Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diplopiya
Diplopiya- başqa adla iki görmə, beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınmasıdır. Her iki gözlə ayrı-ayrı baxıldığında tək görmə olduğu halda, iki gözlə baxılanda iki görmə varsa nevroloji bir pozulma olduğu düşünülməlidir.İki görmənin əsas səbəbi göz siniri xəstəlikləridir. Bu sinirlərisıxan şişlər , iltihabixəstəliklər, infeksiyalar, diyabet ve travma sonrasında iki görmə ola bilir. Göz əzələlərini cəlb edən xəstəliklərində də iki görmə yarana bilir. Göz əzələləri tiroid xəstəlikləri, Miasteniya, mitoxondrial xəstəliklər və əzələ xəstəlikləri zamanı zədələnə bilir. Beyindən kaynaklanan iki görmənin səbəbləri arasında beyin damar tıxanıqlıqları, Dağınıq skleroz, neyro-Behçet xəstəliyi, beyin şişləri, kəllə daxili təzyiqi artıran xəstəliklər, psödotümör serebri sayıla bilər.
Diplopia
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Diplopoda
İkicütayaqlılar və ya diplopodlar (lat. Diplopoda) — Buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif. 12000-ə yaxın növü məlumdur. == Təsnifatı == Helminthomorpha yarımsinfiPocock, 1887 Callipodida dəstəsi Bollman, 1893 Chordeumatida dəstəsi Koch, 1847 Julida dəstəsi Brandt, 1833 Platydesmida dəstəsi DeSaussure, 1860 Polydesmida dəstəsi Pocock, 1887 Polyzoniida dəstəsi Gervais, 1844 Siphoniulida dəstəsi Cook, 1895 Siphonophorida dəstəsi Hoffman, 1980 Spirobolida dəstəsi Spirostreptida dəstəsi Stemmiulida dəstəsi Pocock, 1894 Penicillata yarımsinfi Latreille, 1831 Polyxenida dəstəsi Lucas, 1840 Pentazonia yarımsinfi Brandt, 1833 Glomerida dəstəsi Leach, 1814 Glomeridesmida dəstəsi Latzel, 1884 Sphaerotheriida dəstəsi Brandt, 1833 == Quruluşu == Bədənləri nisbətən uzun, yastıvari, silindrik kürəvari və ya qabarıq qövsşəkilli olub uzunluğu bir neçə mm-dən 10-20 sm-ədək olur.Ayaqların sayı 12 cütdən (fırçaquyruqlularda), 375 cütədək (tropik əslqırxayaq - Illacme plenipes) dəyişir. Birinci seqment ayaqsızdır. İkinci və dördüncü seqment bir cütbədənin hər seqmentində 2 cüt, yerdə qalan seqmentlər 2 cüt ayaq daşıyır. Bədənləri kalsium və karbohidratla zəngin olan qalxanla örtülmüşdür. Yan hissələrində müdafiə mayesi ifraz edən vəzlər vardır. Diplopodların baş hissəsi bir-birinə bitişmiş akron və 3 ədəd baş seqmentindən ibarətdir. Dördüncü baş (boyun) seqmenti sərbəstdir.
Dilogiya
Dilogiya (yun. dis-ikili; ikiqat + logos-söz) — ədəbiyyatda bir müəllifin mövzuca, süjet xətti və ya iştirak edən obrazlarına görə birləşdirilən iki irihəcmli əsəridir. Məsələn: Aleksandr Dümanın "Üç muşketyor" və "İyirmi il sonra" əsərləri. Dilogiyalara dram əsərlərində, kinematoqrafiyada, təsviri incəsənətdə, musiqi əsərlərində, həmçinin kompüter oyunlarında rast gəlmək olur.