Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tezer Daşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. == Həyatı == Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub.Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Daşqıranla ailə qurur və Vyanaya gedir.
İtqıran
İtqıran (Nor Aznaberd – erm. Նոր Ազնաբերդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin '' Məvaziyi-Xatun'' nahiyəsində Itqİran kimi qeyd olunmuşdur. 1728-ci ilə aid mənbədə '' Hüseyn vələdi Mövlud'' adlı şəxsə (mülkədara) aid kənd olduğu göstərilir. 1935-ci ildə kənd guya pis səsləndiyinə görə "Gülüstan" adlandırılmışdır.1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir. == Toponimi == Toponimin birinci komponenti qıpçaqların Et tayfasının adından ibarətdir. 1185-ci ilə aid bir rus salnaməsində Cənubi Şərqi Avropa çöllərində poloveslərin (qıpçaqların) bir tayfasının adı Etebiçi ("Et''etnonimdən, ''oba''sözündən və rus dilində əlavə olünmuş ''içi'' pat-ronimik şəkilçisindən) kimi qeyd olunmuşdur. Bu tayfanın adı Etil (Et eli, yə’ni tayfası) kəndinin adında da (bax) əksini tapmışdır. 1588-ci ilə aid mənbədə Gəncə qəzasının ''Kürək aranı'' (yə'ni ''Kürəkçay sahilində qışlaq'') adlı yerdə Idlu (Etlu etnoniminin təhrif forması) adlı bir elin qışlaması qeyd olunur .
Tezer Taşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. == Həyatı == Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub.Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Daşqıranla ailə qurur və Vyanaya gedir.
İtqıran (dərə)
İtqıran — Azəarbaycan Respublikası Cəbrayıl rayonu dağ Tumas kəndi ərazisində dərə adı. == Toponimikası == Ermənistanda İtqıran kənd və Laçın rayonu çəmbər kəndi ərazisində İtqıran dağ adları ilə mənaca eynidir. Qıpçaqların İd (Ed, Et) tayfasının adından və qədim türk dillərində kuran "50 alacıqdan ibarət düşərgə" sözündən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Nalçik dairəsində İtqırtı (dağ), İtkolu (çay), həmin əyalətin Qrazlı dairəsində Etkala, Azərbaycanda İtyat (dağ) Ermənistanda İtgör. Gürcüstanda İdleti hazırda Azərbaycanda Ətcələr və b. adlarla mənşəcə eynidir.
İtqıran nekropolu
İtqıran nekropolu — Yаşаyış yеrinin 1 km-liyində yеrləşir. Qəbirlər qərb-iərq istiqаmətindədir. Bаşdаşılаrı hündür оlub əksəriyyətinin bir üzündə аypаrа təsvir еdilmişdir. Mərhumlаrın аdlаrı cızmа üsulu ilə dаş üzərinə həkk еdilmişdir. Kitаbələr ərəb əlifbаsı ilə yаzılmışdır. Оnlаrın üzərində Əli, Mаqsud, Həsən, Zеynəb, Fаtmа və bаşqаlаrının аdlаrı охunur. Əsrlərin sınаğındаn çıхıb zəmаnəmizədək qаlmış müsəlmаn qəbirstаnlığıı еrmənilər tərəfindən dаğıdılıb məhv еdilmişdir. Nеkrоpоl еyniаdlı yаşаyış yеrinə məхsus оlub 9-17 əsrlərə аiddir.
İtqıran yaşayış yeri
İtqırаn yаşаyış yеri — Еl аrаsındа Dərələyəz sırа dаğlаrının ən hündür yеri Mаilхаn аdlаnır. Mаilхаn dаğının аrхаsındа yеrləşən İtqırаn yаşаyış yеrinin хаrаbаlıqlаrı indi də qаlmаqdаdır. Еvlər düzbucаqlı fоrmаlıdır. Yаşаyış binаlаrı dаşdаn inşа еdilmiş, bəzi еvlərin tikintilərində çiy kərpic və möhrədən istifаdə оlunmuşdur. Еvlərin içərisində dördkünc və tаğşəkilli tаxçаlаr vаrdır. Yеrüstü mаtеriаllаr çəhrаyı rəngli şirli və şirsiz kеrаmikаdаn ibаrətdir. Yаşаyış yеri IX-XVII əsrlərə аiddir.
Ləşgiran (Salmas)
Ləşgiran (fars. لشگيران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 441 nəfər yaşayır (71 ailə).
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Yengi İspiran (Təbriz)
Yengi İspiran (fars. ينگي اسپران‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,012 nəfər yaşayır (735 ailə).