ƏNDAM

is. [ fars. ]
1. Bədən.
Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir? M.V.Vidadi.
Uşağın əndamına quru xına sürtməyə başlardılar. H.Sarabski.

2. Boy, qədd, qamət, boy-buxun, bədən quruluşu. Əndamı olduqca düzgündür.
– Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar gözləri vardır. M.S.Ordubadi.

□ Əndamın yansın (açılsın), əndamı yanmış (açılmış) – qarğış ifadəsi.
Anası Gülpərinin təpəsinə iki əlli qapaz vurub deyərdi: – Əndamı açılmış, bir bax, gör uşağı nə günə salmısan! H.Sarabski.

Əndamına lərzə düşmək – titrəmək, əsmək (qorxudan).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏNDAM əndam bax 1. bədən; 2. boy I
  • ƏNDAM boy — qədd — qamət
  • ƏNDAM bədən — can

Etimologiya

  • ƏNDAM Fars sözüdür, “qamətli, boylu-buxunlu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏNCÜMƏN
ƏNDAMLI

Digər lüğətlərdə

отве́рзть прохуди́ться расскака́ться бесхара́ктерный биатло́н многому́жество неприхотли́во отшвыря́ть растрево́житься тусо́вщица фла́нцевый брыкать(ся) лухта оба суница duration Hochheimer kalimba Noh polycentrism Saint Paul warder описательство рассматривать случаем