Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dirçəliş FK
Dirçəliş FK və ya digər adı ilə Dirçəliş Futbol Klubu — 2019-cu ildən peşəkar futbol klubu şəklində region liqasıda çıxış edən Bakı klubudur. == Tarixi == “Dirçəliş” futbol klubu 2019-cu ildən Bakıda fəaliyyətə başlayıb. İlk dönəmlərdə klub mini-futbol həvəskar komanda şəklində fəaliyyət göstərib. Daha sonra komanda liderinin və komandada çıxış edən bir çox şəxsin təşəbbüsü ilə “Dirçəliş” futbol klubunun yaradılması qərarı verilmişdir. === Klubun Adı === Klubun adının "Dirçəliş" olmasının maraqlı tarixçəsi var. Klubun adının "Dirçəliş" qoyulması təklif edildikdən sonra, həqiqətən də gərəksə kluba yeni qoşulan futbolçular, gərəksə də xəyalını yerinə yetirmək istəyən istedadlı futbolçular üçün böyük bir dirçəliş mənbəyidir. Adın önəmini biraz daha artıran şeylərdən biri də, Azərbaycan Respublikasının tarixən bir neçə çətin dönəmdən keçməsi, amma bu dönəmi geri qoyaraq dirçəlməsi olub === 2021 === Azərbaycanın əfsanəvi futbolçusu, "Şöhrət” ordenli Anatoli Banişevskinin 75 illik yubileyi, yarışın 25 illiyi, həmçinin Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) 15 illiyi münasibətilə futbol turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, AFFA-nın rəhbərliyi və BKFF-nın təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Sumqayıt və Abşeronun kənd və qəsəbələrinin komandaları iştirak edib. Turnirin yarımfinal mərhələsində "Dirçəliş” və "İ.Cavadov” komandaları qarşılaşıblar. Şağan Olimpiya İdman Kompleksində keçirilən oyunda "Dirçəliş” komandası 2:0 hesablı qələbə qazanıb.
Balkarların dirçəliş günü
Balkarların dirçəliş günü — Kabardino-Balkariyada rəsmi bayram kimi qeyd edilən və hər ilin 28 mart tarixində qeyd olunan bayram. 9 yanvar 1957-ci ildə balkarlar 13 illik sürgün həyatından sonra öz doğma vətənlərinə qayıtmaq hüququ əldə ediblər. Və bu hüququn əldə edildiyi gün 1994-cü ildən etibarən bayram kimi qeyd edilir. == Bayramın yaranma tarixçəsi == Bayram 1957-ci ildə balkarların milli muxtariyyəti olan Kabardino-Balkariya MSSR-nın yenidən bərpa edilməsi tarixində qeyd olunur. Bu tarixdə həm də onlar 14 illik sürgündən sonra öz doğma vətənlərinə qayıtma hüququnu əldə ediblər. Dövlətin bu hadisələrlə bağlı verdiyi qərarlar: 28 aprel 1956-cı il - SSRİ Ali Sovetinin bürosu tərəfindən İkinci Dünya Müharibəsi dövründə sürgün edilmiş Krım tatarları, balkarlar, SSRİ vətəndaşı olan türklər, kürdlər, hemşinlilər və onların ailələrinin üzərində olan məhdudiyyətlərin götürülməsi haqqında göstəriş verilir. 9 yanvar 1957-ci il - SSRİ Ali Sovetinin bürosu tərəfindən Kabardin MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında göstəriş verilir. 28 mart 1957-ci il - Kabardino-Balkariya MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında Kabardin MSSR-nın Ali Sovetinin qərarı verilib. 25 mart 1994-cü il - 25 mart 1994-cü ildə Kabardino-Balkariya MSSR-nın göstərişi ilə "Balkarların dirçəliş günü" qeyd edilməyə başlayıb. == Qeyd olunması == Adətə görə balkarların dirçəliş günündə Kabardino-Balkariyanın bir çox şəhər və kəndlərində mədəni və idman tədbirləri keçirilir.
Milli Dirçəliş Günü
Milli Dirçəliş Günü — 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayram. == Haqqında == 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. === 17 noyabr mitinqinin tələbləri === Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
Qarabağ Dirçəliş Fondu
Qarabağ Dirçəliş Fondu — Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılmışdır. == Tarixi == 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Nəticədə Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi kimi yadda qaldı. Erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilmiş və dağıdılmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında Qarabağ Dirçəliş Fondu publik şəxs yaradılmışdır. == Məqsədi == “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs kimi yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir.
