Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. == Yaradılması == 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. == Fəaliyyəti == Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. == Dəstə üzvləri == 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.
Dispersiya
Dispersiya təsadüfi dəyişənin sıçrama ölçüsüdür, yəni onun riyazi gözləmədən meyillənməsidir. O, D [ X ] {\displaystyle D[X]} ilə işarə olunur. Statistikada çox vaxt σ X 2 {\displaystyle \sigma _{X}^{2}} və ya σ 2 {\displaystyle \displaystyle \sigma ^{2}} işarələmələrindən istifadə edilir. Dispersiyanın kökü, yəni σ {\displaystyle \displaystyle \sigma } orta kvadratik meyillənmə adlanır. Standart meyillənmə də təsadüfi qiymətin vahidi ilə ölçülür. Dispersiya isə bu vahidin kvadratı ilə göstərilir. == Təyinatı == Tutaq ki, X {\displaystyle X} təsadüfi qiymətdir, onda D [ X ] = M [ | X − M [ X ] | 2 ] {\displaystyle D[X]=M\left[|X-M[X]|^{2}\right]} burada M riyazi gözləməni göstərir. == Qeyd == Əgər təsadüfi qiymət X {\displaystyle X} həqiqi ədədlərdirsə, onda riyazi gözləmənin xətti olması əsasında aşağıdakı düstur düzgündür: D [ X ] = M [ X 2 ] − ( M [ X ] ) 2 ; {\displaystyle D[X]=M[X^{2}]-\left(M[X]\right)^{2};} Dispersiya təsadüfi qiymətin mərkəzi momenti sayılır; Disperisya sonsuz ola bilər. Məsələn Koşi paylanması. Disperisya moment funksiya yaradıcılarının köməyi ilə hesablana bilir U ( t ) {\displaystyle U(t)} : D [ X ] = M [ X 2 ] − ( M [ X ] ) 2 = U ″ ( 0 ) − ( U ′ ( 0 ) ) 2 {\displaystyle D[X]=M[X^{2}]-\left(M[X]\right)^{2}=U''(0)-\left(U'(0)\right)^{2}} Y1...Yn təsadüfi ardıcıllığın dispersiyasının riyazi gösləməsi belə hesablanır: D = ∑ i = 1 n Y i 2 − ( ∑ i = 1 n Y i ) 2 n n − 1 {\displaystyle \!D={\dfrac {\sum _{i=1}^{n}Y_{i}^{2}-{\dfrac {\left(\sum _{i=1}^{n}Y_{i}\right)^{2}}{n}}}{n-1}}} == Xassələri == İstənilən təsadüfi qiymətlərin disperisyası müsbətdir: D [ X ] ⩾ 0 ; {\displaystyle D[X]\geqslant 0;} Əgər təsadüfi qiymətlərin disperisyası sonludursa,onda onun riyazi gözləməsi də sonludur; Əgər təsadüfi qiymət konstanta bərabərdirsə, onda onun dispersiya sıfırdır: D [ a ] = 0.
