Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elizaveta Boyarskaya
Elizaveta Mixailovna Boyarskaya (rus. Елизаве́та Миха́йловна Боя́рская; 20 dekabr 1985, Leninqrad) — Rusiya teatr və film aktrisası.
Pseudophoxinus elizavetae
Pseudophoxinus elizavetae (lat. Pseudophoxinus elizavetae) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Avstriyalı Elizabeta
Avstriyalı Elizabeta (ing. Elisabeth of Austria; fr. Élisabeth d'Autriche) (5 iyul 1554, Vyana – 22 yanvar 1592[…], Vyana) — Fransa kralı IX Karlın xanımı, Fransa kraliçası. O, eyni zamanda Müqəddəs Roma imperatoru II Maksimilyanın və xanımı Avstriyalı Mariyanın qızıdır. == Həyatı == == Mənbə == Hamann, Brigitte, Elisabeth, [in:] Die Habsburger: Ein biographisches Lexikon, Wirtschaftsverlag Ueberreuter; Auflage: 2, 1988, p. 87. ISBN 978-3800032471 Treffer, Gerd, Elisabeth von Österreich, [In:] Die Französischen Königinnen, Pustet, Regensburg (1996), p. 260. ISBN 978-3791715308 Wurzbach, Constantin von, Habsburg, Elisabeth von Oesterreich (Königin von Frankreich). Nr.
Bohemiyalı Yelizaveta
Bohemiyalı Yelizaveta (ing. Elisabeth of the Palatinate, Elisabeth of Bohemia; 26 dekabr 1618[…], Heydelberq, Pfals kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 11 fevral 1680 və ya 8 fevral 1680, Herford monastrı[d], Müqəddəs Roma imperiyası) — Bohemiya kralı V Frederik (Çexiya) və Yelizaveta Stüartın böyük qızı. Herford abbatlığını şahzadə abbatis kimi idarə etdi, 1650-ci ildə Rene Dekartın vəfatına qədər yeddi il yazışmalar aparmışdır. == Ədəbiyyat == The Complete Correspondence of Elisabeth of Bohemia and René Descartes The Descartes-Elisabeth correspondence in an easier-to-read version == İstinadlar == == Xarici keçidlər == Godfrey, Elizabeth. A Sister of Prince Rupert, Elizabeth Princess Palatine and Abbess of Herford. London, New York: J. Lane. «Other Women’s Voices» The Woman Who Took on Descartes Online-Biography of Elisabeth of Bohemia, Princess Palatine (in German) The Princess’s correspondence with Descartes, lightly edited for easier reading.
II Yelizaveta
Kraliça II Elizabet (bəzi Azərbaycandilli mənbələrdə II Yelizaveta) və ya Elizabet Aleksandra Mariya Vindzor (ing. Queen Elizabeth II, Elizabeth Alexandra Mary Windsor; 21 aprel 1926[…], Meyfer[d], Böyük London – 8 sentyabr 2022, Balmoral qalası[d], Aberdinşir[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. Elizabet York hersoqu, gələcək Böyük Britaniya kralı VI Georqun (1895–1952) və ledi Elizabet Bouz-Layonun (1900–2002) böyük qızıdır. Onun baba və nənələri: ata tərəfdən Böyük Britaniya kralı V Georq (1865–1936) və kraliça Mariya Tek (1867–1953), ana tərəfədən Stratmor qrafı Klod Corc Bouz-Layon (1855–1944) və Sesiliya Bouz-Layondur (1883–1961). Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür. Gələcək kraliça xoş əfval-ruhiyyəli atmosferdə böyüyüb.
