Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Funadu
Funadu (mald. ފުނަދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Şaviani atolu ərazisinə daxildir. == Coğrafi yerləşmə == Funadu adası Şaviani atoluna daxil olan 51 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 220 km şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 1599 nəfər yaşayır: 48 % kişi və 52 % qadın. Şəhər əhalisinin artım dinamikası: Əhalinin yaş strukturu: 47,3 % — 18 yaşından aşağı; 12,7 % — 19 - 25 yaş arası; 34 % — 26 - 64 yaş arası və 6 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97, 53 %.
Ostade
Ostade — Holland rəssamlar ailəsi.
Fulad
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. Fulad FK — İranın Əhvaz şəhərinin futbol klubu. Zaqe Fulad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Akiko Futaba
Akiko Futaba (yap. 二葉 あき子; 2 fevral 1915, Hiroşima – 16 avqust 2011, Hiroşima) — məşhur yapon musiqisi olan yukoka ifaçısı. İkinci dünya müharibəsinin sonlarında o Yaponiyada ən məşhur ifaçılardan biri olub. Bundan başqa o hər il keçirilən məşhur yapon televiziya musiqi şousu "Kohahu Uta Gassen"də on dəfə iştirak edib. == Bioqrafiya == O, Hiroşima şəhərində anadan olub Hiroşima prefekturasında Miyoşi şəhərində böyüyüb. Akiko Tokiyo Musiqi Məktəbini bitirib. Musiqi məktəbi tərəfindən keçirilən konsertdə Takeo Masunaqandan ilhamlanaraq 1936-cı ildə debüt edib. Onun məşhur mahnısı "Furuki Hanazono" (古き花園, az. "Köhnə gül bağı") 1939-cu ildə çıxıb. 6 avqust 1945-ci ildə Hiroşimaya atom bombası atılmasından yaxa qurtara bilib, o, partlayış vaxtı tuneldən keçərək qatarla səfər edirmiş.
Bulbophyllum futile
Bulbophyllum futile (lat. Bulbophyllum futile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Futaba Kioka
Futaba Kioka (d. 22 noyabr 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 30 qol vurub.
Future Diary
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.
Future Publishing
Future plc — Birləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir. "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir. London fond birjasında (FUTR) siyahıya alınmışdır. == Hekayə == "Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir. Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır. Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır.
Future US
Future US (əvvəllər Imagine Media və The Future Network USA) — Birləşmiş Krallığın "Future plc" korporasiyasının ABŞ bölməsi. Bu nəşriyyat videooyunlar, musiqi və yüksək texnologiyalar sahəsində ixtisaslaşdırılmış müxtəlif jurnallar nəşr edir. == Tarixi == 2010-cu ilin iyun ayında Future US, əsas istehlakçı elektronikası və əlaqəli pərakəndə satış şəbəkəsi "Best Buy" ilə müqavilə ilə yeni paylama variantlarını araşdırmağa davam etmişdir. Müqaviləyə əsasən, "Future US" əməkdaşları "@Gamer" jurnalının nəşrinə nəzarət edəcək, "Best Buy" tərəfindən işə götürülən işçilər isə onun satışa çıxarılmasına cavabdeh olacaqlar. Jurnalın bütün "Best Buy" mağazalarında satışı planlaşdırılırdı. 2011-ci ilin iyun ayında şirkət həm bu bölməni, həm də onun digər adlarını gücləndirmək üçün videooyun bölməsini yenidən təşkil etmiş, bəzi mövcud resursları birləşdirmişdir. İstehlak məhsullarının reklamı üzrə direktor Riç MakKarti və departamentin vitse-prezidenti Keyt Birn də daxil olmaqla bir sıra əməkdaş işindən azad edilmiş, bir sıra ümumi kompüter jurnalları fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq, dəyişikliklər bununla bitməmiş və iyul ayında şirkətin bazar strategiyasında dəyişiklik ediləcəyi elan edilmişdir. "Future US" nəşriyyatının gələcək prezidenti Con Markomun sözlərinə görə, çap satışları azalmağa davam etdikcə çap məhsullarının təşviqi strategiyasına yenidən baxılmış, rəqəmsal məhsullara artan diqqətin olmuşdur.
Future plc
Future plc — Birləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir. "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir. London fond birjasında (FUTR) siyahıya alınmışdır. == Hekayə == "Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir. Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır. Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır.
Le-Mutare
Le-Mutare (fr. Le Moutaret) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38268. Kommunanın 2012-ci il üçün əhalisi 237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 1089 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 40 km şimal-qərbdə yerləşir.
Márkó Futács
Márkó Futács ( 22 fevral 1990, Budapeşt ) — macar futbolçusudur . == Klub karyerası == === İlk illər === Futacs 1990-cı ildə Macarıstanda anadan olub. Futbola yaşadığı şəhərə çox yaxın olan III. Kerületi TUE komandasında başlayan Marko qısa müddət sonra Ferencvárosi komandasına transfer olundu. 2006-cı ilin yayında o, Fransa Liqa 1- in AS Nansi komandasının infrastrukturuna transfer olunub. O, bu komandanın U-18 komandası ilə 21 oyunda 18 qol vurub. 2007-08 mövsümündə Nensi B komandasına yüksələn Futacs 2009-cu ilin əvvəlində Bundesliqa komandası SV Werder Bremen- in diqqətini çəkdi və bu komanda ilə peşəkar müqavilə imzaladı. O , 20 iyul 2009-cu ildə 60-cı dəqiqədə VfL Wolfsburg ilə yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gələn Marselo Moreno Martinsi əvəz edərək əsas komandada debüt etdi. O, 4 yoldaşlıq görüşündə 2 qol vurub. 2010-11 mövsümündən əvvəl o, FC Ingolstadt 04 komandasına icarəyə verilmişdi. O, bu komanda ilə 23 oyuna 2 qol vurub.
