Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Exinokokk
Exinokokk (lat. Echinococcus granulosus) — siklofillidlər dəstəsinə (lat. Cyclophyllidea) aid olan lenşəkilli qurdlardır. == Ümumi xarakteristikası == Exinokokk qurdu sestodların ən kiçik nümayəndəsi olub, bədənin uzunluğu 5–6 mm və bədəni təşkil edən buğumların sayı isə 3–4 ədəddir. Bədənin axırıncı buğumu strobilanın yerdə qalan bütün uzunluğundan bir qədər uzun olur. Başda iki cərgədə yerləşmiş qarmaqları olan xortum və 4 sormac vardır. Başda qarmaqların bir qismi iri, digər qismi isə nisbətən kiçik olub, sayı 35–38 ədəddir. Boyun hissə həddən artıq qısa olub, eni başın enindən fərqlənmir. Bədənin birinci buğumu, adətən heç bir diferensiasiya orqanına malik deyil. Cinsiyyət orqanlarının əmələ gəlməsi 2-ci buğumdan başlayır.