Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dobutamin
Mstislav Dobujinski
Mstislav Dobujinski (1875-1957)—rus rəssamı. == Həyatı == M.Dobujunski 1875-ci il də Novqorodda məmur ailəsindən anadan olmuşdur. 1957-ci ildə Nyu-Yorkda vəfat etmişdir.O, bir sıra xarici ölkələrdə çalışmışdır.Onun Avstriya-Macarısatanda olduğu dövrdə yaradıcılığında yeni-yeni işlər görmuşdur. Mir-iskusstvanın üzvu kimi Dobujinski çalışdığı bədii birlikdə bir sıra əsərlər yaratmışdir ki, onlardan biri də "Eynəkli İnsan" porteri əsəridir. Bu əsərdə pəncərə önundə eynəkili bir insan təsvir olunmuşdur.Bu insan Mir-iskusstvanın üzvu olan tənqidçi K.Syunenberqin obrazıdır. Əsərə biz diqqətlə nəzər yetirdikdə arxa planda şəhər, zavod fabirklər təsvir olunmuşdur. Eynəkli insan pəncərə önundə sağ əli sol əlinin üstunə qoymuş halda təsvir olunmuşdur. Eynəkili insanla arxa planda təsvir olunmuş zavod, fabrik turbaları bir təzadlıq təşkil edir.Rəssam bu əsərində müxtəlif dövrun incəsənətin bəhrələnərək daha doğrusu Egey incəsənətindən, Qədim Yunan incəsənətindən həmdə öz dövrun rəssamarlında təsirlənərək yeni bir sənət əsəri yaratmışdır. Umumiyyətlə Dobujunski yuxarda qeyd etdiyimiz kimi dünyanın bir sıra ölkələtində olaraq bədii təhsilini davam etdirmişdir. Dobjunski Munhendə olarkən burdan yerli rəssamların yaradıcılığında yeni özunə lazım dəst-xət seçmişdir.
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Qobu
Qobu — Azərbaycan Respublikasının Abşeron rayonunun Qobu qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. == Tarixi == Qobu Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub. XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığının tərkibinə 39 kənd daxil idi. Bu kəndlərdən biri də Qobu kəndi idi. 1747-1806-cı illərdə Bakı xanlığının Qobu kəndi, 1806-1920-ci illərdə isə Bakı quberniyasının Bakı qəzasının Qobu kəndi olmuşdur. 1870-ci ildə Tiflis şəhərində Qafqaz Canişinliyinin Baş İdarəsi yanında Qafqaz Statistika Komitəsinin nəşr etdirdiyi «Rusiya İmperiyasının Qafqaz regionu üzrə məşkunlaşmış yerlərinin siyahısı» adlı statistik məlumatın Bakı quberniyasına aid olan 65-ci buraxılışında Bakı qəzasının yaşayış yerlərinin siyahısında 42-ci yerdə Qobu kəndi qeyd edilmişdir. Kitabın tərtibatçısı Qafqaz Statistika Komitəsinin baş redaktoru rus statistiki Nikolay Karloviç Zeydliç olmuşdur.
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Sobuçay == Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir.
Doku Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dolu (Astara)
Dolu — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var. == Etimologiyası == Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dolu (dəqiqləşdirmə)
Dolu — atmosfer yağıntısı. Dolu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. Dolu bələdiyyəsi — Azərbaycanın Astara rayonunda bələdiyyə. Dolu (film, 2012) —Aqil Abbasın eyniadlı romanının motivləri əsasında Qarabağ müharibəsi mövzusunda çəkilmiş film.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Jeremi Doku
Jeremi Doku (27 may 2002, Antverpen, Flamand regionu[d]) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda hücumçu kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Doku öz futbolçu karyerasına Antverpen şəhərinin yerli klublarında start vermişdir. Doku 2012-ci ildə 10 yaşı olarkən Anderlext klubu ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 25 noyabr 2018-ci ildə 16 yaşı olarkən Sent-Trüyden klubuna qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Yari Verşereni əvəz etmişdir. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Doku Belçikada anadan olmuşdur. Valideynləri də Qana vətəndaşlarıdır. Doku Belçika U-17 millisi ilə 2018 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. == Karyera statistikası == === Klub === 7 dekabr 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir.