I Yelizaveta
I Elizabet (7 sentyabr 1533[…], Plasentiya sarayı[d], Böyük London regionu[d] – 24 mart (3 aprel) 1603, Riçmond sarayı[d], Böyük London regionu[d]) — İngiltərənin Tüdor sülaləsindən olan sonuncu kraliçası. Əlavə olaraq İrlandiyanın və şərti olaraq Fransanın kraliçası hesab edilirdi. Həyatı boyunca heç vaxt evlənmədi və bu səbəbdən tarixi mənbələrdə Bakirə Kraliça adlanır. I Elizabetin iqtidarda olduğu müddət İngiltərə tarixində Qızıl dövr(Golden age) adlanır.Dövrünün üzərindən 4 əsr keçməyinə baxmayaraq öz populyarlığını heç itirməmişdir. == Dünyaya gəlməsi == Atası VIII Henrix,18 yaşında ikən kral olmuş,İspaniya kralı Ferdinand ilə kraliça İzabelin həyatda qalan yeganə qızları Katerina ilə ittifaq evliliyi etmək məcburiyyətində qalmışdı.Lakin 25 yaşında Elizabetin anası olacaq Anna Boleynə aşiq olmuşdu.Katerinadan ayrılmaq istəsə də qanunlar buna mane olurdu, İngilitərə də digər qərbi avropa ölkələri kimi katolik idi və buna görə də bu evliliyin gerçəkləşməsi üçün ruhani lider Papadan icazə istəməli idi.Papa icazə vermədi.İspanlar da bu evliliyə qarşı çıxırdılar və Katerina üzərindən İngiltərəni əl altında saxlamaq istəyirdilər. Kral Henri evliliyini gerçəkləşdirmək üçün radikal bir addım atdı.Eşqi üçün ölkəsinin dinini dəyişdirdi.Hələ bir neçə il öncə Martin Lüterin kitablarını yandırıb,Protestantları edam etdirərək "dinin müdafiəçisi" ünvanına Papa tərəfinfən layiq görülən Henri yeni kilsə və məzhəb yaradaraq Anglikanizmi qurdu.Və ardından Anna ilə gizlincə evləndi,eyni il 7 sentyabr 1533-cü ildə Qrinviçdə Elizabet dünyaya gəldi. == Gənclik illəri == Dəri rənginin həddindən çox ağ olması səbəbilə şans və uğursuzluq gətiriləcəyinə inanıldı və öldürülmək istəndi. Ancaq anası Anna Boleyn bu işə mane oldu. Anna Boleyn VIII Henrixin ikinci qadını idi. İki dəfə hamilə qalsa da, oğlan uşağı olmadı və kralın gözündən düşdü.
Yelizaveta Batori
Yelizaveta (Erjebet) Batori (1560-1614) — Batori ailəsindən olan macar qrafinya, orta əsrlər cəlladı. "Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiq deyilsən". (Yelizaveta Batorinin haqqında hökm çıxaran məhkəmənin qəbul etdiyi qərardan). == Həyatı == Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizaveta 1560-cı ildə dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan oldu. Onun mənsub olduğu soydan kardinal, müharibə qəhrəmanları çıxıb. Amma bu, macar əsilli [Batori (ailə)|Batori]] soyuna mənsub olan medalın bir üzü idi. Medalın digər üzündə yaxın qohumların evlənməsi nəticəsində anadan olan anormal insanlar vardı. Belə ki, Yelizaveta Batorinin əmilərindən biri satanist ayinlərin düşgünü, xalası Klara xidmətçilərinə işgəncələr verməkdən həzz alan manyak, qardaşı Stefan isə əyyaş idi. Yelizavetanın özündə belə, hələ uşaq ikən anormallıq hiss edilirdi. Onun dünyaya gəldiyi illərdə Osmanlı imperiyasında bir durğunluq, tənəzzül vardı.
Yelizaveta Bıkova
Yelizaveta Bıkova (rus. Елизаве́та Ива́новна Бы́кова; 4 noyabr 1913 – 8 mart 1989, Moskva) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu. == Həyatı və dünya çempionluğu == Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır. Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu.
Yelizaveta Karabaş
Yelizaveta Karabaş (d. 21 iyun 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Yelizaveta Karabaş 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yelizaveta Karabaş 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Yelizaveta Korol
Yelizaveta Korol (2 sentyabr 1994) — Qazaxıstanlı atıcı. Yelizaveta Korol Qazaxıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yelizaveta Korol birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.6 xal toplayaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Yelizaveta Luzan
Yelizaveta Luzan (14 mart 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Yelizaveta Luzan Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Yelizaveta Luzan həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Həyatı == Yelizaveta Luzan 2003-cü il martın 14-də anadan olub.
Yelizaveta Mereşko
Yelizaveta Danilovna Mereşko (ukr. Єлизавета Данилівна Мерешко, 8 iyul 1992, Xerson) — Yay Paralimpiya Oyunlarının ukraynalı üzgüçüsü, çempionu və mükafatçısı. Beynəlxalq səviyyəli Ukrayna idman ustasıdır. Herson Regional Bədən Tərbiyəsi və İdman Əlaqələri İdman Mərkəzində "İnvasport" üzgüçülüklə məşğul olur. 2014-cü ildə Avropa çempionatının bir neçə dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur.Dünya çempionatının üç dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. 2016-cı ildə Avropa Çempionatının bir neçə dəfə çempionu, ikiqat bürünc medalçı olmuşdur. Təkərli kürsüdən istifadə edir.
