Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Epifiz
Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. == Yerləşmə == Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.
Epifit
Epifit- həyatınn bir hissəsini və ya hamısını başqa bitkilər üzərində keçirən, torpaqla əlaqəsi olmayan ağac və ot bitkiləri.Başqa bitkilərin yarpaqları üzərində yaşayan bitkilər epifillər adlanır. == Xarakteristikası == Epifilər parazitlərdən fərqli olaraq, qida maddələrini üzərində yaşadıqları bitkilərdən almır. Əsasən tropik meşələrdə yayılmışdır. Az rütubətli isti yerlərdə olan epifitlər mamır, şibyə, qıjı və yosunlardan ibarətdir. Epifitlər iki əsas qrupa bölünür: yarımepifitlər və əsl epifitlər. === Yarımepifitlər === Yarım epifitlər inkişafa ağaclarda başlayır. Bir müddətdən sonra torpağa işləyən və ondan su, mineral maddələr alan uzun əlavə köklər əmələ gətirir. === Əsl epifitlər === Əsl epifitlər ömrü boyu ağaclarda torpaqla əlaqəsi olmadan yaşayır. Belə epifitlər tez-tez su və mineral maddələrdən korluq çəkir. Bununla əlaqədar epifitlərdə su və qidanı almağa və onları daha səmərəli sərf etməyə xüsusi uyğunlaşmalar əmələ gəlmişdir.
Epikriz
Epikriz (yun. επίκροις – mülahizә, qәrar) – müalicә başa çatdıqda, yaxud onun müәyyәn mәrhәlәsindә xәstәnin vәziyyәti, xәstәliyin başvermә sәbәblәri vә inkişafı, müalicәnin әsaslandırılması vә nәticәsi haqqında yazılı qәrar, vacib tibbi uçot sәnәdi. == Ümumi məlumat == Xәstәliyin gedişi xüsusiyyәtlәrindәn vә nәticәsindәn asılı olaraq Epikrizә xәstәnin proqnozu, onun üzәrindә gәlәcәk müşahidәnin zәruriliyi haqqında qәrar, müalicәvi-әmәk tövsiyәlәri daxil edilir. Ölümlә nәticәlәnmә hallarında Epikrizdә ölümün sәbәbi göstәrilir. Peşә sirrinin gözlәnilmәsi qaydası ilә әlaqәdar Epikrizin mәzmunu ancaq tibb işçilәri arasında başa düşülәndir. == Epikrizin növlәri == Epikrizin tәrtib olun masına zәrurәt xәstәni müşahidәnin müxtәlif dövrlәrindә yaranır. Ambulator xәstәnin tibb kartasında dispanserizasiya nәti cәlәrini (ildә 1–2 dәfә) qiymәtlәndirәrkәn, hәmçinin xәstәni hәkim nәzarәt komissiyasına göndәrdikdә vә stasionara yerlәşdirdikdә müalicәnin davam etdi rilmәsinә zәrurәt olduğunu әsaslandırmaq üçün Epikriz tәrtib olunur. Uşağın inkişaf tarixindә Epikriz uşaq 1,3 vә 7 yaşına çatdıqda, habelә 18 yaşlı yeniyetmә böyüklәr poliklinikasına köçürüldükdә qeyd edilir. Stasionar xәstәnin tibb kartasında (xәstәlik tarixindә) Epikrizdә onun stasionarda olmasının hәr 10–14 günlük yekunları (mәrhәlә Epikrizi), xәstә stasionardan ayrıldıqda çıxma Epikrizi, onu başqa müalicә müәssisәsinә köçürdükdә köçürmә Epikrizi, xәstә öldüyü hallarda isә ölәndәn sonra Epikriz tәrtib olunur vә ona sonra patoloji-anatomik Epikriz әlavә edilir. Müxtәlif növ Epikrizlәr mәzmununa vә başlıca olaraq qәrar hissәsinә görә fәrqlәnir.