My Future
"My Future" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən ilk sinql. 30 iyul 2020-ci ildə qardaşı Finneasın ad günündə buraxılıb.
Nelli Furtado
Nelli Furtado (ing. Nelly Kim Furtado; 2 dekabr 1978, Viktoriya) — Portuqal əsilli Kanada müğənnisi və bəstəkarı. Dünya üzrə 45 milyondan çox albom satışı əldə etmiş müğənni tənqidçilər tərəfindən müxtəlif janrlarda çox yünlü ifa bacarıqlarını qabardıblar. Furtado trip-hop janrdan ilhamlanaraq yaradılmış və 2000-ci ildə yayımlanan Whoa, Nelly albomu ilə tanınmışdır. Sözügedən alboma daxil olan iki sinql; I'm Like a Bird və Turn Off the Light uzun müddət ABŞ-da ən məşhur və nüfuzlu musiqi hit-paradı sayılan Billboard Hot 100-də təmsil olunmuşdur. I'm Like a Bird mahnısına görə 2005-ci ildə "Qremmi" mükafatının Ən Yaxşı Qadın Pop Vokal Performansı nominasiyası üzrə qalibi olmuşdur.
Kyuya Fukada
Kyuya Fukada (深田 久弥, Fukada Kyuya, 11 mart 1903, Dayşoci[d], İşikava prefekturası – 21 mart 1971, Kaya dağı[d]) – Yaponiya yazıçısı və alpinisti. "Yaponiyanın 100 məşhur dağı" əsəri ilə tanınır. == İlk illəri və ədəbi karyerası == Kyuya Fukada 11 mart 1903-cü ildə İşikava prefekturasının Kaqa şəhərində yerli bir mətbəəçinin oğlu kimi doğulmuşdur. Yaşadığı ərazidə yerləşən Haku dağı onun dırmaşdığı ilk dağ olmuşdur. Fukui orta məktəbinin üçüncü sinfində oxuyarkən bu dağın 2.702 metrlik zirvəsinə dırmaşmışdır. Məktəbdə oxuyarkən ədəbiyyat və alpinizmə maraq göstərməyə başlamışdır. Fukada 1921-ci ildə Fukui orta məktəbindən məzun olduqdan sonra Kanazavada yerləşən 4 nömrəli liseyə daxil olmaq istəmiş, lakin imtahandan kəsilmişdir. Eyhey məbədində keçirdiyi üç ay daxil olmaqla bir illik əlavə təhsildən sonra 1 nömrəli Tokio liseyinə daxil olmuşdur. Böyükləri onun cüdo klubuna qoşulmasına istəsələr də, Fukada ilk yay tətilində Şimal Alp dağlarına dırmaşmağa yollanmışdır. Fukada 1925-ci ilin yanvarında Hokuriku regionundan olan digər şagirdlərlə birlikdə liseyin ədəbi qəzetinin qurulmasında iştirak etmişdir.
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslər Fuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu. Fuad Əliyev Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).
Fulad (Qaraqoyunlu)
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Fulad FK
Fulad (fars. باشگاه فوتبال فولاد خوزستان‎) — İranın Əhvaz şəhərinin futbol klubu. 1973-cü ildə yaranıb. Komanda İran milli futbol çempionatında çıxış edir. == Tarixi == Komanda poladtökmə şirkəti olan "Fulad"a məxsusdur. Komandanın əsas rəqibi Abadan şəhərinin Sanat Neft FK komandasıdır.
Fulad Mirzə
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
La-Fuyad
La-Fuyad (fr. La Fouillade, oks. La Folhada) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12105. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1115 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 625 nəfər (15-64 yaş) arasında 436 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 69.8%, 1999-cu ildə 69.2%) idi.
Paulu Futre
Paulu Futre (d. 28 fevral 1966) — Portuqaliya futbolçusu. == Milli komanda karyerası == Portuqaliya milli komandasının heyətində 41 oyun keçirib, 6 qol vurub.
Adrian van Ostade
Adrian van Ostade (10 dekabr 1610[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası – 1685[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası) — XVII əsr holland boyakarlığında kəndli həyatını təsvir edən ən məşhur rəssamlardan biri. İsaak van Ostadenin qardaşı və müəllimi. == Yaradıcılığı == Tablolarında yumor və xəyalpərvərlik hissləri üstündür. Ostadenin qrafika yaradıcılığı (ofortlar, akvarellər, rəsmlər) canlı həyat müşahidələrinə əsaslanır. === Əsərləri === Rəssamın emalatxanası. 1663. Drezden şəkil qalereyası Kənd musiqiçiləri. 1655. Ermitaj, Leninqrad Fleytaçı. 1660.
BWF Future Series
BWF Future Series — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Series və BWF İnternational Challenge turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Dünya Reytinqi xalları === BWF Future Series BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
Futara dağı məbədi
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. == Tarixi == Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur. Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. == Xüsusiyyətləri == Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir. Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F).