Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan (ekzonim)
Azərbaycan — müxtəlif dövrlərdə müxtəlif ərazilər üçün və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. == Etimologiya == "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı.Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.
Ekzotizm
Ekzotizm — mənşəcə başqa dilə daxil olub hər hansı bir xalqın məişətini, onun adət-ənənəsini, milli xüsusiyyətlərini göstərən leksik vahidlər. == Ekzotik sözlər == Eldar:-Bu nədir? Gürcü:-Çonquri deyirik buna,sizin saz kimidir.(S.V) Bu nümunədəki "çonquri" sözü mənsubiyyətcə gürcü dilinə aiddir. Həmin dildə simli çalğı alətinin adıdır. Azərbaycan dilində çonquri sözünün ekvivalenti yoxdur. Belə bir cəhət - ekzotizmin qarşılığının olmaması onun diqqəti cəlb edən əlamətlərindəndir. Dildə ekzotizmlər müxtəlif səbəblərdən meydana çıxır. Hər şeydən əvvəl, ekzotik sözlər xalqlar, ölkələr arasında siyasi, iqtisadi, mədəni və dostluq əlaqələri əsasında yaranır. Azərbaycan dilində ekzotik sözlərin meydana gəlməsinin xüsusi tarixi vardır. Bu qrup sözlər lap qədimdən, ilk dəfə qonşu xalqlarla münasibət əsasında dilimizdə özünə yer tapmışdır.
Etnonim
Etnonim (yun. έθνος — qəbilə, xalq və όνυμα — ad) — xalqların, millətlərin, qəbilələrin, qəbilə birliklərinin və etnik birliklərin adı.
Eponim
Eponim (q.yun. ἐπώνῠμος sözbəsöz "ad vermiş", lat. heros eponimus) — adından ümumi və ya xüsusi isimlər yaradılmış şəxs. == Terminin tarixi == === İlkin mənası === Eponim ilk öncə şərəfinə hansısa coğrafi obyekt (şəhər, çay, dağ və s.) adlandırılan tanrı, əfsanəvi qəhrəman və ya real şəxsə deyilirdi. Məsələn, rəvayətə görə, Bizantion şəhəri qədim yunan qəhrəmanı Bizas tərəfindən qurulmuşdur, hansı ki miflərdə Poseydon adlı tanrının oğlu idi. Beləliklə, Bizas Bizantionun eponimidir və həmçinin onun vasitəsi ilə Bizans İmperiyasının eponimidir. Kiyev şəhərinin eponimi əfsanəvi knyaz Kiydir. Kiyin qardaşlarından biri Şek Podol tərəfdə ucalan Şekavitsa dağının eponimidir, onların bacısı Lıbed isə Dneprin sağ qolu olan və indiki Kiyevin ərazisində axan Lıbed çayının eponimidir. Xalqlar və ya tayfaların adlarının kökləri da tez-tez əfsanəvi əcdadlara-eponimlərə qədər uzanır. Məsələn, latınlar tayfasının eponimi kimi mifik hökmdar Latin hesab olunur, hansının ki müxtəlif miflərə görə müxtəlif qədim tanrılar və qəhrəmanlarla qohumluq əlaqəsi olduğu qeyd olunur.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. == Üç qardaş daş kompozisiyası == Naxçıvan MR-də Əlincəçayın sol sahilin­də, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. == Qoşalaşmış Oğlan-Qız qayası == Naxçıvan MR-də Gilançayın sağ sahilin­də, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. == “Sfinks” qayası == Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin ya­maclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticə­sində yaranmışdır. == Göbələyəbənzər “Parağdaş” qaya qalığı == Naxçıvançayın yuxarı axarın­da, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. == “Gəlinqaya” == Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxur­larından təşkil olunmuşdur.
Türkman (etnonim)
Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi. Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır. Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir.
Türkmən (etnonim)