İnversiya
Binersiya
Binersiya (lat. Bienertia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Versiya
Versiya (lat. versio — dəyişiklik) — hansısa faktın müxtəlif izahı. Versiya — cinayət işinin baxılmasında müstəntiqin və məhkəmənin düzgün qərar üçün təxmin etdiyi mülahizə. Versiya — 1)rəvayət, şayiə; 2)xəbər; 3)eyni hadisənin və ya faktın başqa variantda (bir-birindən fərqli), bir neçə cür ifadə və izah edilməsi; 4)müəyyən proqramlaşdırma dilinin hazırlanan və yayılan növbəti variantı; 5)ehtiyatların paylanması sisteminin əvvəllər alınmış ehtiyata (məsələn, yaddaş bloku, rabitə xətti və s.) qaytarılması; 6)proqram məhsulunun redaksiyası. Adətən, ədədlərlə ifadə olunur, məsələn 2.0 onu bildirir ki, bu, proqramın ilk buraxılışının ikinci redaksiyasıdır. == İstinadlar == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dispersiya analizi
Dispersiya analizi bir və ya bir neçə asılı göstəricilər ilə bir və ya bir neçə asılı olmayan parametrlər arasında münasibətin analizinə xidmət edir. Bu yoxlama üsulu prosesin giriş parametri və çıxış göstəriciləri arasında mövcud olan asılılığın aşkar edilməsi üçün zəmin yaradır. Ona riyazi statistikada çox vaxt struktur yoxlanması da deyilir. Dispersiya analizi eksperimentlərin planlanmasının əsası sayılır. Dispersiya analizi təsadüfi metrik dəyişənlərin müxtəlif qruplardakı (həmçinin siniflərdə) riyazi gözləməsinin fərqlənməsini yoxlayır. Yoxlama üsulu ilə qruplar arasında yaranan dispersiya ilə qrup daxili dispersiya arasındakı fərqin böyük olub-olmaması dəqiqləşdirilir. Bunun sayəsində qrupların bölünməsinin əhəmiyyətli və ya əhəmiyyətsiz olmasını görmək olur. Əgər qruplar arasındakı fərq böyük olarsa, onda ehtimal olunur ki, onlara müxtəlif qanunauyğunluqlar təsir edir. Digər tərəfdən nəzarət qrupunun eksperiment qrupu ilə identik olması aydınlaşdırılır. Dispersiya analizinin növü faktorların sayı ilə müəyyən edilir.
Girdəqanad binersiya
Girdəqanad binersiya (lat. Bienertia cycloptera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin binersiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+ 3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə, çılpaq, şirəli, birillik ot bitkisidir. Yarpaqları oturaq, növbəli, xətvari, yarımsilindrik, ətli-şirəli, kütdür aşağıda gövdəyə bitişikdir. Çiçəkləri yarpaq qoltuğunda yumaqcıqlara toplanmışdır, sonradan kiçik ayaqcıqlıdır. Erkəkciyi 5-dir, demək olar ki, görünmür. Yumurtalığı 2-3, qısa dişcik ağızcıqlıdır. Meyvələri 5-7 mm diametrindədir.
Molekulyar dispersiya
Molekulyar dispersiya ya da işıq səpələnməsi- molekulyar refraksiyasına analoji olaraq maddələrin tərkiblərini və quruluşlarını təyin edən xüsusi kəmiyyətdir. == Təyin olunması == Hər maddəni xarakterizə edən dispersiya onun iki müəyyən olunmuş dalğalarının şüasındırma əmsalları fərqi ilə təyin olunur. Adətən, bunun üçün elementlərin atom spektrində olan dalğaların uzunluğuna görə ən parlaq xəttlərinə cavab verən şüalar götürülür. Təyin olunmuşdur ki, işıq üçün şüasındırma əmsalının ən böyük qiyməti daha kiçik dalğa uzunluğuna malikdir və əksinə. == Molekulyar dispersiyaların növləri == Laboratoriya təcrübəsində daha çox işıq mənbəyi olan sarı natrium xətti D, həmçinin F və G hidrogen xətləri götürülür. nF – nG fərqi orta dispersiya kimi, aşağıdakı nisbət nisbi dispersiya: (n(F )–nG)/nD •105Bu nisbət isə : (n(F )–nG)/ρ •104 xüsusi dispersiya adlandırılır. Xüsusi dispersiya maddənin iki müxtəlif uzunluqda dalğalarının (F, G) refraksiya əmsalları fərqinin onun sıxlığına nisbəti ilə təyin edilir. == Neft məhsullarının xüsusi dispersiyalığı == Neft məhsullarının xüsusi dispersiyalığı onların kimyəvi tərkibi və şüasındırma əmsallarının arasındakı asılığı göstərir. Bu asılılıqdan istifadə etməklə neft kimyasında neft fraksiyalarının qrup tərkibini təyin etmək mümkündür. Xüsusi dispersiya additivdir və qarışdırma qayda-qanununa əsasən hesablana bilər.