Qobu Dilağarda
Qobu Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan dilində qobu "quru dərə", "quruyarğan" və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == Qobu Dilağarda oyk. Füzuli r-nunun Dilağarda i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qobu və dilağarda (etn,) sözlərindən ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində dilağarda tayfaşının Cənubi Azərbaycandan gəlib məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı 'Qobuda maskunlaşmış dilağarda" mənasındadır.
Qobu bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qobu hamamı
Qobu hamamı və ya Hacı Abdulla hamamı — 1882-ci ildə Qobu kəndində Hacı Abdulla Kazım oğlu tərəfindən tikilmiş hamam. Təmirə ehtiyacı olan hamam tarixi abidə kimi qorunur. == Haqqında == === Tarixi === Qobu hamamı kəndin ən zəngin imkanlı şəxslərindən biri olan Hacı Abdulla Hacı Kazım oğlunun tapşırığı ilə 1882-ci ildə inşa edilib. Hacı Abdulla qeyri-adi bir hamam tikdirmək istədiyinə görə hər yerə sorğu göndərib, yaxşı usta axtarıb. Ona Usta Abbasəlini məsləhət görüblər. Usta Abbasəli isə Hacıdan hər daş üçün qızıl onluq istəyib. Hamamdan həftənin cüt günləri kişilər, tək günləri isə qadınlar istifadə edirmişlər. Müstəqillikdən sonra hamam öz fəaliyyətini dayandırıb. Hazırda baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. === Memarlığı === Qobu hamamı digər Abşeron hamamlarından fərqli oalraq kəndin kənarında bir yüksəklikdə tikilmişdir.
En Dou
En Dou (d. 1 may 1971) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == En Dou, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra En Dou, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Dou nəzəriyyəsi
Dou nəzəriyyəsi (ing. Dow theory) — səhm qiymətlərinin zamanla davranışını təsvir edən nəzəriyyə. Nəzəriyyə amerikalı jurnalist, "Wall Street Journal"-ın ilk redaktoru və Dow Jones and Co-nun (Charles H. Dow, 1851–1902) yaradıcılarından biri Çarlz H. Dounun (1851–1902) bir sıra nəşrlərinə əsaslanır. Dowun ölümündən sonra nəzəriyyə Vilyam P. Hamilton (William P. Hamilton), Robert Ri (Robert Rhea) və Corc Şefer (George Schaefer) tərəfindən hazırlanmış və "Dou nəzəriyyəsi" adlandırılmışdır. Dou özü bu termindən istifadə etməyib. Dou nəzəriyyəsi texniki analizin əsasını təşkil edir. == Nəzəriyyənin altı postulatı == === Növləri === Dou trendin tərifi belədir: Yüksəlmə trendində (aşağı tendensiya) hər bir sonrakı zirvə və hər bir eniş əvvəlkindən yüksək (aşağı) olmalıdır. Dou nəzəriyyəsinə görə, tendensiyaların üç növü var: ilkin (və ya uzunmüddətli), ikincil (və ya aralıq) və kiçik (və ya qısamüddətli). === Mərhələləri === Dou nəzəriyyəsi bildirir ki, hər bir ilkin tendensiya üç mərhələdən ibarətdir: yığılma mərhələsi, iştirak mərhələsi və icra mərhələsi. Birinci mərhələdə ən ağıllı investorlar ümumi bazar rəyinə zidd olaraq aktivləri almağa (satmağa) başlayırlar.