Yelizaveta Mukasey
Yelizaveta Mukasey (başq. Мукасей Елизавета Ивановна 16 (29) mart 1912, Ufa, Ufa qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 19 sentyabr 2009, Moskva) — Sovet kəşfiyyat agenti, qeyri leqal. Dövlət Təhlükəsizlik Məmuru, podpolkovnik. Sovet Qeyri-leqal kəşfiyyat məmuru Mixail İsaakoviç Mukaseynin həyat yoldaşı. == Bioqrafiyası == Yelizaveta İvanovna Mukasey 29 mart 1912-ci ildə Ufa şəhərində anadan olub. Yelizavetanın qızlıq soyadı Yemelyanova olmuşdur. 1917-ci ilin sonunda ata-anası aclıqdan qaçmaq üçün ailəsi ilə birlikdə Daşkəndə köçür. 1929-cu ildə orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin Biologiya fakültəsinə daxil olur. Məzun olduqdan sonra Yelizaveta İvanovna Mukasey əvvəlcə fabrikdə, sonra da işləyən gənclər məktəbinin direktoru vəzifəsində çalışmışdır (1938-1939). 1939-1943-cü illərdə Yelizaveta Mukasey əri, qeyri leqal kəşfiyyat məmuru Mixail İsaakoviç Mukasey ilə birlikdə ABŞ-a Los-Anceles şəhərində işgüzar səfərdə olur.
Yelizaveta Ovdeyenko
Yelizaveta Sergeyevna Ovdeyenko (rus. Елизаве́та Серге́евна Овде́енко, ukr. Єлизавета Сергіївна Овдієнко; d. 16 yanvar 1980, Odessa, Ukrayna SSR, SSRİ) — "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı və oyunçusu, Balaş Qasımovun komandasının heyətində ikiqat "Büllur bayquş" sahibi. == Həyatı == Yelizaveta Ovdeyenko 16 yanvar 1980-ci ildə Odessada anadan olub. Orta təhsillini qızıl medalla başa vuraraq birbaşa İ.İ.Meçnikov adına Odessa Milli Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.Liza 2006-cı ilə qədər Odessanın "Duplet" komandasının heyətində "Nə? Harada? Nə zaman?" oyununun idman versiyasında çıxış edib.
Yelizaveta Petrovna
Yelizaveta Petrovna (rus. Елизаве́та Петро́вна; (d. 29 dekabr 1709 — ö. 5 yanvar 1762) — 1741-ci ildən ölümünədək Rusiya imperiyasının imperatriçası olmuşdur. XVIII əsrin iki böyük Avropa müharibəsi zamanı ölkəni idarə etdi: Avstriya vərasət müharibəsi (1740–1748) və Yeddiillik müharibə (1756–1763). Ölümü əsnasında imperiya 16,200,000 km2 əhatə edirdi. Yürütdüyü daxili siyasət nəticəsində zadəganlar hakimiyyətdə söz sahibi oldular. Mixail Lomonosovun Moskva Universitetini və İvan Şuvalovun Sankt Peterburqdakı İncəsənət Akademiyasını qurmaqda himayədarlıq etdi. Eyni zamanda ən sevimli memarı olan F. B. Rastrellinin xüsusilə Peterhofda inşa etdiyi barokko üslubundakı əsərləri maliyyələşdirdi. Sankt Peterburqdakı Qış sarayı və Smolnı kafedralı onun səltənətinin əsas memarlıq əsərləridir.