Statistika Dispersiya
=== Dispersiya === Variantların orta kəmiyyətlərdən uzaqlaşmalarının kvadratları cəmindən hesablanmış orta kəmiyyət dispersiya ( σ 2 {\displaystyle \sigma ^{2}} ) adlanır. Variantlar çəki ilə verilmədikdə bu σ 2 {\displaystyle \sigma ^{2}} = ∑ ( x − x ¯ ) 2 ∑ n {\displaystyle {\frac {\sum (x-{\bar {x}})^{2}}{\sum n}}} düsturla, variantlar çəki ilə verildikdə isə bu σ 2 {\displaystyle \sigma ^{2}} = ∑ ( x − x ¯ ) 2 ∗ f ∑ f {\displaystyle {\frac {\sum (x-{\bar {x}})^{2}*f}{\sum f}}} düsturla hesablanır. Burada : n {\displaystyle n} - variantların sayı x {\displaystyle x} - variant x ¯ {\displaystyle {\bar {x}}} - hesabi orta f {\displaystyle f} - çəki (tezlik) x ¯ = ∑ x ∗ f ∑ f = 5 ∗ 1 + 10 ∗ 4 + 15 ∗ 5 1 + 4 + 5 = 120 10 = 12 {\displaystyle {\bar {x}}={\frac {\sum x*f}{\sum f}}={\frac {5*1+10*4+15*5}{1+4+5}}={\frac {120}{10}}=12} σ 2 {\displaystyle \sigma ^{2}} = ∑ ( x − x ¯ ) 2 ∗ f ∑ f {\displaystyle {\frac {\sum (x-{\bar {x}})^{2}*f}{\sum f}}} = 49 + 16 + 45 1 + 4 + 5 = 110 10 = 11 {\displaystyle {\frac {49+16+45}{1+4+5}}={\frac {110}{10}}=11} === Alternativ əlamətin dispersiyası === Alternativ əlamətin dispersiyası ( σ p 2 = p ∗ q {\displaystyle \sigma _{p}^{2}=p*q} ) əlamətə malik olanlarla əlamətə malik olmayanların hissələrinin hasilinə bərabərdir. Alternativ əlamətin dispersiyasının maksimum qiyməti 0.25 - ə bərabərdir. Statistika məcmu vahidləri N -lə, məcmu vahidlərində əlamə malik olan vahidləri M - lə işarə etsək, o zaman əlamətə malik olan vahidlərin hissəsi təşkil edər: p = M N {\displaystyle p={\frac {M}{N}}} . Onda əlamətə malik olmayanların hissəsi aşağıdakı kimi müəyyən edilər: q = N − M N {\displaystyle q={\frac {N-M}{N}}} Deməli, əlamətə malik olanlar və əlamətə malik olmayanların hissələrinin cəmi vahidə bərabər olar : p + q = 1 {\displaystyle p+q=1} , buradan p = 1 − q , q = 1 − p {\displaystyle p=1-q,q=1-p} Alternativ əlamətlər haqqında məlumat verilmədikdə alternativ əlamətin dispersiyasının maksimum qiymətini götürmək olar. Misal: İqtisad Universitetinin qiyabi şöbəsində oxuyan 2000 tələbədən 1200 nəfəri ixtisasa uyğun işlədikləri halda, 800 nəfəri isə işləməyənlərdir. Buradan : p = 1200 2000 = 0 , 6 {\displaystyle p={\frac {1200}{2000}}=0,6} , q = 2000 − 1200 2000 = 0 , 4 {\displaystyle q={\frac {2000-1200}{2000}}=0,4} σ p 2 = p ∗ q {\displaystyle {\displaystyle \sigma _{p}^{2}=p*q}} = 0 , 6 ∗ 0 , 4 = 0 , 24 {\displaystyle =0,6*0,4=0,24} == Xassələri == - ci xassə: Sabit kəmiyyətin dispersiyası sıfra bərabərdir. - ci xassə: Əgər əlamətin hər bir qiymətindən hər hansı bir sabit A ədədini çıxsaq, dispersiyanın qiyməti dəyişməyəcəkdir: σ x − A 2 = σ 2 {\displaystyle \sigma _{x-A}^{2}=\sigma ^{2}} .Deməli, dispersiyanı variantlardan sabit ədədi çıxmaq əsasında hesablamaq olar. -cü xassə: Əgər variantların qiymətlərini sabit A ədədinə (bir qayda olaraq, fasilə kəmiyyətinə) ixtisar etsək, o zaman dispersiyanın qiyməti d 2 {\displaystyle d^{2}} dəfə azalar.Ona görə dispersiyanın həqiqi qiymətini müəyyən etmək üçün dispersiyanı d 2 {\displaystyle d^{2}} -avurmaq lazımdır: σ x d 2 = σ x 2 ∗ d 2 {\displaystyle \sigma _{\frac {x}{d}}^{2}=\sigma _{x}^{2}*d^{2}} -cü xassə: Əgər dispersiyanı istənilən A kəmiyyətindən hesablasaq, o bu və yaxud digər dərəcədə hesablanmış hesabi orta kəmiyyətdən ( x ¯ {\displaystyle {\bar {x}}} ) fərqlənəcəkdir,onda o həmişə hesabi orta kəmiyyətdən hesablanmış dispersiyadan böyük olacaqdır.