Ukraynada milli dirçəliş
Ukrayna milli dirçəlişi — Rusiya və Avstriya-Macarıstan imperiyalarının ərazisində milli-mədəni dirçəliş və Ukrayna millətinin formalaşmasını təmin edən ictimai-siyasi hərəkatdır. Siyasi, sosial, milli azadlıq hərəkatı kimi Ukrayna milli dirçəlişinin mahiyyətinə dair çoxlu müxtəlif nəzəriyyələr və qiymətləndirmələr mövcuddur. Ukrayna milli hərəkatı 18-ci əsrin sonlarında Avropada gedən tarixi proseslərin təsiri altında Rusiya İmperiyası ərazisində kazak zabitləri dairələrində yaranmışdır. Çar avtokratiyasının böyük dövlətçilik siyasəti 19-cu əsrin ortalarında Rusiyada Ukrayna milli hərəkatının güclənməsinə səbəb oldu. XX əsrin əvvəllərində Rusiya, nəhayət öz siyasi səhnəsinə keçdi və bu dövr Ukraynanın mədəni və siyasi hüquqları uğrunda fəal mübarizəsi ilə səciyyələndi. Ukrayna partiyalarının yaranması ilə Rusiyada milli məsələnin həlli siyasi problemlərin həlli ilə bağlıdır: avtokratiyanın aradan qaldırılması , parlamentarizmin qurulması , demokratik azadlıqların təmin edilməsi . Tədqiqatçılar arasında siyasi Ukrayna hərəkatının bir fenomeni kimi ukraynafillikdən ayrılmanın vaxtı və yeri ilə bağlı vahid fikir yoxdur. Onun formalaşmasının əsas hərəkətverici qüvvələri məsələsi də mübahisəlidir. == Tarixi == “Rusiyada ukraynaçılıq: MÜASİR dövr" adlı tədqiqatında Vladimir Doroşenko Rusiyada Ukrayna hərəkatının inkişafını üç mərhələyə bölür. Birincisi, Poltava-Xarkov XVIII əsrin sonlarından XIX əsrin 40-cı illərinə qədər davam etdi.
Kürdüstan Dirçəliş Cəmiyyəti
Kürdüstan Dirçəliş Cəmiyyəti (kürd. Komeleyê Jiyanêwê Kurdistan) — 16 avqust 1943-cü ildə Məhabadda qurulan kürd milliyətçi təşkilatı. Təşkilat Azərbaycan böhranında Pəhləvi İran qüvvələrinin regiondan qovulmasından sonra təsis edilmişdir. Kürdüstan Dirçəliş Cəmiyyətinin yaradılmasında "Hiva" təşkilatından kömək istənilmişdir. Odur ki, Kürdüstan Dirçəliş Cəmiyyəti İran Konstitusiyasını pozduğuna görə qeyri-qanuni hesab edilirdi və üzvlük üçün şərtlərdən biri gizli olmalı idi. Təşkilat yalnız kürd əsilli valideynləri olanların üzv olmasına icazə vermişdir. Bir istisna ondan ibarət idi ki, şəxsin anası aysor olduğu halda, onlar da təşkilata üzv ola bilərdilər. Təşkilatın andı Qurana əsaslanırdı. Kürdüstan Dirçəliş Cəmiyyəti 3 il ərzində məxfi və mühüm işlər görmüşdür. Sonradan bu təşkilatın əsasında İran Kürdüstanının Demokratik Partiyası qurulmuşdur.
Milli Dirçəliş Hərəkatı Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası və ya qısaca MDHP — Azərbaycanda istiqlalçı deputat Fərəc Quliyev tərəfindən qurulmuş milliyyətçi siyasi partiya. == Tarixi == Milli Dirçəliı Hərəkatı Partiyası 2002-ci ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən yaradılıb. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyətə başlamışdır. İstiqlalçı deputat Fərəc Quliyev bu qurultayda sədr seçilmişdir. 2011-ci il may ayının 31 — də partiya dövlət qeydiyyatına alınmışdır. 2015-ci ildə Azərbaycan Sosial Demokrat Partiyasından ayrılmış Azərbaycan Demokratik Sol Partiyası Milli Dirçəliş Hərəkatı Partiyasına birləşmişdir.[mənbə göstərin] Həmin partiyanın sədri Elşən Manafov isə Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini vəzifəsini tutmuşdur. == Strukturu == === Departamentləri === Güney Azərbaycan Departamenti, Qərbi Azərbaycan Departamenti, Borçalı Departamenti, Dərbənd Departamenti, Qarabağ Departamenti, Bakı və Abşeron kəndləri Departamenti, Diaspora Departamenti, Türk Dünyası Departamenti === Qadınlar Şurası === Milli Dirçəliş Hərəkatı Partiyasının Qadınlar Şurası mövcuddur. MDHP Qadınlar Şurasının sədri Leyla Cahangirovadır.[mənbə göstərin] === Gənclər Təşkilatı === Milli Dirçəliş Hərəkatı Partiyasının Gənclər Təşkilatı mövcuddur. MDHP Gənclər Təşkilatının sədri Nikbin Quliyevdir. == Seçkilərdə == Milli Dirçəliş Hərəkatı Partiyası 2010-cu ildən bəri Azərbaycan Respublikasında keçirilmiş bütün seçkilərdə öz nəmizədləri ilə iştirak etmişdir.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Ələddin İncəli
Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. == Həyatı == Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. == Fəaliyyəti == Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil=ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962) , "Kommuna yolu" qəzetində ədəbi işçi, "Göyəzən" qəzetində ədəbi işçi və məsul katib, Ağstafada "Qalibiyyət bayrağı" qəzetində kənd təsərrufati şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində , sonralar Rayon partiya komitəsində təlimatçı , Maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), M.V.Vidadi adına Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunmuşdur.
Aşıq Kərəm İncəli
Kərəm Süleyman oğlu Nəsibov (11 mart 1945, Qazax rayonu – 11 mart 1995) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri. == Haqqında == Aşıq Kərəm İncəli 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır. Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur.Aşıq İlham Aslanbəyli, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov və bir çox aşıqlara ustadlıq etmişdir.Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir. Aslanbəyli kəndində dəfn olunmuşdur.
Pentacalia danielis
Pentacalia danielis (lat. Pentacalia danielis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.