Yelizaveta Səmədova
== Karyerası ==
Yelizaveta Ubryatova
Yelizaveta İvanovna Ubryatova (rus. Елизаве́та Ива́новна Убря́това; 27 oktyabr 1907 - 4 mart 1990)— Rusiya türkoloqu. == Həyatı == Yelizaveta İvanovna Ubryatova 1907-cı ildə anadan olmuşdur. 1929-cu ildə İrkutsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib Taymır Milli Vilayətində müəllim işləmişdir. Burada o, Norilsk dolqanlarının dilini öyrənir ki, sonralar bunun onun tədqiqatlarında böyük rolu olmuşdur. O, Leninqradda Şimal Xalqlarının İnstitutunda aspiranturada oxumuşdur. Görkəmli alim, SSRİ EA-nın müxbir üzvü S.E. Malovun tələbəsi olmuşdur. 1940-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Yakut dilinin dialektologiyasının ortaya çıxması, daha dəqiq desək, yakut dilinin şivələrinin mövcudluğu haqqında ilk dəfə fikir irəli sürən E. Ubryatova olmuşdur. E. Ubryatovanın əsərləri türk dillərinin, eləcə də ümumi dialektologiyanın inkişafında prinsipial metodoloji əhəmiyyət kəsb edir.
Yelizaveta burnu
Yelizaveta burnu — Rusiya, Saxalin vilayəti, Saxalin adasında yerləşən qayalı burun. Şmidt yarımadasında yerləşən burun həm də Saxalin adasının ən ucqar şimal nöqtəsini təşkil edir. Buruna bu adı 9 avqust 1805-ci ildə İvan Kruzenştern, Rusiya imperatoru I Aleksandrın həyat yoldaşı yelizaveta Alekseyevnanın şərəfinə adlandırılmışdır. 1932-ci ildə burunda mayak inşa edilmişdirSahillərində Oxot dəniuzinin duzluğu 16,4 ‰-dirİnzibati cəhətdən saxalin vilayəti İxinski rayonuna daxildir.
Yelizaveta qülləsi
Biq Ben (ing. Big Ben) — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir.
Lankasterli Yelizaveta
Lankasterli Elizabet (ing. Elizabeth of Lancaster) (d. 21 fevral 1363 - ö. 24 noyabr 1426) — İngiltərə kralı III Eduardın oğlu Gentli Con və Lankasterli Blanşın qızı. O, 1378-ci ildə Bant ordeni ilə mükafatlandırıldı. == Həyatı == === Uşaqlıq illəri === Elizabet 21 fevral 1363-cü ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ikinci qızı olaraq Burford qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Filipa və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Elizabetin anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və qızlarının dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Elizabet, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı.
Yelizaveta Valua
Valualı Elizabet (fr. Élisabeth de France) (d. 2 aprel 1545 - ö. 3 oktyabr 1568) — Fransa kralı II Henri və xanımı Ketrin Medicinin böyük qızı, İspaniya kralı II Filippin isə üçüncü xanımı. == Mənbə == Baumgartner, Frederic J. (1988). Henry II, King of France:1547-1559. Duke University Press. Carrión, María M. (2010). Subject Stages: Marriage, Theatre and the Law in Early Modern Spain. University of Toronto Press.
Yorklu Yelizaveta
Yorklu Elizabet (11 fevral 1466, Vestminster sarayı, Böyük London regionu[d] – 11 fevral 1503, London qalası) — İngiltərə kralı IV Eduardın qızı, V Eduardın bacısı, VII Henrinin qadını və VIII Henrinin anasıdır. == Kral qızı Elizabet == Elizabet 11 fevral 1466 tarixində Kral IV Eduardın və Kraliça Elizabet Vudvilin qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 1469-cu ildə qısa müddətliyinə Northumberland hersoqu John Neville`nin oğlu George Neville ilə nişanlandı. Ancaq John Neville kral əleyhinə başlayan üsyana qatıldı və bu nişan kral tərəfindən ləğv edildi. 1475-ci ildə isə Fransa kralı XI Lüdovik oğlu Karlla Elizabeti nişanlasa da, 1482-ci ildə bu nişan da ləğv edildi. == Kral bacısı Elizabet == 9 aprel 1483 tarixində Elizabetin atası ani olaraq vəfat etdi və İngiltərə taxtına kiçik qardaşı Uels şahzadəsi Eduard çıxdı. Əmisinin vəkaləti ilə taxta çıxan V Eduard yalnız 2 ay taxtda qala bildi. == Kral qadını Elizabet == Gərgin siyasi vəziyyət anında taxta çıxan ilk Tüdor kralı VII Henri 18 yanvar 1486 tarixində Westminster Kilsəsində Yorklu Elizabetlə evləndi. Onların ilk övladı olan Artur Tüdor 20 sentyabr 1486 tarixində dünyaya gəldi və beləliklə, Yorklu Elizabet vəliəhd anası oldu. 25 noyabr 1487 tarixində tacqoyma mərasimi keçirildi və Yorklu Elizabet İngiltərə kraliçası elan olundu.
