Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Qarner
Con Qarner — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti.
Warner Bros
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Warner Bros.

Warner Bros. Pictures

Warner Bros. Records

Warner Chappell Music
Warner Chappell Music, Inc. — musiqi paylanması həyata keçirən Amerika şirkəti. Warner Music Group-a məxsusdur. Şirkətin 1,4 milyondan çox mahnıdan ibarət kolleksiyası var və 100.000-dən artıq bəstəkarla işləməkdədir. Onların 40-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasada, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Narmer
Narmer (e. ə. XXXII əsr – e.ə. 3125) — e.ə. 3100-cü illərdə hökm sürmüş və bir çox alim tərəfindən Misirdəki ilk sülaləni qurmuş olan firon olaraq adlandırılır. Keçmişdə Ka-nın (Əqrəb Kralın) vəliəhdi olaraq taxta çıxıb, Aşağı və Yuxarı Misiri birləşdirən firon olaraq tanınmaqda olan Narmerin son vaxtlarda kəşf edilən tapıntılar ilə Əqrəb Kralla eyni adam ola bilmə ehtimalı güclənməkdədir. 1898-ci ildə Hierakonpolda tapılan məşhur Narmer tabletlərində Aşağı və Yuxarı Misirin birləşməsndən bəhs edən Narmerin bu tabletlər sayəsində Misirin ilk fironu ola biləcəyi düşünülür, ancaq ənənəvi tarixçilərin keçərli saydığı Manethonun firon siyahısında sözügedən birləşdirici firondan Menes olaraq bəhs edilir. Bu çərçivədə Misirin ilk fironu məsələsi, hələ də tarix və arxeologiya dünyasında mübahisələrin davam etdiyi bir mövzu olaraq gündəmdə qalmağa davam etmişdir. Bu dövrə aid arxeoloji məlumatların çox dəqiq olmaması səbəbilə, bəzi elm adamları Manethonun siyahısında yer alan Menes ilə Narmerin görünüş bənzərliyi səbəbi ilə eyni şəxs olduğunu önə sürərkən, bəzi elm adamları ilə Narmerin oğlu və vəliəhdi olan Hor-Aha ilə Menesin eyni adam olduğunu önə sürmüşdür. Ortaya atılan başqa bir teoremə görə isə, Narmerin Misiri əsl olaraq birləşdirən və Əqrəb Kral olaraq adlandırılan bir Yuxarı Misir fironunun yerinə təcili olaraq taxta keçmək məcburiyyətində olan vəliəhdi olduğu önə sürülmüş, və Misirin birləşdirilməsi qələbəsinin bu təcili dəyişiklik səbəbilə Narmerə ithaf edildiyi iddia edilmişdir.
Qarnir
Qarnir (fr. garnir — bəzəmək, doldurmaq, əlavə etmək) — əsas xörəyə (və ya içkiyə) əlavə. Boşqabın bəzədilməsi, yeməyə əlavə dad vermək üçün istifadə olunur. Sovet mətbəxində adətən ətdən hazırlanmış quru yeməklərə daxil edilən, əti müşayiət edən köməkçi yemək - kartof, makaron məmulatları və yarmadan hazırlanmış əlavə.
Vaqner
Vaqner — Almaniya soyadı.
Wagner
Vaqner — Almaniya soyadı.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Abba Lerner
Abba Ptaxiya Lerner (ing. Abba Lerner,İngiltərədən ABŞ-yə mühacirət etməzdən əvvəl — Abram (Aba) Psaxiya Lerner, ing. Abraham (Abba) Psachia Lerner; 28 oktyabr 1903[…], Bessarabiya quberniyası[d] – 27 oktyabr 1982[…], Tallahassi[d]) — amerikalı iqtisadçı, Lerner əmsalı, Marşall-Lerner şərtləri, Lerner-Samuelson teoreminin yaradıcısı. == Bioqrafiyası == 28 oktyabr 1903-cü ildə Bessarabiya vilayətinin Novoselitsa şəhərində papaqçı Moişe (Morris) İsaak Lerner və Sofiya (Sura Abovna) Buxmanın (1867-?) ailəsində anadan olmuşdur. Üç yaşında valideynləri ilə birlikdə İngiltərəyə mühacirət etdi (1906). Londonda İst End-dəki Betnal Qrində böyüdü; Ümumilikdə ailənin 8 övladı var idi, onlardan ən böyüyü Abba idi və valideynlərinin mühacirətindən əvvəl doğulmuş yeganə uşaq idi. On altı yaşından papaq fabrikində maşinist işləmiş, gecə məktəbində, sonra ravvinlər akademiyasında oxumuş və özü də yəhudi məktəbində dərs demişdir. 1932-ci ildə London İqtisadiyyat Məktəbində bakalavr, 1943-cü ildə isə iqtisad elmləri doktoru dərəcəsi alıb. Müəllimlik fəaliyyətinə 1936–1937-ci illərdə LSE-də dosent kimi başlamışdır. 1933-cü ildə Lernerin köməyi ilə İqtisadi Tədqiqatların İcmalı jurnalı təsis edildi[en], o, 1937-ci ilə qədər redaktorlarından biri olub.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Aleks Törner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — ingilis musiqiçi, müğənni, bəstəkar və prodüser. Yeddi albom buraxdığı Arctic Monkeys rok qrupunun solisti və əsas mahnı müəllifi kimi tanınır. O həmçinin The Last Shadow Puppets adlı digər layihəsinin qurucusudur. Törner 16 yaşında olarkən üç dostu ilə öz doğma Şeffild şəhərində Arctic Monkeys qrupunu yaratdı. Onların ilk buraxılışı Whatever People Say I Am, That's What I'm Not (2006) o vaxt Britaniya tarixində ən sürətli satılan debüt albomu oldu və Rolling Stone-un bütün ən böyük debüt albomları siyahısında 30-cu yeri tutdu. "I Bet You Look Good on the Dancefloor" sinqlı Birləşmiş Krallıqda bir nömrəli hit oldu. Qrup sonrakı studiya albomları olan Favourite Worst Nightmare (2007), Humbug (2009), Suck It and See (2011), AM (2013) və Tranquility Base Hotel & Casino (2018) və The Car (2022)-da desert rok, indi pop, R&B və lounj musiqisini sınaqdan keçirdilər. Arctic Monkeys həm 2007, həm də 2013-cü ildə Qlastonberi Festivalına başçılıq etdi və 2012 London Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış etdi. The Last Shadow Puppets qrupunun qurucusu kimi Törner və Mayls Keyn iki simfonik pop albomu buraxdılar, bunlar: The Age of the Understatement (2008) və Everything You've Come to Expect (2016).
Alex Turner

