçəkdən ibarət olub, kifayət qədər sıxdır. Ləçəkləri 10-15 (20) mm uzunluğunda olub, əksinəyumurtaşəkilli pazvaridir və bənövşəyi, bəzən çəhrayı rəngdə olur. Qını 35-50 mm uzunluğunda, eni 2-5 mmdir, köndələn formada üzüyuxarı durmuş və uzunluğu 3-4 mm olan sütuncuğa daralmışdır.
== Azərbaycanda yayılması ==
BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Lənk.-dağ., Lənk.düz., Ovalıqdan orta dağ qurşağına qədər.
== Yaşayış mühiti ==
Qaranlıq meşələrdə, əsasən fıstıq meşələrində üstünlük təşkil edir.
== Təsərrüfat əhəmiyyəti ==
Kökümsovu bişmiş halda yeyilir.