Adil Azay
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019).
== Həyatı ==
Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.
== Mükafatları ==
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
== Filmoqrafiya ==
Ötən ilin son gecəsi (film, 1983)
Gümüşgöl əfsanəsi (film, 1984)
Bircəciyim (film, 1986)
Hücum (film, 1989)
Qəzəlxan (film, 1991)
Qayalarda qalan səs (film, 1995)
Səmədbəy (film, 1995)
Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Kleopatra (film, 1996)
Oyun (film, 1996)
Ömürdən uzun gecə (film, 1996)
Yaz yuxusunun işığı (film, 1996)
Qobustan (film)
Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı
Qız qalası (film, 2000)
Yuxu (film, 2001)
Odla qol-boyun (film, 2002)
Qırmızı rəngin ekspressiyası (film, 2002)
Yaşıl rəngin qamması (film, 2002)
Sirlər xəzinəsi-Qız qalası (film, 2003)
Arxada qalmış gələcək (film, 2004)
Zamanın zirvəsi (film, 2005)
Ərazi (film, 2005)
Cavid ömrü (film, 2007)
Azərbaycan – odlar yurdu (film, 2009)
Qarabağdı Azərbaycan (2009)
Yaddaş (film, 2010)
Son hədd (serial, 2012)
Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı.
Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı.
Daşın yaddaşı (film, 2016)
Miras (film, 2017)
Şəhərin iç sədası (film,2019)
Kəlağayı (film,2019)
Kuklaların zamanı (film, 2020)
Əlvida silah (film, 2020)
Zəfərin sıra nəfərləri (film, 2021)
Mənim adım Atəş (film, 2021)
Salam Sahil (film 2022)
Üzeyir Hacıbəyli.