İtqıran (Nor Aznaberd – erm. Նոր Ազնաբերդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2][3]
Kənd | |
İtqıran | |
---|---|
39°32′39″ şm. e. 45°25′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.580 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
1590-cı ilə aid mənbədə Rəvan əyalətinin '' Məvaziyi-Xatun'' nahiyəsində Itqİran kimi qeyd olunmuşdur[4][5]. 1728-ci ilə aid mənbədə '' Hüseyn vələdi Mövlud'' adlı şəxsə (mülkədara) aid kənd olduğu göstərilir[6][7]. 1935-ci ildə kənd guya pis səsləndiyinə görə "Gülüstan" adlandırılmışdır.1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir.
Toponimin birinci komponenti qıpçaqların Et tayfasının adından ibarətdir. 1185-ci ilə aid bir rus salnaməsində Cənubi Şərqi Avropa çöllərində poloveslərin (qıpçaqların) bir tayfasının adı Etebiçi ("Et''etnonimdən, ''oba''sözündən və rus dilində əlavə olünmuş ''içi'' pat-ronimik şəkilçisindən) kimi qeyd olunmuşdur[8]. Bu tayfanın adı Etil (Et eli, yə’ni tayfası) kəndinin adında da (bax) əksini tapmışdır. 1588-ci ilə aid mənbədə Gəncə qəzasının ''Kürək aranı'' (yə'ni ''Kürəkçay sahilində qışlaq'') adlı yerdə Idlu (Etlu etnoniminin təhrif forması) adlı bir elin qışlaması qeyd olunur [9]. Mahmud Qaşqari oğuz tayfalarından danışdıqda It-Peçeneq tayfasının da adını çəkmişdir. Toponimin ''qİran'' komponenti isə türk dillərində kuren, kuran, '' hərbi düşərgə'', ''maldar elin müvəqqəti dayanacaq yeri''[10][11]sözündən ibarətdir (Bu söz barədə bax: Budaqov L.Z. II, 152; Radlov V.V. II, 2, 1455). XIII əsr müəllifi Rəşidəddin yazır ki, hər hansı bir maldar el bir yerdə dayandıqda ortada başçının (xanın) çadırı yerləşmək е'tibarilə alaçıqlardan dairəvi formada yaradılan dayanacaq kuran adlanır. Bir qayda olaraq hər kuran 1000 alaçıqdan ibarət olurdu[12]. Kuren, bir qayda olaraq qohum ailələr qrupunu birləşdirirdi və başında xan dururdu[13]. XII əsrə aid rus mənbəyində qıpçaqlarda Itoqlı xan adı da qeyd olunmuşdur[14].. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində It- Sırtı dağı, Itkolu çay adı, həmin əyalətin Qroznı dairəsində Et-Kala[15], Azərbaycanda Yelizavetpol quberniyasında It-yan dağ adı[16], Tiflis quberniyasının Qori qəzasında Idlеti (Idli və gürcücə еti "yer" sözlərindən)[17], bə'zi rayonlarımızdakı Ətcələr (əsli Etcələr, yə'ni ''Еt tayfasından olanlar'') kənd adları və XIX əsrdə Quba qəzasında Etilər dağı, oronimi bu etnonimlə bağlıdır. Kəndin adı ''Еt tayfasının düşərgəsi'' mə'nasını verir. Toponim tarixi mənbələrində adı çəkilən itbarak tayfa adında[18][19] öz əksini tapan və etnonimi kimi işlənən it və qədim türk dilində "kənd yaşayış yeri, meşədə yurd, dəyə, maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren//kuran (>qıran) sözündən[20] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gülüstan, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Nor Aznaberd qoyulmuşdur.
Kənddə 1831-ci ildə 157 nəfər, 1873-cü ildə 257 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 235 nəfər, 1904-cü ildə 490 nəfər, 1914-cü ildə 539 nəfər, 1916-cı ildə 442 nəfər yalnız azərbaycanlı yaşamışdır[21]. 1918-ci ildə kəndə erməni təcavüzünə məruz qalaraq qalmış və kənddə yaşayan azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 127 nəfər[21], 1939-cu ildə 202 nəfər, 1959-cu ildə 148 nəfər, 1979-cu ildə 253 nəfər yalnız azərbaycanlı yaşamışdır[22]. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən kəndin bütün sakinləri tarixi-etnik vətənlərindən deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır.