Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Effektlilik
Effektlilik – məhdud resursların qorunub saxlanması. Effektliliyi ölçmək üçün öncə hansı resursun qorunub saxlanmasını müəyyənləşdirmək lazımdır. Məsələn, az yaddaş istifadə etməsinə görə bir proqram başqasından “effektli” ola bilər, başqa bir proqram isə sürət baxımından daha “effektli” ola bilər. Kompüterin ən önəmli resurslarından bəziləri bunlardır: çalışdırma zamanı (EXECUTION TIME); yaddaş tutumu (MEMORY CAPACITY); yardımçı tutum, yəni disklər; proqramçının vaxtı.Ümumi qayda belədir: daha az (kasad) olan resursun qorunub saxlanması üzərində işləmək daha vacibdir. İlk kompüterlər indikilərlə müqayisədə çox yavaş və məhdud yaddaşa malik olduğundan onlar üçün yazılan proqramların az yaddaş tələb etməsi və mümkün qədər az addımdan ibarət olması çox önəmli idi. Hazırda kompüterlər sürətli olduqlarından və böyük yaddaş tutumuna malik olduqlarından indi ən defisit resurs proqramçı əməyidir. Bu o deməkdir ki, indi proqramın effektliliyi onun yaddaşda tutduğu yer və kompüterdə icra müddəti ilə deyil, proqramçının onun hazırlanmasına sərf etdiyi vaxtla ölçülür. Başqa sözlə, proqramçı əməyinin az sərf olunduğu proqram daha effektli hesab olunur. Bu yanaşmanın bir üstünlüyü də ondadır ki, proqramçı əməyi nə qədər yüngülləşirsə, proqramlarda xətaların (BUG) olması da bir o qədər azalır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 256 s.
Əsas Effektivlik Göstəriciləri
Bir çox müəlliflər müasir dövrdə istifadə edilən üç əsas performans ölçmə vasitələrinin olduğunu qeyd edirlər. KRI (key result indicators) - Bunlar nəticələrə əsaslanaraq şirkətin nə qədər başarılı olduğunu göstərir. Qısacası şirkətin keçmişi haqqında məlumat verir. PI (performance indicators) - Bu ölçüm vasitələri şirkətin mövcud vəziyyəti haqqında məlumat verir və nə etmək lazım olduğunu göstərir. KPI (key performance indicators) - Bu vasitələr isə şirkətin performansında mühüm artış əldə edə bilməsi üçün üzərində durulması lazım olan əhəmiyyətli nöqtələri müəyyən edir.Eyni zamanda bir şirkət üçün bu göstəricilərin “10-80-10” nisbətində olması məsləhət görülür. Əsas Effektivlik Göstəriciləri Əsas Effektivlik Göstəriciləri - Key Performance Indicator (KPI) şirkətin bugünki və gələcək uğuru üçün kritik əhəmiyyətə malik olan faktorların müəyyən edilərək onların üzərində fokuslanması və əldə edilən nəticələrin bu istiqamətdə istifadə edilməsindən ibarətdir. Sistem şirkət xərclərinin proseslərin yaxşıladırılması hesabına azaldılmasını məqsədləyir və şirkətin ayrı-ayrı şöbələrinə və işçilərə tətbiq edilməsinə əsaslanır. Bunun üçün əsas məsələ öncə şirkətin hədəfləri istiqamətində doğru göstəricilər seçilməli, bu göstəricilərin hesablanması üçün davamlı məlumatın toplandığı sistem qurulmalı, əldə edilən nəticələr analiz edilməli və bunların əsasında yeni strategiya və hədəflər müəyyən edilməlidir. KPI-ların 7 əsas xüsusiyyəti: Mali olmayan Mütəmadi olaraq yoxlanan (günlük, həftəlik 7/24) CEO və ya rəhbərlik tərəfindən tətbiq edilən Hər bir içi tərəfindən qəbul olunan Xüsusi bir komanda tərəfindən həyata keçirilən Əhəmiyyətli təsirə malik olan Müsbət təsirə malik olan göstəricilərdir.Ümumiyyətlə isə KPI sisteminin tətbiqində əsas məsələ KPI-ların düzgün seçilməsi və ya ölçülməsi, nəticələrin əldə olunmasından daha çox, onların analizi və düzgün yorumlanmasıdır. Qısacası şirkətin məqsəd, missiya, hədəf və strategiyalarına əsaslanan KPI-lar seçildikdən sonra, sistemin əsas məqsədi nəticələri düzgün yorumlayıb, şirkət üçün prioritet hesab edilən sahələri müəyyən etmək, nəticələri yeni stategiya və hədəflərə çevirməkdir.