Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Ellinizm
Ellinizm, Hellinizm (yun. Ἑλληνισμός; lat. Hellēnismós) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334-323 cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Bu zaman aralığında yunan və İran, yunan və Misir, yunan və hind mədəniyyətlərinin sintezi baş vermişdir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İohan Qustav Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı təsiri məsələsinə yönəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər. == Ellinlər == Ellinlər (yun.
Leninist
Leninizm və ya leninçilik — Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə,iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir. == Əsas ideyaları == Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir.Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir. "Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu.Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı.İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi.Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi. Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir.Həmin kitabda Lenin peşəkar inqilabçıların partiyaya yiyə durmalarının və qələbəyə istiqamət vermələrinin vacibliyini göstərir.Lenin kapitalizmin ancaq bu yolla devrilə biləcəyinin mümkünlüyünə inanırdı.Ona fikrincə bu ancaq proletar diktatura sayəsində reallaşa bilərdi.Lenin bununla dahiyanə bir surətdə sübut etdi ki sosialist inqilabının bütün ölkələrdə eyni zamanda qələbə çalacağı haqqında K.Marksın və F.Engelsin məlum fikri yeni tarixi şəraitə uyğun gəlmir.İmperializm dövründə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafı qanununun təsir göstərməsi müxtəlif ölkələrdə proletar inqilabının müxtəlif vaxtlarda yetişib qalib gəlməsi qanunauyğunluğunu meydana çıxarır. Leninizmin digər təməl ideyası da imperializmi kapitalizmin ən yüksək mərhələsi olaraq görməsidir.O özünün "İmperializm kapitalizmin ən yüksək mərhələsidir" əsərində imperializmin siyasi, iqtisadi əsaslarını dərindən təhlil etmişdir.Bunun üçün Lenin bir neçə il ərzində imperializmə dair çoxlu material, statistik məlumat toplamışdı.Məlum olduğu kimi bu materialların çoxusu Leninin ümumi həcmi 40 çap vərəqindən ibarət olan "İmperializm dəftərlərində" çap olunmuşdur.Lenin kapitalizmin qlobal bir sistemkən istifadə etdiyi hiylələri (Marks bu fenomeni nəzərdə tutmuşdur) marksizmi inkişaf etdirərək aşkara çıxarmışdır.İmperializmin dərin təhlili əsasında Lenin yeni tarixi şəraitdə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişaf etməsi qanununu kəşf etmiş və buna əsaslanaraq sosialist inqilabı haqqında marksizm nəzəriyyəsini yaradıcılıqla zənginləşdirmişdir. == Leninizimin inqilab nəzəriyyəsi == Leninizmə görə inkişaf etmiş kapitalist ölkələrdə proletar inqilabı baş verə bilməz ,çünki, bu ölkələr işçilərə yüksək maaş və sosial təminat verir, bu da onlarda inqilabi şüurun inkişaf etməsinin qarşısını alır.Buna görə də ancaq inkişafda olan və ya aqrar ölkələrdə fəhlə inqilabı baş verə bilər.Lakin əgər inqilab ancaq kasıb ölkələrdə meydana çıxırsa bu da burada müəyyən problemlərin olduğunu göstərir.Marksizmə görə inkişaf etmiş ölkələr sosializmə keçə bilməz, çünki, kapitalizm hələ buralarda bütün gücünü istifadə etməmiş, istismarını reallaşdırmamışdır, elə buna görə də xarici qüvvələr inqilabı müvəffəqiyyətsizliyə uğratmaq üçün əlindən gələni edəcək.Buna leninizm iki həll yolu təklif edir. İlk təklifi çox sayda inkişaf etməmiş ölkənin qısa bir müddətdə birləşərək böyük federal bir quruluş quraracağı, bu sayədə kapitalizmə qarşı müqavimət göstərəcəyi və sosializmi bərpa edəcəyidir. Sovetlər Birliyinin qurulmasının təməl fikri də budur.
Ellinizm fəlsəfəsi
Ellinizm fəlsəfəsi (IV - I yüzilliklər) — Aristoteldən sonra qədim yunan fəlsəfəsinin növbəti inkişaf mərhələsi. Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur. Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Ellinizm ədəbiyyatı
Ellinizm ədəbiyyatı qədim yunan ədəbiyyatının əsas mərhələlərindən biridir. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələri Kallimax, Feokrit, Rodoslu Apolloni, Menandr olmuşdur. == Kallimax == Ellinizm ədəbiyyatının ən görkəmli şairidir. Dastanın dövrünün keçdiyini və kiçik şeirlər yazmaq lazım olduğunu söyləmişdir. Epiqramlar və satirik şeirlər yazmışdır. Dörd hisədən ibarət “Səbəblər” kitabı kiçik mənzum hekayələrdən ibarətdir. == Rodoslu Apolloni == Kallimaxın tələbəsi olmuş və onun fikirləri əleyhinə çıxmışdır. “Arqonavtiklər” dastanını yazmışdır. == Feokrit == Feokrit ellinizm dövründə yaranan kiçik şeirlər yazmaq ənənəsinin davamçısı olmuş İskəndəriyyə şairlərindən biridir. Qədim yunan ədəbiyyatında kiçik şeirləri xüsusən bukolikaları ilə tanınır.
Akif Rüstəmov (alpinist)
Akif Rüstəmov — məşhur azərbaycanlı alpinist. == Həyatı == Keçmiş SSRİ-nin yeddi min metrlik beş zirvəsindən dörüdünü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. 19 avqust 2009-cu ildə vəfat etmişdir.
Hillari Nelson (alpinist)
Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton – 26 sentyabr 2022, Manaslu) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub. == Həyatı == Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub. == Ölümü == 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib.