TƏNƏ
TƏNƏLİ
OBASTAN VİKİ
Tənəffüs
Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır. Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir. Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur. Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır.
Oksigensiz tənəffüs
Anaerobik tənəffüs və ya oksigensiz tənəffüs. Oksigen yoxluğunda, enerji istehsal etmək üçün molekulların oksidləşmə (anlama) yolu ilə enerji (ATP) istehsal edilməsidir. Aerobik tənəffüs (Oksigenli tənəffüs) ilə əsas fərqi, oksigendən istifadə edilməməsidir. Fermantasiya ilə qarışdırılmamalıdır. Anaerobik tənəffüs edən mikroorqanizmlərdə elektron daşıma zəncirinin sonunda elektron alıcısı olaraq oksigen əvəzinə sulfat (SO4), nitrat (NO3) və ya kükürd (S) istifadə edilir.
Süni tənəffüs
Süni tənəffüs ya ağciyərlərin süni tənəffüsü kəskin tənəffüs çatmamazlığında və ümumi narkoz vaxtı orqanizmin oksigen təminatını təmin etmək üçün təcili və planlı şəkildə aparılan reanimatoloji və anesteyioloji müdaxilə. Süni tənəffüs aparılma taktikasına görə tam nəzarətli və yardımçı olur. Süni tənəffüs təcili tibi yardımın — reanimasiyanın və anesteyiologiyanın əsas və başlıca sütunudur. Süni tənəffüsün tam nəzarətli taktikası zamanı pasient xüsusi preparatlarla modikamentoz komaya salınır, traxeya intubasiya edilərək süni tənəffüs aparatına keçirilmiş olur. Bu zaman pasient tam şəkildə süni tənəffüs aparatından asılı olur. Yardımçı taktikada isə pasientin spontan yəni öz tənəffüsü saxlanılaraq istər intubasia olunmuş istərsə də mask vasitəsilə ona süni tənəffüs aparatının müvafiq modusları əsasında yardım edilir.
Tənəffüs (dəqiqləşdirmə)
Aerob oksidləşdirici prosesdir ki, bu zaman substrat sona qədər zəif enerjili qeyri-üzvi maddələrə parçalanır, proses müvafiq olaraq yüksək enerji çıxımı ilə gedir. Bunun üçün oksigen lazımdır. Bu prosesə ATP-nin generasiyası kimi baxmaq olar ki, burada elektronların yekun akseptoru rolunu qeyri-üzvi birləşmələr (məs., O2) yerinə yetirir. Elektronun donoru rolunu həm üzvi, həm də qeyri-üzvi birləşmələr yerinə yetirə bilər. Tənəffüs aşağıdakı mənalarda istifadə edilirː Oksigenli tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigen bir elektron qəbul edicisidir). Oksigensiz tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigendən tamam fərqli elektron qəbul ediciləri istifadə edilir). Nəfəs alma, nəfəsin orqanizmə alınıb atılması. Tənəffüs sistemi, bədəndəki sistemlərdən biri.
Tənəffüs aparatı
Tənəffüs aparatı (lat. apparatus respiratorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigeni alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir. Mənşəcə həzm aparatı ilə , vəzifəcə qan-damar sistemi ilə sıx əlaqədardır. Tənəffüs aparatına qırtlaq (lat. larynx), nəfəs borusu (lat. trachea) və ağciyərlər (lat. pulmones) aiddir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyun nahiyəsində yerləşir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Burun və ağız boşluqları udlaq ilə birlikdə yuxarı tənəffüs yolları adlanır.
Tənəffüs sistemi
Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır. Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir. Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur. Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır.
İnsanın tənəffüs sistemi

Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi
Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi (türk. Türkiye Solunum Araştırmaları Derneği; TÜSAD) — Türkiyə qeyri-hökumət təşkilatı. Mərkəzi ofisi İstanbulda yerləşir. 22 iyun 1970-ci ildə döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis olan doqquz qurucu üzv tərəfindən qurulan Türk Tənəffüs Araşdırmaları Dərnəyi 28 Fevral 1978-ci ildə Nazirlər Şurası tərəfindən "ictimai xeyir üçün çalışan birlik" olaraq qəbul edilmişdir.
Biot tənəffüsü
Biot tənəffüsü – eyni tezlikli və amplidutlu tənəffüs sikllərindən sonra qəflətən meydana çıxan tənəffüs fasiləsi ya pauzası ilə xarakterizə olunan patoloji tənəffüs tipi. Bəzən bunu meningit və ya ataktik tənəffüs də adlandırırlar. Tənəffüs mərkəzinin zədələnməsi və ya funksiyasının pozulması nəticəsində meydana çıxır. Fransız həkimi Kamilla Biotun (1850–1918) şərəfinə Biot tənəffüsü adlandırılmışdır.
Kussmaul tənəffüsü
Kussmaul tənəffüsü — dərin, tezləşmiş , küylü patoloji tip tənəffüs növü. Adətən ağır metobolik asidozlarda xüsusilə ketoasidoz mənşəyli diabetik komada, asetonemik sindromda (qeyri diabetik ketoasidozlarda), qaraciyər çatmamazlığının terminal mərhələsində rast gəlinir. == Tarixi == Bu patoloji tənəffüs tipini ilk dəfə diabetik komalarda 1874-cü ildə alman həkimi Adolf Kussmaul müşahidə etdiyinə görə onun şərəfinə adlandırılmışdır.
Çeyn-Stoks tənəffüsü
Çeyn-Stoks tənəffüsü — periodik səthi seyrək tənəffüs hərəkəti ilə başlayaraq get-gedə tezləşə və dərinləşərək maksimal həddə çatdıqdan sonra təzədən səthiləşərək, səngiyərək uzun pauzaya keçməsilə xarakterizə olunan potoloji tənəffüs tipi. Bu hal ilk dəfə XIX əsrin əvvəllərində həkimlər Çeyn və Uilyam Stoksun işlərində təsvir edildiyindən onların şərəfinə adlandırılmışdır.

Digər lüğətlərdə