Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
HİV dissidentlik
İİV ing. HİV dissidentlik (HIV/AIDS denialism, bu hərəkatın tərəfdarları HİV inkarçıları kimi də tanınırlar ) insanın immunçatışmazlığı virusunun yoluxucu agenti olduğuna dair ümumi qəbul edilmiş sübutları inkar edir. Hərəkət iştirakçılarının fikirləri müxtəlifdir. Onların bəziləri HİV-in və müvafiq olaraq QİÇS-in mövcudluğu faktını inkar edirlər. Digərləri HİV-in mövcudluğunu etiraf edir, lakin onun QİÇS ilə əlaqəsini inkar edərək, sonuncunu digər amillərin nəticəsi elan edirlər. Onların arasında HİV infeksiyası üçün nəzərdə tutulmuş terapiyanın QİÇS-in səbəbi olması ilə bağlı fikir də geniş yayılmışdır. == Tarixi == QİÇS ilk dəfə 1981-ci ildə qeydə alınmış və o zaman "dörd H xəstəliyi" adlandırılmışdı. ing. 4-H disease Haiti sakinlərində və ya ziyarətçilərində, hemofiliyalılarda, heroin istifadəçilərində və homoseksuallarda aşkarlandığı üçün xəstəliyə həmin ad verilmişdi. Lakin getdikcə xəstəliyin yalnız bu kateqoriyalı insanlar üçün endemik olmadığı aydın olduqdan sonra 1982-ci ilin iyulunda keçirilən konfransda QİÇS abbreviaturası təqdim edilmişdir.