Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Epidemiya
Epidemiya (yunan dilində ἐπί epi "üst, yuxarı" və δῆμος demos "insanlar" deməkdir) — İnsanın hәr hansı bir infeksion, yaxud invazion xәstәliyinin mәlum әrazidә adi (sporadik) xәstәlәnmә sәviyyәsindәn xeyli artıq yayılması, tez vaxtda geniş yayılan xəstəlik. Yaşayış yerində (ölkədə, rayonda, kollektivdə) hər hansı infeksion xəstəliyin kütləvi şəkildə yayılması. Epidemiya yerli və gətirilmə ola bilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer kürəsini əhatə etdikdə pandemiya, birdən-birə baş verdikdə eksploziv adlanır. Epidemiya ilə mübarizə bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək və ya tamam məhv etmək (məs. taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq, xəstələri təcrid etmək və s.); xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və dizenfeksiya üsulları ilə məhv etmək; əhali arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet yaratmaq. İnfeksion xәstәliklәrin yüksәk yayılma sәviyyәsi bioloji vә sosial amillәrlә bağlıdır. Epidemiyanın әsasında epidemik proses, yәni infeksiya törәdicisinin fasilәsiz ötürülmәsi, hәm dә kollektivdә ardıcıl inkişaf edәn vә qarşılıqlı әlaqәli yoluxma halının fasilәsiz zәnciri (xәstәlik, bakteriyadaşıyıcısı) dayanır. Bәzәn xәstәliyin yayılması pandemiya xarakterli olur; müәyyәn tәbii, yaxud sosial-gigiyenik şәraitlәrdә xәstәlәnmәnin nisbәtәn yüksәk sәviyyәsi mәlum әrazidә uzun müddәt qeydә alına bilәr. Epidemiya xәstәliyin kütlәviliyi, xәstәliyin yoluxma yollarının ümumiliyi vә çoxluğu, inkubasiya dövründә xәstәliyin baş vermәsinin eyni vaxta tәsadüf etmәsi vә fasilәsizliyi, xәstәliyin ayrı-ayrı hallarında әrazi yaxınlığı ilә sәciyyәlәnir.
Pandemiya
Pandemiya (q.yun. πᾶν, pan, 'bütöv' və q.yun. δῆμος, demos, 'xalq') — böyük ərazidə, məsələn bir neçə qitədə yayılıb, böyük sayda insanlara təsir edən epidemiya. Epidemiya prosesin zirvəsi. Hal-hazırda var olan pandemik xəstəliklər QİÇS və Koronavirus (COVID-19)-dur. == Haqqında == Pandemiya çox sayda insanın tutulduğu beynəlxalq sərhədləri aşan epidemiyadır. Pandemiya həmçinin vacib kənd təsərrüfatı orqanizmlərində (heyvandarlıq, bitki bitkiləri, balıq, ağac növləri) və ya digər orqanizmlərdə baş verə bilər. Bir xəstəlik və ya vəziyyət yalnız geniş yayıldığı və ya bir çox insanı öldürdüyü üçün pandemik xəstəlik deyil; o həmçinin yoluxucu olmalıdır. Məsələn, Xərçəng xəstəliyi bir çox insanın ölümünə səbəb olsa da, yoluxucu olmadığı üçün pandemik sayılmır.
Anemiya
Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə ἀναιμία anaimia, "qan çatışmazlığı", prefiks ilə, ἀν- an-, "antonim-inkar şəkilçi" + αἷμα haima, "qan") - qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması. Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir. Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, "Dəmir defisitli anemiya" adlanır. Anemiyanın normoxrom, hipoxrom və hiperxrom növləri var. Rəng göstəricisi normoxrom anemiya zamanı dəyişmir, hipoxrom anemiyada azalır, hiperxrom anemiyada isə artır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur.