Yelizaveta Bouz-Layon
Elizabet Bouz-Layon (ing. Lady Elisabeth Bowes-Lyon, 4 avqust 1900, London – 30 mart 2002, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, VI Georqun həyat yoldaşı və kraliça 1936–1952. Kraliça Elizabet (ing. Queen Elizabeth) kimi Hindistannın axırıncı imperatriçası (1936–1948), beş Qvineyanın lord-protektoru (1978–2002). == Ümumi məlumat == Kraliça II Elizabetin anası. Həyat yoldaşının vəfatından sonra adaşı qızı ilə dəyişiklik olmasın deyə Böyük Britaniyada ona Ana Kraliça deyirdilər (ing. Queen Mother). O, 100 ildən çox yaşamış ingilis kral ailəsinin iki üzvündən biridir. Digəri 1901–2004-cü illərdə yaşamış hersoginya Alisa Qloster (qızlıq soyadı Monteqyu) olmuşdur. O, həmçinin üç əsrdə (XIX, XX və XXI əsrlər) yaşamış az sayda məşhur insanlardan biridir.
Yelizaveta Qonzaqanın portreti
Yelizaveta Qonzaqanın portreti (it. Ritratto di Elisabetta Gonzaga) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Yelizaveta Qonzaqanın portreti" hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Yelizaveta Valdemarovna İvantsiv
Yelizaveta Valdemarovna İvantsiv (ukr. Єлизаве́та Вальдема́рівна Іванці́в, Yolka azərb. Küknar‎ və ya Yeni il ağacı, rus. Ёлка, ukr. Йолка; 2 iyul 1982, Ujqorod) — Ukraynalı-rus müğənni və prodüser. Keçmişdə "6 nömrəli palata" Ujqorod şəhərinin KVN komandasının iştrakçısı olmuşdur. == Həyatı == Yelizaveta Valdemarovna İvantsiv 2 iyul 1982-ci ildə Ujqorod şəhərində anadan olub. O, musiqiçi ailəsində anadan olub, belə ki, atası caz musiqidi kolleksiyaçısı idi, anası isə üç musiqi alətində ifa edə bilirdi. O, məktəbin xor cəmiyyətində oxumağa başlamış, daha sonra vokal dairəsinə keçmişdir. Məktəbin Şən və Hazırcavablar Klubunda iştirakı ona uğur qazandırmışdır.
Elizabet
Elizabet — ad. I Elizabet — II Elizabet — Elizabet Tüdor — azərbaycanlı yazıçı.
Elizabeth Gillies
Elizabet Qillis (ing. Elizabeth Gillies; 26 iyul 1993) — Amerikalı aktrisa və müğənni. == Bioqrafiya == Elizabet Egan Qillis ABŞ-ın Nyu-Cersi ştatının Hayvorth şəhərində anadan olub. Hayvorth Dövlət Liseyini bitirib. Onun 1996-cı il təvəllüdlü bir kiçik qardaşı var. Qillisin aktyorluq karyerası 12 yaşında yerli kastinq çağırışlarına getməklə başlayıb. Tez bir zamanda Virgin Mobile kimi şirkətlərin reklamlarında görünür. Elizabet Qillis ilk televiziya rolu The Black Donnellys'in üç epizodunda təkrarlanan bir personaj olur. Daha sonra Elizabet “The Stand” filmində Şelbi Ueksler adlı bir personajın rolunu oynayır. 2009-cu ildə Elizabet Viktoriya serialında Jade West rolunu oynamağa başlayır.
Avstriyalı Elizabet
Avstriyalı Elizabet (d. 9 iyul 1526 - ö. 15 iyun 1545) — Polşa kraliçası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ən böyük övladıdır. 1543-cü ildə özü kimi Habsburq ailəsinə mənsub olan Polşa kralı və Reç Pospolita başhersoqu II Sigismund Avqustla evləndirildi. Buna baxmayaraq evlilik çox qısa davam etdi. Çünki Elizabet xəstə idi və epileptik tutmalar nəticəsində 2 il sonra 18 yaşında ikən vəfat etdi. == Mənbə == Duczmal, Małgorzata (2012). Jogailaičiai (in Lithuanian). Translated by Birutė Mikalonienė; Vyturys Jarutis.