çıxmaq
çılğıncasına
OBASTAN VİKİ
Çılğın (film, 2000)
Sevgi ehtirası (hind dili: जोश, Rom: Josh) — rejissor Mansur Khan tərəfindən çəkilmiş və 9 iyun 2000-ci ildə nümayiş etdirilən Hindistan kriminal filmidir. Baş rollarda Şah Rukh Khan, Aishwarya Rai, Chandrachur Singh və Sharad Kapoor, köməkçi rollarda isə Priya Gill və Vivek Vaswani oynamışdır. Film West Side Story (1961) musiqili filminin remeykidir. Film ortalama gəlir əldə etmişdir. Ekran əsərində hadisələr bir-birilə ədavətdə olan iki quldur dəstəsinin fəaliyyətdə olduğu kiçik hind şəhərində cərəyan edir. Onlardan birinə Maks Diaz başçılıq edir. İkincisi isə Maksın qatı düşməni Prakaş Şarmanın başçılığı altındadır. Günlərin bir günü Mumbayda iki il işləyib geri dönən Rahul, qardaşı Prakaşa baş çəkir. Doğma şəhərində Şirli adlı son dərəcə cazibədar qadına ilk baxışdan aşiq olur. Şirli ona bu sevgidə qarşılıq versə də, tezliklə Rahul onun qardaşının əzəli düşməni Maksın bacısı olduğunu öyrənir.
Çılğın izdihamdan uzaq
Çılğın İzdihamdan Uzaq (ing. Far From The Madding Crowd) ingilis yazıçı Tomas Hardinin 1874-cü ildə yayımlanmış dördüncü və ən məşhur romanlarındandır. Əsər ilk dəfə Chornhill Magazine adlı jurnalda, aylıq olaraq hissə-hissə yayımlanmış və böyük nailiyyət əldə etmişdir. Müəllif, 1895 və 1901-ci illərdə əsər üzərində əlavə və dəyişikliklər etmişdir. Hardi, romanın adını, ingilis şair Thomas Grayin şeirində keçən 'Far From the madding crowds ignoble strife' cümləsindən götürmüşdür. Müəllifinə böyük şöhrət qazandıran əsər 1915, 1967, 1998 və 2015-ci illərdə filmə də adaptasiya edilmişdir. Romanın əsas qəhrəmanı Qabriel Oak adlı bir çoban və Bathsheba Everdene adlı bir qızdır. Onların ilk tanışıqlıqları Bathshebanın kasıb bir qız olaraq xalası xanım Hurstun evində qalmağa başladığı vaxta təsadüf edir. Qızı ilk gördüyü andan qəlbən və məntiqən ona yaxınlıq duymağa başlayan çoban Oak, bir gün onunla ailə qurmaq fikrində olduğunu açıqlayır, lakin Bathsheba tərəfindən təklifi rədd edilir. Ardından hadisələr kəskin şəkildə dəyişir.
I Çılğın Xuana
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Çılğın dünya (film, 1995)
Zamaana Deewana (nəstəliq: زمانہ دیوانہ, mənası: Çılğın dünya) Rameş Sippinin rejissorluq etdiyi hind filmidir.[mənbə göstərin]
Çılğın gənclər (film, 2013)
Yeh Jawaani Hai Deewani — rejissor Ayan Mukercinin 2013-cü ildə çəkilmiş filmidir Prodüseri Karan Cohar olan filmin hind dilindən tərcüməsi "Çılğın gənclər" deməkdir. Naina utancaq tibb tələbəsidir. Davamlı oxuyur və həmişə dərslərindən yüksək qiymətlər alır, lakin introvert xarakterinə görə özünü həmişə kənarlaşdırılmış hiss edir. Köhnə sevgilisi Aditi Mehra ilə yenidən görüşü zamanı o başa düşür ki, ona yüksək qiymətlərlə yanaşı, həyatda başqa şeylər də lazımdır. Odur ki, o, heç kimə xəbər vermədən, Himalay dağ silsilələrindəki ekskursiyasında Aditini izləmək qərarına gəlir. Ekskursiya zamanı o, köhnə sinif yoldaşları Kabir "Bunny" Thapar və Avinash "Avi" Arora ilə olan dostluğunu təzələyir.
Çılğın Sinif (film, 2023)
Çlğın Sinif — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası internet serialıdır. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoy. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Məktəbli film və seriallarının istehsalı çərçivəsində ərəsəyə gətirilib. Məktəbdə çılğın bir sinfi sakitləşdirmək və ələ almaq üçün çağırılan xüsusi müəllim sinidən daha çılğındır. Çılğın müəllim bütün çətinliklərə baxmayaraq çılğın metodları ilə çılğın sinfi tərbiyələndirir və məktəbin ən uğurlu sinfinə çevirir. Film Macəra Gənclik Komediya Dram janrındadır. Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Məhəmməd Hüseynov Montaj: Azflix Pro Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Kübra Əliyeva Hüseynağa Ağayev Murad Məlik Çingiz Əlizadə Həsən Alqayev Arzu Meyədinova Nərmin Bağırlı və digərləri • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.
Çılğın kart (film, 2015)
Çılğın kart və yaxud da əvvəlki adı ilə İstilik (ing. Heat), 1985-ci ildə nəşr olunmuş olanUilyam Qoldmanın eyniadlı romanına əsaslanaraq çəkilmiş olan Amerika istehsalı kriminal dram filmidir. Filmin rejissoru Saymon Vest, ssenari müəllifi isə Qoldman olmuşdur. Filmin baş rollarında Jason Statham, Stanley Tucci, Sofia Vergara, Milo Ventimiqlia çıxış etmişdirlər. Film 30 yanvar 2015-ci ildə ABŞ-da nümayiş olunmuşdur. Filmin baş qəhrəmanı Las-Veqasda mühafizəçi işləyən sabiq hərbçi Nik Eskalantedir. Onun ən böyük arzusu "çirkabla" dolu şəhərdən Venesiyaya köçməkdir. Ancaq bunun üçün böyük məbləğdə pula ehtiyacı vardır. Günlərin birində Bossu tərəfindən davamlı şəkildə döyülən fahişə Holliyə kömək etməyə razı olur. Onu incidənlərin dərslərini vermək qərarına gəlir.
Dağlaləsi çılğınlığı
Dağlaləsi həyəcanı (nid. tulpenmanie, tulpomanie, tulpengekte və bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir. Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur.
Çılğınlıq (film)
Çılğınlıq (ing. Spree) — Yucin Kotlyarenkonun rejissorluğu ilə 2020-ci ildə ekranlara çıxan ABŞ filmi. Kurtun sosial media məşhurluğuna olan aclığı onu ağlasığmaz bir hərəkətə sürükləyir. O, sərnişinlərini qətlə yetirən və bunu canlı olaraq yayımlayan sürücüyə çevrilir. Joe Keery — Kurt Kunkle Sasheer Zamata — Jessie Adams David Arquette — Kris Kunkle Kyle Mooney — Miles Manderville Mischa Barton — London Sachs Sunny Kim — DJ uNo Frankie Grande — Richard Venti Josh Ovalle — Bobby BaseCamp Lala Kent — Kendra Sheraton John DeLuca — Mario Papazian Jessalyn Gilsig — Andrea Archer Mohammad Tiregar — khaby Spree — Internet Movie Database saytında.

Digər lüğətlərdə