Büyük Doğu (jurnal)
"Büyük Doğu" (azərb. Böyük şərq‎) — Türkiyədə sağçı mühafizəkar siyasi nəşr. Gündəlik qəzet kimi başlamış, sonradan həftəlik jurnal kimi fəaliyyətə keçmişdir. Nəşr onun təsisçisi Nəcib Fazil Qısakürək üçün öz arqumentlərini və fikirlərini yaymaq üçün bir platforma idi. Nəşr 1943–1978-ci illərdə müəyyən fasilələrlə dövriyyədə olmuş və cəmi 512 nörmə çıxarmışdır. == Tarix və profil == "Büyük Doğu" ilk dəfə 17 sentyabr 1943-cü ildə Allaha bağlı və yeni dünyagörüşü olan müsəlman türk xalqları üçün bir qəzet olmaq məqsədi ilə gündəlik nəşr olunmağa başlamışdır. Qurucu Türkiyədə aparıcı sağçı və mühafizəkar şəxsiyyət Nəcib Fazil Qısakürək idi. "Büyük Doğu"nun müəllifləri arasında bir çox aparıcı jurnalist və yazıçılar var idi: Ziya Şakir, Mahmut Yəsari, Rəşad Əkrəm Qoçu, Nurullah Berk, Hilmi Ziya Ülkən, Mehmet Faruk Gürtunca, Suphi Nuri İləri, Hüseyn Cahid Yalçın, Nizaməddin Nazif, Nicat Muhsinoğlu, Peyami Safa, Şükrü Baban, Burxan Belge, Kazım Nami, Saleh Zəki, Tofiq Fikrət, Özdəmir Asəf, İsgəndər Fikrət, Kənan Harun, Salah Birsəl, Mehmet Turxan və Səid Faiq. Başqa bir mühafizəkar jurnal olan "Sebilürreşaddan" əlavə, islamçı jurnalist Cevat Rıfat Atilhan da jurnal üçün yazmışdır. "Böyük Doğu"da bu qədər müxtəlif yazarların məqalələri dərc olunsa da, məqalələrin əksəriyyətini çoxsaylı təxəllüslərdən istifadə edən Nəcib Fazil Qısakürək yazmışdır.
Dolu (film, 2012)
Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. == Məzmun == Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. == Film haqqında == Film aktyor Mayak Kərimovun kinoda son işidir. Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir. Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib. Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Naxçıvan-na-Donu
Naxçıvan-na-Donú (rus. Нахичевань-на-Дону, erm. Նոր Նախիջևան) — keçmişdə Don çayının sağ sahilində yerləşən, hazırda isə Proletarski rayonu adlanan keçmiş şəhər. Şəhər II Yekaterinanın əmri ilə Krımdan köçürülmüş ermənilər tərəfindən salınmışdır (14 noyabr, 1779). Şəhəri salan əsas şəxslərdən biri kimi knyaz İosif Aqrutinski idi. Onun şərəfinə hətta 1999-cu ildə Svoboda meydanında abidə ucaldılmışdır. 1928-ci ildə Naxçıvan-na-Donu şəhəri Rostov-na-Donu şəhərinə birləşdirilmiş və Proletarnı rayonu adlandırılmışdır. == Tarixi == Krımdan gəlmiş ermənilər 1779-cu ildə qaladan şərqdə Nor-Naxçıvan şəhərini salırlar. Şəhərin plan layihəsinin hazırlanmasında məşhur rus arxitektoru İvan Yeqoroviç Starov fəal iştirak etmişdir. 9 avqust 1797-ci ildə qala və Nor-Naxçıvan Novorossiysk quberniyası Rostov qəzasına daxil edilmişdir.
