Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The İstanbul Edition
The İstanbul Edition — İstanbulda otel "The İstanbul Edition" oteli İstanbulun Levent məhəlləsində 20 noyabr 2003-cü ildə terror hücumuna məruz qalan və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov tərəfindən 90 milyon dollara satın alınan HSBC bankın binasının yerində yaradılıb. Otelin rəsmi açılışı 4 may 2011-ci ildə keçirilib. Qırmızı lenti Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, İstanbul valisi Hüseyin Avni Mutlu, Mübariz Mənsimov və ortağı İsgəndər Xəlilov kəsiblər. Açılış mərasiminə Hollivud ulduzu Diane Kruge və sevgilisi Joshua Jackson, ingilis modelyeri Riçard Nicoll, o cümlədən Mübariz Mənsimovun yaxın dostları qatılıb. Qonaqlara şampana qonaq ediliblər. Səhnədə müğənni Sezən Aksu yer alıb. Qeyd edək ki, 2 il ərzində binanın 78 nömrəsi olan otelə çevrilməsi üçün 60 milyon dollar sərmayə qoyulub. Otelin bir nömrəsinin bir günlük qiyməti 400 dollardan başlayır. Oteldə kral dairəsinin 1 günlük qiyməti isə 7 min 500 dollardır. Otel "Marriott International"ın "Editon" markası altında fəaliyyət göstərəcək.
Windows 98 Second Edition
Windows 98 , Microsoft tərəfindən Windows 9x ailəsinin Microsoft Windows əməliyyat sistemlərinin bir hissəsi olaraq hazırlanmış istehlakçı yönümlü əməliyyat sistemidir . 9x xəttindəki ikinci əməliyyat sistemi, Windows 95 -in varisidir və 15 may 1998-ci ildə istehsala buraxılmışdır və ümumiyyətlə, 25 iyun 1998-ci ildə pərakəndə satışa buraxılmışdır. Sələfi kimi o, 16-bit və hibriddir. MS-DOS əsasında yükləmə mərhələsi ilə 32-bit monolit məhsuldur . Windows 98 veb-inteqrasiya edilmiş əməliyyat sistemidir və sələfi ilə çoxsaylı oxşarlıqlara malikdir. Onun təkmilləşdirmələrinin əksəriyyəti kosmetik idi və ya istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu, lakin sistemin funksionallığını və imkanlarını artırmaq üçün təqdim edilmiş bir neçə funksiya, o cümlədən təkmilləşdirilmiş USB dəstəyi və əlçatanlıq, habelə DVD pleyerlər kimi aparat təkmilləşdirmələri üçün dəstək var. Windows 98 Windows-un Windows Sürücü Modelini qəbul edən ilk nəşri idi və Disk Təmizləmə , Windows Yeniləmə , çox monitor dəstəyi və İnternet Bağlantısı Paylaşımı kimi Windows-un gələcək nəsillərində standart olacaq funksiyaları təqdim etdi . Microsoft Windows 98-i tamamilə təkmilləşdirilmiş növbəti nəsil Windows deyil, Windows 95-ə "tənzimləmə" kimi təqdim etdi. Buraxıldıqdan sonra o, veb-inteqrasiya edilmiş interfeysi və istifadə rahatlığı, eləcə də Windows 95-də mövcud olan problemlərin həlli üçün ümumiyyətlə yaxşı qarşılandı, baxmayaraq ki, bəziləri onun sələfindən əhəmiyyətli dərəcədə daha sabit olmadığını qeyd etdi. Windows 98 təqribən 58 milyon lisenziya satdı və 5 may 1999-cu ildə buraxılan Windows 98 İkinci Nəşr (SE) kimi tanınan bir əsas yeniləmə gördü.
Syndicat national de l'édition phonographique
The Syndicat national de l'édition phonographique (SNEP) — Fransada musiqi industriyası ilə məşğul olan şirkət. Şirkət 1922-ci ildə yaradılmışdır.
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. == Həyatı == Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik".Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır. == Klub karyerası == === Danubio === 18 yaşında "Danubio"nun əsas komandasında debüt edir.
Endimion (krater)
Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir. Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir. == Peyk kraterlər == Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.
Edison Miranda
Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu. == Həyatının ilk illəri == Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir.
Tomas Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. == Həyatı == Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
Editinq Enn Dunham
Stenli Enn Danhem (29 noyabr 1942, Viçita[d], Kanzas – 7 noyabr 1995, Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı. Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı. == Həyatı == Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib. Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir.
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur.Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir.Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.Diton iqtisadiyyat üzrə elmi-populyar kitabların müəllifi, həmçinin başqa dövlətlərə iqtisadi yardım göstərməyin əleyhdarı kimi də tanınır. Alim dəfələrlə bəyan etmişdir ki, itisadi firavanlıq əldə etmək üçün dövlətin iş qabiliyyətini yüksəltmək lazımdır, iqtisadi yardımla bunu başa gətirmək mümkün deyildir.
Edison (Nyu-Cersi)
Edison (ing. Edison Township) — ABŞ, Nyu-Cersi, Midleseks dairəsində taunşip (şəhər). Şəhərdəki ilk Avropa məskənləri 1651-ci ilə aiddir. Taunşip Vudbric və Piskatavey şəhərlərinin bəzi yerlərindən 17 mart 1870-ci ildə Raritan adı altında — Raritan çayından sonra meydana gəldi; 10 noyabr 1954-cü ildə, laboratoriyası 1876–1887-ci illərdə taunşipin Menlo Parkı ərazisində yerləşən Tomas Alva Edisonun şərəfinə Edison olaraq dəyişdirildi. Keçmiş laboratoriyada indi Edison Memorial Muzeyi mövcuddur. == Edison üzərində toqquşma == 9 yanvar 1971-ci il şənbə günü, Edisonun səmasında bir American Airlines aviaşirkətinin Boeing 707–323 Nyuark hava limanına enərkən havada Cessna 150 təlim təyyarəsi ilə toqquşması nəticəsində təyyarə qəzası meydana gəldi, qəzada iki nəfər vəfat etdi. Boeing hava limanında etibarlı eniş etməyi bacardı.
Tomas Alva Edison
Tomas Alva Edison (11 fevral 1847[…], Maylan[d], Ohayo – 18 oktyabr 1931[…], Vest-Orinc[d], Nyu Cersi) — amerikalı ixtiraçı və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. == Həyatı == Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım". Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.