Troposferdə inversiya
== Troposferdə hava == Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. == Troposferdə inversiya == Troposfer inversiyaları yer səthinə yaxın və sərbəst atmosfer inversiyalarına ayrılır. Yer səthinə yaxın inversiya yer səthi örtüyündən (torpaq, qar və buz örtüyündən) başlayır. Açıq inversiya su səthindən nadir halarda müşahidə edilir. Yer səthi örtüyündə temperatur ən aşağıdır və yüksəklik boyu artır və bu artım on və yüz metrlərlə yüksəkliyə qədər ola bilər. Sonra inversiya normal paylanma ilə əvəz olunur. Sərbəst atmosferdə inversiya yer səthindən bu və ya digər yüksəklikdəki hava qatında müşahidə edilir. İnversiya ən çox aşağı 2 km-də müşahidə edilir. Inversiya qatının qalınlığı bir çox on və ya yüz metrlərdə müşahidə edilir.
Yerüstü inversiya
== Troposferdə inversiya == Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. == Yerüstü inversiya == Yerüstü qatda gecələr konveksiyanın mümkünlüyünü aradan qaldıran dayanıqlı stratifikasiya yaranır. Bu zaman temperatur inversiyasının yaranması adi haldır: köşkdə temperatur yer səthindən daha yüksəkdir və tez- tez köşk üzərində temperatur, artmağa davam edir.
İnversiya (linqvistika)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur.
Bidens diversa
Bidens diversa (lat. Bidens diversa) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Versiya nömrəsi
Versiya nömrəsi (version number) – müəyyən mərhələdə konkret proqram təminatını identifikasiya etmək üçün onu hazırlayan tərəfindən təyin olunan nömrə. Versiya nömrələrindən həm proqramın buraxılışından öncə, həm də sonra istifadə olunur, ancaq buraxılışdan öncə verilmiş nömrələrin yalnız hazırlanma və testləmə mərhələsində dəyəri olur. Ümumiyyətlə, versiya nömrələri addan onluq nöqtə ilə ayrılır. Proqramdakı dəyişiklikləri, modifikasiyaları, düzəlişləri bildirən ardıcıl buraxılışlar daha yüksək versiya nömrəsinə malik olur. Proqramdakı başlıca dəyişikliklər, adətən, versiya nömrəsində önəmli dəyişikliklə qeyd olunur, məsələn, versiya 3.3 və versiya 4.0; cüzi dəyişikliklər isə versiya nömrəsində kiçik dəyişikliklərlə göstərilir, məsələn, 4.01, yaxud 4.1. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Animal Diversity Web
Animal Diversity Web minlərlə heyvan növlərinin tarixini, təsnifatını, növlərin xüsusiyyətlərini, və yayılması məlumatlarını toplayan onlayn verilənlər bazasıdır.
İcazə verilmiş versiya
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Drakula (film, 1931, İngiliscə versiya)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.