Qobu yaşayış yeri
Qоbu yаşаyış yеri — Şərur rаyоnunun Ахаmət kəndindən qərbdə yеrləşir. Yаşаyış yеrinin bir qismi kаnаl qаzılаrkən dаğıdılmışdır. Hаzırdа yаşаyış yеrinin ərаzisində kül qаlıqlаrınа, bаd qırıqlаrınа rаstlаnır. Tikintilər еhtimаl ki, möhrədən оlmuş və tаmаmilə dаğılmışdır. Аpаrılаn аrаşdırmаlаr zаmаnı yаşаyış yеrindən çəhrаyı və sаrı rəngdə bişirilmiş kеrаmikа, о cümlədən şirli qаblаrın pаrçаlаrı аşkаr еdilmişdir. Kеrаmikа nümunələri Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrü üçün хаrаktеrikdir. Yаşаyış yеrinin sаhəsi 5 hеktаrdаn аrtıqdır. Yеrli əhаlinin məlumаtınа görə təsərrüfаt işləri görülərkən аbidənin ərаzisindən təndir qаlıqlаrı və kеrаmikа nümunələri аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XIV-XIX əsrlərə аid еtmək оlаr.
Rostov-na-Donu
Rostov-na-Donu (rus. Ростов-на-Дону) — Rusiyanın cənub-qərbindəki ən böyük şəhər, Cənub Federal Dairəsinin və Rostov vilayətinin inzibati mərkəzi. Hərbi Şöhrət şəhəri (2008). 15 dekabr 1749-cu ildə imeratiriçsa Yelizaveta Petrovnanın nizamnaməsi ilə qurulur. Şərqi Avropa düzənliyinin cənub-şərqində, Don çayının hər iki sahilində, onun Azov dənizi ilə birləşməsindən 46 km və Qara dənizdən 380 km, Moskvadan 1092 km məsafədə yerləşir. Əhalisi 1.137.704 nəfərdir (2021). Rusiyanın ən çox əhalisi olan onuncu şəhəridir. 2.16 milyondan çox insan Rostov aqlomerasiyası (ölkənin beşinci ən böyük aqlomerasiyası) daxilində yaşayır. Şəhər böyük bir inzibati, iqtisadi, mədəni, elmi, təhsil, sənaye və Rusiyanın cənubundakı ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Qeyri-rəsmi olaraq Rostov "Qafqazın Qapısı" və "Rusiyanın cənub paytaxtı", həmçinin Donun paytaxtı adlanır.
Amontiladon dolu çəllək (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Qobu Bozdağı palçıq vulkanı
Bakıdan 15 km şimal-qərbdə, Qobu kəndindən 3 km şimal və şimal-şərqdə yerləşir. Boçdağ yüksəkliyi en istiqamətində yerləşmiş uzun bənddən ibarətdir. Bəndin mərkəzində iki qrupdan təşkil olunmuş palçıq vulkanı yerləşir. Bu qruplardan biri Qobu kəndindən şimalda eyni adlı dağın təpəsində, digəri isə birincidən 800–1000 m şərqə doğru yerləşmişdir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Rostov-na-Donu kafedralı
Rostov-na-Donu kafedralı və ya Müqəddəs Məryəmin Doğuşu katedralı (rus. Кафедральный собор во имя Рождества Пресвятой Богородицы) — Rostov-on-Don şəhərinin və Rostov və Novoçerkassk Pravoslav Yeparxiyasının əsas kilsəsidir. Novocherkassk Katedralı ilə birlikdə Don bölgəsindəki xristian ibadətinin əsas yeridir. == Arxa planı == 18-ci əsrin sonlarında şəhər əsgərləri, tacirlər və tacirlərin şəhərətrafı ərazilərə genişmiqyaslı köçürülməsindən sonra şəhər rəhbərliyi Theotokosun doğuşuna həsr olunmuş bir məbəd tikmək qərarına gəldi. Məbədin şəhərətrafında indiki mərkəzi bazarın yaxınlığında tikilməsi nəzərdə tutulmuşdu. Kilsə 20 fevral 1781-ci ildə qurulmuş və 5 sentyabr 1781-də açılmışdır. Həm inşaat işlərinin başlanğıcı, həm də kilsənin açılması İoann Andreyev tərəfindən təqdis edildi. Ancaq cəmi on il sonra, 1791-ci il dekabrın 27-də ildırım düşməsi nəticəsində məbəd yandı. Şəhərin o vaxtkı meri — tacir M. Naumov Ekaterinoslav Yeparxiyasının başçısı olan və yeni kilsənin inşası ilə bağlı Rostov ərazisinə nəzarət edən Metropolitan Qavriilə müraciət etdi. 1795-ci ildə eyni yerdə Müqəddəs Məryəmin Doğuşu Kilsəsinin inşaat işləri başladı.
