Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doqquzdonkimilər
Doqquzdonkimilər (lat. Caprifoliaceae) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə daxil olan növlərin çoxu kol və ya ağaç, bəziləri isə otdur. Yarpaqları qarşı-qarşıya düzülür. İkicinsiyyətli çiçəkləri simoz çiçək qrupunda yerləşir. Meyvəsi giləmeyvə, çəyirdəyəbənzər, bəzən də qutucuq olur. Şimal yarımkürəsinin mülayim iqlim qurşağında 15-16 cinsinə aid 400-dən çox növü yayılmışdır. Azərbaycanda 4 cinsə aid 11 növə təsadüf edilir. Ən geniş yayılan növləri doqquzdon, gəndəlaş, başınağacı və s.-dir. Doqquzdonkimilərin bir çoxu qiymətli dekorativ bitkidir.