1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək bir yerdən başqa yerə köçürmək, gətirmək. Uşağı qucağında aparmaq. Yükü dalında aparmaq. Tayı çiynində aparmaq.
// Daşımaq, nəql etmək. Avtobus minikləri apardı. Qatar çoxlu yük apardı. Qarışqa dən aparır.
2. Birinin hərəkətini yönəltmək, yol göstərmək; özü ilə bərabər yeriməsinə kömək etmək, yaxud getməyə məcbur etmək, özü ilə bərabər gətirmək. Uşaqları teatra aparmaq. Qocanın qolundan tutub aparmaq.
3. Özü ilə bərabər götürüb getmək. Kötüyü su apardı.
4. Oğurlamaq, çalmaq, qaçırmaq, çırpışdırmaq, alıb qaçmaq.
5. məc. Udmaq, qazanmaq, qalib gəlmək (oyunda, məhkəmədə və s.-də). İki oynayanın biri aparar.
6. məc. Yox etmək, silib təmizləmək, çıxarmaq. Ləkəni aparmaq. Paltarın ləkəsini benzinlə aparmaq olar.
7. məc. Məhv etmək, yox etmək, puç etmək, xarab etmək, dağıtmaq. Bəndi sel apardı. Dolu bütün meyvələri apardı. Əkinləri don apardı.
8. Sərf edilməsinə, işlənməsinə səbəb olmaq; əlindən almaq. Bu iş beş gün vaxtımı apardı.
9. məc. Qoparmaq, yemək, kəsmək; sürtüb aparmaq, xarab etmək. Barmağının başını maşının çarxı apardı. Daş ülgücün ağzını aparıb.
10. Həyata keçirmək, yeritmək, etmək. Mübarizə aparmaq. Müharibə aparmaq. Təbliğat aparmaq.
11. İdarə etmək, başda durmaq, başçılıq etmək, rəhbərlik etmək. Əsgərləri yürüşə aparmaq. Məclis aparmaq bacarıq istəyir.
12. məc. Bihuş etmək, məst etmək; yuxulatmaq, bayıltmaq. Musiqinin səsi məni apardı.
13. Aparıb çıxarmaq, gətirib çıxarmaq, yönəltmək. Bu yol haraya aparır?
// məc. Sürükləmək, səbəb olmaq, gətirib çıxarmaq. Fəlakətə aparmaq.
14. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yuxu aparmaq, ləzzət aparmaq, fikir aparmaq, qan aparmaq.
15. “Özünü” sözü ilə birlikdə – özünü idarə etmək, bir qaydada hərəkət etmək. Özünü yaxşı aparmamaq. Özünü rəsmi aparmaq.