Rostov-na-Donu məscidi
Rostov-na-Donu məscidi — Rostov-na-Donu şəhərinin mərkəzində yerləşən məscid. Rostov vilayəti ərazisində fəaliyyət göstərən yeganə məsciddir. == Tarixi == Hələ Rusiya imperiyası dönəmində Krasnoarmeysk küçəsində böyük mərkəzi məscid olmuşdur. Ancaq uzun zaman fəaliyyət göstərməsinə baxmayaraq heç bir adınlıq gətirilmədən 1968-ci ildə fəaliyyəti tamamən dayandırılmışdır. Bölgədə yaşayan müsəlmanlar şəhərin mərkəzində "Stroileley" parkında boş bir ərazini məscid üçün ayırırlar. Ancaq müsəlmanların məscid tikintisini həyata keçirmək cəhdləri münaqişələrə səbəb olur. Müsəlmanlar üçün yerin ayrılması nəhayətdə Rostov-na-Donu şəhərində meşəpark zonasında qərarlaşdırılır. Burada yüz metr radiusunda heç bir yaşayış məntəqəsi yoxdur. Məscid Furmanovskaya küçəsində yerləşir. == Arxitektur xüsusiyyətləri == Yeni məscidin tikintisi 1999-cu ildən 2003-cü ilə qədər davam etmişdir.
Rostov-na-Donu əməliyyatı
Rostov-na-Donu əməliyyatı (1941) — Qırmızı ordunun ilk uğurlu hərbi əməliyyatı. Bu əməliyyat Moskva döyüşü və Elnin döyüşləri ilə eyni dövrlərdə baş vermişdir. == 21 noyabr 1941. müharibənin 153-cü günü == SSRİ 9-cu ordusu cəbhəsində Arqafenoka — Kuteynikovo istiqamətinə hərəkət edirlər. 56-cı sovet ordusu isə Rostov-na-Donu şəhərini tərk edir. Almanlar şəhəri ələ keçirirlər. == 27 noyabr 1941. müharibənin 159-cu günü == 37-ci SSRi ordusu sağ falanqadan Stoyanov-Qeneralskoe cəbhəsində hücum əməliyyatına başlamışdır. 37-ci ordu Stoyanov-Qeneralskoe cəbhəsinə Sultan-Salı istiqamətdən Rostovun qərb ərazilərinə, 9-cu ordu isə Rostova Bolşoy Salı istiqamətdən hücuma keçmişdir. 56-cı ordu Rostova üç istiqamətdən hücuma keçmişdi.
Pervomayski (Rostov-na-Donu)
Pervomayski rayonu (rus. Первомайский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ilin 15 dekabrında təsis edilmiş rayon. == İqtisadiyyat == Pervomayski rayonunda 1922 şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə ümumilikdə 58, 300 nəfər işləyir. Rayonun vizit kartı olaraq hesab edilir: kəndtəsərrüfatı maşınqayırması, aviasiya kompleksi, cihazqayırma. Rayonda olan şirkətlər "KZ Rostselmaş ", "Pribor", "Qranit", "Donavia", "Rostov mülki aviasiyası № 412", "Bizon", "Almaz". === Nəqliyyat === Rayon ərazisində dəmir yolu vağzalı yerləşir. Bu əsasən "Selmaş" ilə əlaqəni təmin edir. Şimali Qafqaz ərazisində ən böyük uçuş-eniş zolağı burada qərarlaşır. Onun ümumi sahəsi 400 ha-dır.
