Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Omonimlər
Omonim (yun. ὁμός ὄνομα - eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: "Meyvə ağacları əkilmiş sahə" və "Bir şeyi bağlamaq üçün ip" mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bu sözlər omonim deyil: 1) Yazılışı eyni olan, vurğusuna görə fərqlənən sözlər paronim adlanır 2) Yazılışı ilə oxunuşu eyni, lakin kökləri fərqli olan sözlər omoqraf adlanır 3) Ümumi və xüsusi sözlər; 4) Yazılışı və tələffüzü eyni, bir-birinə məcaz yolu ilə bənzəyən sözlər (belə sözlər çoxmənalı sözlər sayılır, omonimlərdə məcaz olmur). == Omonim, Omofon, omoqraf == Omonim - deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözlərdir.
Toponimlər
Toponimika — (q.yun. τόπος — topos — yer və ὄνομα — onoma) — coğrafi adları; toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Mənası yer deməkdir Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol qaydalarının, habelə İber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları aşkara çıxarılmışdır. Ginnes Rekordlar kitabına görə ən uzun adlı toponim Yeni Zellandiyada hündürlüyü 305 metr olan Taumatavhakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaivhenuakitanatahu (92 hərf) təpəsidir. == Toponimlərin növləri == Aqoronim— meydan adları (qədim yunanca ἀγορά — meydan, sahə). Antrotoponim — şəxs adlarından törəmiş coğrafi adlar (qədim yunanca ἄνθρωπος — insan). Astionim — şəhər adları (qədim yunanca ἄστυ — şəhər).
Daşarası (Xudafərin)
Daşarası (fars. داش اراسي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Daşarası kabab
Daşarası kabab — Azərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü. == Hazırlanması == Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.
Dilaram Sultan
Dilaram Sultan (1595 və ya 1612 – 1647 və ya 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi, Şah I Səfinin anası. == Həyatı == Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi.Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir. Onu bir neçə qızla İsfahan sarayına aparırlar.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Dilras Banu Bəyim
Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça. Ölümündən sonra "Dövrünün Rəbiyəsi" olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir.Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır. Bundan başqa Dilras Banu Bəyimlə Övrəngzibin Zeb-un Nisə, Zinət-un Nisə, Zubdat-un Nisə adlı qızları, vəliəhd olan oğlundan başqa da Məhəmməd Əkbər adlı bir digər oğlu olmuşdur.
Naxçıvan Muxtar Respublikasındakı toponimlər
Naxçıvan Muxtar Respublikasındakı toponimlərı — Naxçıvanın coğrafi adlarının toponimləri. == Etnik mənşəli toponimlərin tarixi == Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış coğrafi adların bir qrupu uzaq, tarixi keçmişdə meydana gəldiyi halda, başqa bir qrupu orta əsrlərdə və qismən müasir dövrdə yaranmışdır. Coğrafi adların tarixi, dilçilik, coğrafi baxımdan tədqiqi onların yaranma vaxtının aydınlaşdırılması, mənalarının aşkarlanması paralellərinin müəyyənləşdirilməsində və coğrafi yerləşməsinin aşkarlanmasında mühüm elmi əhəmiyyət kəsb edir. Deməli, toponimlər tarixi dəlilsiz, köksüz, etimologiya baxımından izahsız lal, coğrafi cəhətdən araşdırılmadan isə məkansızdı.Naxçıvan MR ərazisində mövcud olan coğrafi adlardan bir qrupunun adı türkdilli xalqların yaşadığı ərazilərdə də tarixən kök salmışdır. Naxçıvan bölgəsi Manna (e.ə. IX–VII əsrlər), Maday (e.ə. VII–VI əsrlər) və Atropatena (e.ə. IV-əsr-b.e. IV–III əsrinə qədər) dövlətlərinin tərkib hissəsi olmuşdur. Manna və Maday dövlətləri vaxtlarında Naxçıvan bölgəsinin necə adlandığı müəyyən edilməmişdir.
Totemlərlə əlaqədar mifoloji toponimlər
Totemizmin əlamətlərinin meydana gəlməsi insanın mədəni inkişafa doğru atdığı ən uğurlu addımlardan biridir. Qədimlərdə totem heyvanları qəbilə üzvləri özləri ilə aparırdılar, onun xasiyyət və davranışlarını yamsılamağa çalışır, elə zənn edirdilər ki, bu davranış və hərəkətlər vasitəsi ilə qeyri-adi gücə malik olurlar. Totem heyvanın xasiyyətini, səsini daha düzgün icra edən icmada ən hörmətli şəxs sayılırdı. Totem ulu əcdad üçün ətraf mühitə münasibətdə indiqator rolunu oynayır, əxlaq və etik normaları tənzimləyirdi. == Tarixi == Tarixəqədərki bütün inkişaf mərhələlərində – istər nitq qabiliyyətinə çatmamış, şüuru oyanmamış olsun, istər barbarlıqda öz övladının ətini yediyi anlarını yaşasın, istər heyvanlar kimi təbiətin yazılmamış qanunlarıyla, gücün, qol zorunun hesabına dövran sürsün, istərsə də də bir kökdən, eyni totemdən törədiyini zənn edib ailə, tayfa çərçivəsində birləşməklə başqa canlılara düşmən kəsilsin – insanın keçdiyi müəmmalı, qaranlıq yolları ilk növbədə arxeoloji qazıntılarda tapılan əşya və ləvazimatlarla öyrənmək mümkündür. Bəşər övladı evsiz, ocaqsız çöldə-biyabanda ömür-gün keçirdiyi çağlarda ancaq qidasını tapmaq uğrunda çalışmış, yağışdan, soyuqdan qorunmaq üçün isə təbii mağaralara sığınmışdı. Əlinə keçən primitiv daş alətlər, üstündə gəzdirdiyi elementar əşya və ləvazimatlar nə yollasa, ölümündən sonra qalıb bizim zamanəmizə çatıbsa, onlar vasitəsi ilə onun mədəni səviyyəsi, incəsənəti (var idisə), dünyagörüşü, dini inamı (formalaşmışdısa) barədə məlumat əldə etmək imkanı yaranır. Keçmişin dərin qatlarına doğru uzanan bilinməz yolu tapmağın ikinci ənənəvi üsulu arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarını saf-çürük etməkdir. Çünki həmin bədii yaradıcılıq məhsulları şifahi şəkildə uzun əsrləri adlasa da, ulu əcdadın lap başlanğıcdakı düşüncələrinə, dünyabaxışına, adət-ənənələrinə və əxlaqına aid ən incə nöqtələri içərisində qoruyub saxlayır. Görkəmli psixoanalitik Z.Freyd bu sıraya apardığı eksperimetlərin nəticəsi olaraq bir də onu əlavə edir ki, "İbtidai insan həm də məlum mənada müasirimizdir".
Kür dağarası çökəkliyi təbii vilayətinin iqlimi