Endemik
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Endeisa flava
Dendrobium densiflorum (lat. Dendrobium densiflorum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Epidendrum dumunsuttu Buch.-Ham. ex Lindl. (1830) Dendrobium clavatum Roxb. (1832) Endeisa flava Raf. (1837) Dendrobium schroederi Dombrain (1870) Dendrobium guibertii Carrière (1876) Callista clavata (Roxb.) Kuntze (1891) Callista densiflora (Lindl.) Kuntze (1891)C Callista guibertii (Carrière) M.A. Clem.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Eremiya təpəsi
Eremiya təpəsi (bolq. Еремийски хълм, ‘Eremiyski Halm’ \e-re-'miy-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən qərbdə yerləşən, 863 m hündürlüklü təpədir. Təpə Mareskot silsiləsinə daxildir və Malorad buzlağından cənub-qərbdə yerləşmişdir.Təpə qərbi Bolqarıstanda yerləşən Eremiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Eremiya təpəsi 63°32′45″ c. e. 58°37′46″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 3.48 km şimal-qərbdə, Korner zirvəsindən 4.83 km şimal-şərqdə, Tanaron burnundan 6 km cənub-şərqdə, Bardarevo təpəsindən 5.89 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Qrü Neemiya
Qrü Neemiya (ing. Grew, Nehemiah; 26 sentyabr 1641, Vorvikşir qraflığı – 25 mart 1712[…], London) — bitkilərin anatomiyasının əsasını qoymuş ingilis botaniki. == Həyatı == 1641-ci ildə Aterstonda doğulub. 1712-ci ildə Londonda vəfat edib. == Qrü Neemiyanın əsərləri == Bitkilərin anatomiyası və inkişafı. — (ing. The Anatomy of Vegetables Begun), (1670). Bitkilərin fəlsəfi tarixi. — (ing. An Idea of a Philosophical History of Plants), (1672).
Oraq hüceyrəli anemiya
Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş vermiş mutasiya sonucunda yaranır. == Digər adları == == Xəstəliyin yayqınlığı == Oraq hüceyrəli anemiya əcdadları malyariyanın yayğın olduğu tropik və subtropik bölgərəldə yaşamış şəxslərdə olur: Azərbaycan, Türkiyə, Yunanıstan, Səudiyyə Ərəbistan, Hindistan, Əfqanıstan, Afrika. == İrsiyyət == Patoloji HbS hemolqlobini == Genotiplər == Tez-tez rastlanan genotiplər aşağıdakılardır: HbSS homoziqot HbS qarışıq heteroziqot HbS-β-Thal xəstəliyi HbSC xəstəliyiDaha nadir genetik kombinasiyalar isə bunlradır: HbSD HbS OArab HbS Lepore == Əlamətləri == Oraq hüceyrəli anemiya erkən uşaqlıqda özünü büruzə verir. İlk 6 aylarında südəmər körpələr hemoqlobin F ilə qorunur, bundan sonra xəstəlik aşkar özünü göstərir. === Ağrılar === ==== Ağrı tutmaları ==== Xəstəliyin ən sıx rastlanan bəlirtisi vazo-okklyuziv krizlərdir (damar tıxanma krizləri, tutmaları). Bu zaman kiçik qan damarların oraqvarı eritrositlərlə tıxanır, və qan təchizatının pozulması işemik zədələnməyə və ağrılara gətirib çıxarır. Homoziqot Hb S daşıyıcılarının təqribən 50% bu cür ağrı tutmaları keçirir. Ağrıların təkrarlanma tezliyi xəstədən xəstəyə çox fərqlidir: bəzilərində ildə 6 və ya çox tutma olur, bəzilərində isə böyük fasilələrlə olur ya da heç olmur.
Aşağı Əndəmic
Aşağı Əndəmic (əvvəlki adı: Aşağı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Əndəmiç kəndi Aşağı Əndəmic kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Aşağı Əndəmic kəndi Yuxan Əndəmic kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əndəmic kənd inzibati ərazi vahidi yaradılmışdır.Aşağı Əndəmiç oyk., mur. Ordubad rayonunun Nüsnüs inzibati ərazi vahidində kənd. Ordubad çayının sahilindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində keçmış Əndəmiç kəndindən çıxmış ailələr salmış və Aşağıda, çökəkdə yerləşdiyinə görə belə adlanmışdır. Xalq danışıq dilində əndə "eniş-yoxuş"; "cala-cuxur", mış "su yığılan yer" mənalarını ifadə edir. Beləliklə, oykonim "su yığılan cala, cuxur yer" mənasındadır. 2003-cu ildən kəndin adı Aşağı Əndəmic kimi rəsmiləşdirilmişdir.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km şimal-qərbdə, Dübəndi çayının sağ sahilindədir.
Yuxarı Əndəmic
Yuxarı Əndəmic (əvvəlki adı: Yuxarı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Əndəmiç kəndi Yuxarı Əndəmic kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Keçmiş adı Əndəmiç olmuşdur. XIX əsrdə bu kənddən çıxmış ailələr Ordubad çayının sahilində, bir qədər aşağıda yeni yaşayış məntəqəsi saldıqdan sonra yeni kənd Aşağı Əndəmiç, köhnə isə Yuxarı Əndəmiç adlandırılmışdır. == Əhalisi == Əhalisi 1041 nəfərdir.
Əndəriyan qızıl mədəni
Əndəriyan qızıl mədəni — Şərqi Azərbaycan ostanının ən böyük qızıl mədənidir.Əndəriyan kəndinin yanında və Vərziqan ətrafında yerləşir.Bu mədən 250 ton qızıl ehtiva edir.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.