Qadın döşü
Qadın döşü (lat. Mamma) – qadında olan vacib artım bölgəsidir. Qadınların döşlərinə bir çox tarixi mənbələrdə və rəssamların əsərlərində rast gəlinir. Qadındakı döşlər kişilərə nisbətən daha erogen zonalardır. Onun görünüşü kişi və qadında seksuallığın artımına səbəb olur. Bəzi ölkələrdə qadın döşlərinin çılpaq olması adi hal kimi qəbul edildiyi halda, bəzi ölkələrdə isə bunu mədəniyyətsizlik kimi qiymətləndirirlər. Kanadanın "Tоpfree Equal Rights Assоciatiоn" adlı təşkilatı qadınların kəmərə kimi çılpaq olmasının kişilərdən fərqlənmədiyini bildirərək, bunu normal hal kimi qəbul edir və bunun uğrunda mübarizə aparır. Qadın döşlərinin artımı "Tanner miqyasında" 5 dövrə bölünür. == Süd istehsalı == Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
Adobe
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Ambu
Ambu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 523 nəfərdir.[mənbə göstərin] == Tarixi == Ambu Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, ambu/ambo Talış mənşəli soz olub, "yabanı xurma", "armud", "anbar" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə kəndə ilk köç edən zamanlar burda qədim armud ağacının yaxınlığında məskən salınmışdı və bu kəndin adıda burdan göturlumuşdu Ambu (Amburə hulə) talışca yabanı armud deməkdi 1961-ci kəndin adı Anbu kimi qeyd olunmuşdu (”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 53.</ref>.) Kəndin adının dəyişməsinə ilk okaraq kəndə olan məktəb sənədlərində rast gəlinir. O vaxt uşaqlara verilən arayışlarda kəndin adı Anbu kimi yazılmış və bu söz bir sıra təşkilatların sənədlərənədə nüfüz etmişdir.
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Yenigeçitveren (Bolu) Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Boru
Boru - uzun, içiboş, çox vaxt en kəsiyi sabit dairəvi olan sənaye məmulu olub, maye, məhlul, qaz, buxar və s. məhsulların nəqlində istifadə olunur. Borular sənaye üsullarının tətbiqi ilə metal və xəlitələrdən, üzvi materiallardan (plastmas, qatran), beton, keramika, şüşə, odun və onların kominasiyasından hazırlanırlar. == Tarixi haqqında == Qədimdə su təchizatı ağırlıq qüvvəsinin tətbiqi ilə həyata keçirilirdi. Su axını təşkil etmək üçün borulardan (qalay, aöac, bambuk) və ya kanallardan (gil, daş) istifadə olunurdu. İçi ovulmuş, üst hissəi metala bürünmüş ağaclar santexnika borusu kimi su təchizatının tərkib hissəsi sayılırdı: İngiltərədə 500 il öncə, ABŞ-də 1700-1800-cü illərdə ovulmuş ağac borular geniş yayılmışdır. Müasir santexnika boruları polad, mis və ya plastikdən, kanalizasiya boruları isə beton,polad, mis, plastik və ya çuqundan hazırlayırlar. == Təsnifatı == En kəsiyinə görə boruları dairəvi və profil olaraq iki qrupa bölürlər. Profil boruların kvadrat, düzbucaqlı, oval və s. növləri vardır.
Conu
Conu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 354 nəfərdir. == Toponimiyası == Conu kəndi Peştəsər silsiləsinin ətəyindədir. Talış dilində coni "yersiz, torpaqsız" kimi izah olunur. Oykonim kəndin ərazisində əkinə yararlı torpağın olmaması ilə bağlıdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Coni kəndi Conu kəndi adlandırılmışdır.
Dabo
Dabo — Afrika ölkələrində daha çox işlədilən soyad. Baqali Dabo — Qəbələ klubunda çıxış edən Fransa futbolçusu. Abdulaye Dabo — Nant klubunda çıxış edən Fransa futbolçusu. Mustafa Dabo — Seneqal futbolçusu. Usman Dabo — Fransa futbolçusu. Muhamadu Dabo — Fransa futbolçusu. Bakiro Dabo — Qvineya-Bisau siyasətçisi.