Alfred Körner
`Alfred Körner (alm. Alfred Körner‎; 14 fevral 1926, Vyana – 23 yanvar 2020, Vyana) — hücumçu mövqeyində oynamış Avstriya futbolçusu. Digər futbolçu Robert Körnerin kiçik qardaşı. == Karyerası == === Klub === Karyerasının böyük hissəsini Rapid Vyana klubunda keçirmiş və onunla birlkidə yeddi Avstriya çempionatı, bir Avstriya kubokun və bir Mitropa kubokunu qazana bilmişdir. Karyerasını Admira Vyana klubunda bitirmişdir, klubun adı sonradan "Admira-Energi" olaraq dəyişdirilmişdir. === Milli === Millinin heyətində Alfred 47 oyuna 14 qol vurmuşdur. İlk oyununu 1947-ci ilin oktyabr ayında Çexoslovakiyaya qarşı keçirmişdir. 1948 Olimpiya Oyunları və 1954 (bürünc medal qazanmışdır) və 1958 Dünya Çempionatlarında iştirak etmişdir. Son oyunu 1958-ci ilin oktyabrında Fransa millisinə qarşı keçirdi.
Alfred Verner
Alfred Verner(alm. Alfred Werner‎; 12 dekabr 1866, Müluz — 15 noyabr 1919, Sürix) — İsveçrə kimyaçısı. Kimya üzrə Nobel mükafatı laureatı (1913). == Həyatı == Müluzda (Elzas, Fransa) (1866–1919), İsveçrə kimyaçısı Verner Alfred 1889- cu ildə Sürix Politexnik institutunu bitirmişdir. 1893–1915- ci illərdə Sürix Universitetində professor vəzifəsində çalışmış, 1909- cu ildə Universitetin nəzdindəki Kimya İnstitutunun direktoru olmuşdur. 1913- cü ildə molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və qeyri- üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə alimə Nobel mükafatı verilmişdir. Alfred Verner 15 noyabr 1919-cu ildə vəfat edib.
Alpinia carnea
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Andre Mariner
Andre Mariner (ing. Andre Marriner) — İngiltərə futbol hakimi Marinerin hakimlik karyerasında ciddi bir hadisə yaşanmasa da, bu sənətə sırf təsadüf nəticəsində gəlib. Doğma şəhərində - Şeldonda keçirilən bütün matçlara yollanan və heç kimə azarkeşlik etməyən Andre 1992-ci ildə iki həvəskar komandanın qarşılaşmasına gedir. Lakin bu görüşün hakimi naməlum səbəbdən stadiona gəlib çıxmır. Vəziyyətin belə olduğunu görən 21 yaşlı Mariner təşkilatçılara yaxınlaşıb, matçı idarə edə biləcəyini deyir. Və bu işin öhdəsindən gəlir. Çəkdiyi əziyyətə görə ona 10 funt-sterlinq qonorar verirlər. Bundan sonra gənc oğlan hakim olacağını qətiləşdirərək, ölkə miqyaslı turnirlərə 13 il vaxt sərf edir. 2005-ci ildə İngiltərə çempionatında peyda olan Mariner müxtəlif liqalarda oyunları sıralayır və nəhayət, FİFA hakiminə çevrilir. Onun 2009-cu ilin yanvarında FİFA referisinə çevrilməsi böyük müzakirələrə səbəb olub.
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Banner reklamı
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
Barter adası
Barter adası (ing. Barter Island, iny. Qaaktuġvik) — Bofort dənizində, Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi 247 nəfər təşkil edir. == Coğrafiyası == Adanın ölçüləri 6 – 3 km nisbətindədir. Materikdən 250 metr aralıda yerləşir. Adada çoxlu sayda Ağ ayıya rast gəlmək olar. 1980-ci ildən Milli Arktika qoruğunun ərazisinə daxil edilmişdir. == Tarixi == Ada ilk dəfə 4 avqust 1826 ildə ildə kəşf edilmişdir. XIX əsrin sonrarına qədər ada İnyupiklər və İnuitlər arasında barter üçün əsas məskən olmuşdur.