Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmposter sindromu
İmposter sindromu (ing. Impostor Syndrome) —şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur. == Sindrom haqqda məlumat == İmposter sindromu, şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur. Bu sindroma sahib olan insanlar iş və ya təhsil həyatlarında həddindən artıq yüksək mövqeyə gəlib çıxsalar və böyük uğurlar əldə etsələr də, bu uğurun səbəbini öz çalışqanlıqları, bacarıqları və ya əməklərində deyil, tamamilə şans faktorunda görürlər. Bu şəxslər şansın davamlı olaraq onların üzünə güldüyünü, bu səbəblə də əllərindəki nailiyyətləri qazandıqlarını iddia edir və hətta öz beyinlərində buna uyğun olmayan səbəblər də qururlar. Məsələn, hər hansı bir çox çətin akademik imtahandan yüksək nəticə qazanan şəxs "imtahanda qarşıma çıxan suallar çox asan idi", yüksək bir mövqedəki vəzifə üçün çalışan və sonda əldə edən insan "rəqiblərim çox zəif idi" və ya "o qədər də güclü rəqabət yox idi" deyərək məqsədi yolunda istifadə etdiyi bütün bilik və bacarıqlarını gözardı edib hər şeyi şansa bağlayırlar. İmposter sindromunun ən sarsıdıcı tərəfi isə bu şəxslərin bir gün bütün şans əsəri qazandıqlarına layiq olmadıqlarının üzə çıxacağını düşünmələridir. Bu şəxslər nə vaxtsa "təsadüfi" yüksəlişlərinin anlaşılacağını və əllərindəki hər şeyi itirəcəklərini düşünürlər. Maraqlısı budur ki, araşdırmalara görə bu sindroma qadınlarda və hər hansı bir azlığın (milli, irqi, dini və s.) üzvlərində daha çox rast gəlinir. Səbəb olaraq isə cəmiyyətdə onlara qarşı oturuşmuş steorotiplər göstərilir.
Ərdəşir Riporter
Ərdəşirci Riporter Böyük Britaniyanın, İrandaki gizli kəşfiyyat(Secret Intelligence Service) başçısı idi. == Həyatı və fəaliyyəti == Ərdəşir Riporter, Hindistan zərdüştilərindən idi ki, atası və böyük atası Tayms qəzetinin reportyorları olmaqlarına görə Riporter(Reporter) soy adın seçmişdirlər.Ser Ərdəşir Riporter və təşkilatı 1921-ci darbedə və Rza xanın hökumətə yetişdirməsində əsas rolu varıdi və İranda,respublika yaranmasının qarşısını aldı.O, irqçi nəzəriyyələri və etnik bölmələrin (Türk fobisi, Ərəb fobisi)İranda dəstəklədi və yaydı.O, həmçinin, hər bir qədim abidəni ki funksiyası məlum deyildir,atəşkədə müəyyənləşdirib və adlandırdi , və Hindistan Parsilərindən istədi neçə atəşkədə Tehran, Kirman və Yəzd şəhərlərində tiksinlər və onları qədim əsrlərə mənsub etsinlər.Məşrutə hərəkatınada təsir göstərmişdir.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). == Həyatı == İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Eleanor Porter
Porter Robinson
Porter Ueston Robinson (ing. Porter Weston Robinson) — amerikalı DJ. Worlds adlı ilk albomu 2014-cü ilin avqustun 12-də üzə çıxıb. 2015-ci ilin martın 20-də MTVu tərəfindən ilin artisti adlandırılıb.
The Hollywood Reporter
The Hollywood Reporter (tərc. Hollivud müxbiri) — ABŞ film sənayesindəki inkişafları izləyən aparıcı Amerika jurnalı. Həftədə bir dəfə nəşr olunur. Variety ilə birlikdə son on ildə Amerikanın ən böyük iki film jurnalından biri olub. Əsası Vilyam Vilkerson tərəfindən qoyulmuş jurnalın ilk nömrəsi 1930-cu ilin sentyabrında çıxmışdır. Jurnal hazırda Prometheus Global Media-a məxsusdur və qərargahı Los-Ancelesdə yerləşir. 2010-cu ildə Cenis Min (ing. Janice Min) nəşrin baş redaktoru oldu. == THR Russia == 2012-ci ilin martından 2018-ci ilin noyabr ayına qədər jurnalın rusdilli versiyası nəşr olundu. 73 buraxılış verilib.
Cruzeiro Esporte Clube
Kruzeyro İdman Klubu (ing. Cruzeiro Esporte Clube) — qərargahı Belo Horizonte, Minas Gerais-də yerləşən Braziliya idman birliyidir. Və Braziliyanın ən böyük futbol klublarından biri hesab olunur. == Tarixi == Kruzeyro futbol klublu 2 yanvar 1921-ci il yaradılıb. O, iki dəfə kubok çempionu, dörd dəfə isə Braziliya çempionu olmuşdur. Kruzeyro CONMEBOL-un tiz (başqaları Olimpiya, São Paulo, Independiente, Vélez Sársfield, Boca Juniors, Internacional və LDU) sahib yalnız səkkiz komandadan biridir.
Vilyam Sidney Porter
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
Elinor Hocmen Porter
Elinor Emili Hocmen Porter (ing. Eleanor Emily Hodgman Porter) — Amerika yazıçısı. == Həyatı == 19 dekabr 1868-ci ildə ABŞ-nin Nyu-Hempşir ştatında doğulub. Yeni İngilitərə Konservatoriyasında bir neçə il mahnı dərsləri alıb. 1892-ci ildə Con Liman Porter ilə evlənib və Massaçusetsə yerləşiblər. Yazar karyerasına qısa heykayələr yamzaqla başlayıb. 21 May 1920-ci ildə Massaçusetsə vəfat edib və Mount Auburn qəbiristanlğında dəfn edilib. Düynaca ən məşhur əsəri Polyanna romanıdır.