Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beşyarpaq dişotu
Beşyarpaq dişotu - Dentaria quinquefolia Bieb. Hündürlüyü 20-40 sm, gövdəsi düz, sadə, çılpaq, aşağı hissədə yarpaqsız, yuxarıda üç yarpaqdan ibarət olan köbəli çiçək qrupu altında üfüqi pulcuqlu kökümsovları olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları lələkvaridir, 3-5 neştərə oxşar-xətvari sivri dişli yarpaqcıqlardan ibarətdir. Yarpaqların qoltuğunda soğanaq əmələ gəlmir. == Çiçək == Salxımlar 6-15 ədəd çiçəkdən ibarət olub, kifayət qədər sıxdır. Ləçəkləri 10-15 (20) mm uzunluğunda olub, əksinəyumurtaşəkilli pazvaridir və bənövşəyi, bəzən çəhrayı rəngdə olur. Qını 35-50 mm uzunluğunda, eni 2-5 mmdir, köndələn formada üzüyuxarı durmuş və uzunluğu 3-4 mm olan sütuncuğa daralmışdır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Lənk.-dağ., Lənk.düz., Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Qaranlıq meşələrdə, əsasən fıstıq meşələrində üstünlük təşkil edir. == Təsərrüfat əhəmiyyəti == Kökümsovu bişmiş halda yeyilir.
Dırqoyu
Dırqoyu — iki hissəli yallı havası. Dırqoyu "qırqovul" sözünün təhrif olunmuş formasıdır. Burada qanadı qırılmış quşun obrazı əks olunduğundan rəqs süjetli yallılardan sayılır. İkinci adı "qaleyi" olan bu yallıya "siyaqutu" da deyirlər. Lakin "siyaqutu" rəqsin 2-ci hissəsinin adıdır. Bu hissə Şərurda ayrıca bir yallı kimi də (bir hissəli) ifa edilir. Yallının melodik dili də bu baxımdan fərqlidir. Belə ki, rəqsin 1-ci hissəsi "bayatı-qacar" muğamında, 2-ci hissəsi isə "şur" muğamında səslənir. Rəqsin süjet xəttinə əsasən, quş qanadı sındığından uça bilmir, lakin buna baxmayaraq tez-tez onu qaldıraraq hərəkətə gətirmək istəyir. Quşun uçmaq istəyi, yaşamaq həvəsi rəqsin xoreoqrafik quruluşunda çox dolğun şəkildə öz əksini tapmışdır.
Yapon birgözü
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Koreya və Çindir. == Botaniki təsviri == Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır.
Çin birgözü
Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır. == Ekologiyası == May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır.
İbota birgözü
İbota birgözü (lat. Ligustrum ibota) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır. == Ekologiyası == İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir.