Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəraz Kəmalvənd
Fəraz Kəmalvənd (26 dekabr 1976, Xurrəmabad, Luristan, İran) — Təbrizin Traktor Sazi futbol klubunun keçmiş (2008-2011) baş məşqçisi. Fəraz Kəmalvənd İranda peşəkar futbol məşqçilərindən sayılır və İran yüksək futbol liqasında ən gənc baş məşqçidir. Fəraz Kəmalvənd Traktor Sazi futbol klubunu 7 ildən sonra bir daha İran Futbol üstün liqasına qaytarmağa görə, Güney azərbaycanlılar arasında dərin hörmətə sahib olmuşdur.
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Fərab (Ərdəbil)
Fərab (fars. فاراب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (138 ailə).
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fərah vilayəti
Fərah vilayəti (dəri فراه) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Fərah şəhəridir Vilayətin sahəsi 48,471 km² , 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 458,5 min nəfər, inzibati mərkəzi isə Fərah şəhəridir. Əhalisinin təxminən 50%-ni puştunlar, 45%-ni taciklər, qalanlarını isə az saylı şiə həzaralar, aymaqlar, bəluclar və Qızılbaş-Əfşarlar təşkil edir. == Rayonları == Vilayətdəki rayonlarda əhalinin etnik tərkibi: Anar Dara (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 000 nəfərdir) - 100% tacik. Bakwa - 100% puştun. Bala Buluq - 95% puştun, 5% tacik. Farah City - 50% puştun, 50% tacik. Gulistan - 80% puştun, 20% tacik. Khaki Safed - 70% puştun, 30% tacik. Lash wa Juwayn - 99% tacik, 1% puştun. Pur Chaman - 99% tacik, 1% puştun Pusht Rod - 99% tacik, 1% puştun.
Fərap etrapı
Fərap etrapı (türkm. Farap etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Fərap qəsəbəsidir.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Fəyaz Bənihəmməd
Fəyaz Rəşid Əhməd Həsən əl-Qədi Bənihəmməd (ərəb. فايز راشد احمد حسن القاضي بني حماد‎, Fāyaz Rāshid Aḥmad Ḥassan al-Qāḍī Banī Ḥammad; 19 mart 1977 – 11 sentyabr 2001, Nyu-York, Nyu-York ştatı) ― 11 sentyabr 2001-ci il terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş nəfərdən biri. Birləşmiş Ərəb Əmirliklərində anadan olan Bənihəmməd Visa Express proqramını istifadə edərək ABŞ turist vizasını almışdır. Bənihəmməd 2001-ci ilin iyun ayında ABŞ-yə gəldi. 11 sentyabr 2001-ci ildə Bənihəmməd Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin qaçırılmasında iştirak etdi ki, o,Dünya Ticarət Mərkəzinin cənub qülləsinə dəysin. == Ləqəbləri == Həm Bənihəmmədin özü, həm də media onu təsvir etmək üçün "Fəyaz Əhməd", "Bənihəmməd Fəyaz Əbu-Dabi Bənihəmməd", "Fəyaz Rəşid Əhməd", "Rəşid Əhməd Həsən əl-Qədi", " Əbu-Dabi Bənihəmməd Əhməd Fəyaz" və s. kimi digər ləqəblərindən istifadə edirdi. == Hücumlar == Fəyaz Bənihəmməd həm özünün həm də Mohand əl-Şəhri Yunayted Hava Yolları reys 175 uçuşu üçün 27 və ya 29 avqust tarixlərində bir tərəfli birinci sinif biletlərini VISA kartı ilə Mustafa əl-Havsəvdən $4464.50 qiymətinə aldı. Hər ikisinin ünvanını Mail Boxes Etc., Delrey Biç kimi qeyd etmişdir. Bu poçt ünvanı eyni uçuş üçün biletlərini bir gün sonra alan Həmzə və Əhməd əl-Həmdinin poçt ünvanları ilə üst-üstə düşmürdü, lakin hər iki qrup eyni telefon nömrəsini qeyd etmişdilər.
Şəbnəm Fərah
Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi. == Həyatı == Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı. İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı. Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı.
Fərat Qalxanı Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Əl Fərat TV
Əl Fərat TV — Şiə qrupuna aid kanal. == Tarixçə == Əl Fərat televiziyasının maddi gəlirləri Birləşmiş İraq Partiyası tərəfindən ödənilir. Rəhbəri şeyx Həmid Maləmə Əl Saaddır. Televiziyanın 300 nəfərlik işçi heyəti var. Kanalın idarə heyəti üzvlərindən Muhsin Əl Hakiminin açıqlamasına görə, kanalda sünni kəsimə aid bir işçi belə yoxdur. Yayım mərkəzi Bağdadda Əl Karradə bölgəsidir. Nəcəf və Bəsrədə büroları var. Kanalın 3 ədəd canlı yayım maşını da mövcuddur.
Əbülhəsən Əli ibn Fərat
Əbülhəsən Əli ibn Məhəmməd ibn Musa ibn Həsən ibn Fərat (ərəb. أبو الحسن علي بن محمد بن الفرات‎; 855 – 924, Bağdad) — Abbasi xəlifəsi Müqtədirin dövründə üç dəfə vəzirlik etmiş dövlət xadimi. Əli bacarıqlı maliyyə inzibatçısı və böyük qardaşı Əhmədin müavini kimi nüfuz qazanmışdır. Nəhayət, o, Müqtədirin xəlifəliyi dövründə iki böyük və rəqib saray fraksiyasından Bənülfərata başçılıq etmişdir. Bunun digəri baş komandan Munis Müzəffər və vəzir Əli ibn İsa ibn Cərrahın ətrafındakı məmurlar qrupu idi. İbn Fərat 908–912-ci illərdə vəzir vəzifəsini davam etdirərək 908-ci ildə Müqtədirin xəlifə seçilməsində mühüm rol oynamışdır. Bu müddət ərzində o, Fars vilayətini yenidən xilafətin tərkibinə qatmağa və Azərbaycanda hakimiyyət sürən Sacilər üzərində hakimiyyəti müəyyən qədər bərpa etməyə nail olmuşdur. İbn Fərat 917–918-ci illərdə ikinci dəfə vəzifə kimi xidmət etdikdən sonra varisi tərəfindən həbs edilmiş və 923-cü ildə azad edilmişdir. O, çox keçməmiş, üçüncü və sonuncu dəfə vəzir olmuşdur. Üçüncü dəfə vəzifədə olduğu müddətdə rəqiblərinə qarşı vəhşiliyi və qərmətilərlə münaqişədə hərbi uğursuzluqlar onun oğlu Mühəssin ilə birlikdə 18 iyul 924-cü ildə edam edilməsinə səbəb olmuşdur.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Yeraz
Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrıseçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar.1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 km² olmuşdur.
Klermon-Feran
Klermon-Feran (fr. Clermont-Ferrand) - Fransanın mərkəzi hissəsinin cənubunda şəhər və kommunadır, Overn bölgənin paytaxtıdır. Şəhər təxminən 410 metr dəniz səviyyəsindən yuxarı hündürlükdə yerləşir. Ətraflarda çox dağlar var, həmçinin sönmüş vulkanlar.
Phytoseius ferax
Phytoseius ferax (lat. Phytoseius ferax) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius ferax Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şebnem Ferah
Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi. == Həyatı == Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı. İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı. Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı.
Atriplex fera
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bəyaz
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır.
Dəram
Dəram (az.-əbcəd درام‎, fars. درام‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,701 nəfər yaşayır (520 ailə).
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Feras Abu Akal
Feras Abu Akal (8 fevral 1997) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Hapoel İroni === Hapoel İroninin heyətində ilk matçına 27 avqust 2018-ci ildə keçirilən Hapoel Aşkelon-Hapoel İroni matçında çıxıb. Matç Hapoel Aşkelonun 2–1 hesablı qələbəsi ilə başa çatıb. === Aşdod === Aşdodda ilk matçına 19 avqust 2019-cu ildə keçirilən Aşdod-Bney Yehuda matçında çıxıb. Matça start heyətdə başlayan Feras Abu Akal 59-cu dəqiqədə əvəzlənib. Matç 1–1 hesablı bərabərliklə başa çatıb.Aşdodda ilk qolunu isə 15 iyul 2021-ci ildə keçirilən Aşdod-Hapoel Beer Şeva matçının 58-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Feras Abu Akal 78-ci dəqiqədə əvəzlənib. Matç Hapoel Beer Şevanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. === Qəbələ === 5 iyul 2022-ci ildə rəsmi olaraq Qəbələ ilə müqavilə imzaladı. Qəbələdə ilk matçına 21 iyul 2022-ci ildə keçirilən Fehervar-Qəbələ matçında çıxıb.
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.
Fraza
Fraza – [yun. phrasis – ifadə etmək] 1)bitkin fikir; 2)təmtəraqlı məzmunsuz söz; 3)cümlə, ifadə ibarə. Məsələn, motivlərə bölünməyən bütöv frazalar da var. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Furan
Furan (oksol, 1-oksatsiklopenta-2,4-dien) - C4H4O formulu olan üzvi birləşmədir. Bir oksigen atomu olan beş üzvlü heterosikldır. Xloroformu xatırladan xarakterik qoxuya malik rəngsiz mayedir. Furfural, tetrahidrofuran, α-metilfuran kimi bir çox praktiki əhəmiyyətı olan maddələrdən ibarət böyük bir qrup üzvi birləşmənin başlanğıc nümayəndəsidir. == Tarixi == Furan maddəsi ilk dəfə təmiz halda 1870-ci ildə Henrix Limprixt tərəfindən əldə olunub, lakin Limprixt onu tetrafenol adlandırmışdı. == Fiziki-kimyəvi xassələri == Furan rəngsiz, tezalışan, olduqca qeyri-sabit maye olub təqribən otaq temperaturunda qaynayır. Furan toksik və xərçəng əmələ gətirən maddədir.<ref name="xumuk">{{cite web Çox sayda üzvi birləşmənin əsasıdır. Onların əksəriyyəti, məsələn, furfurol, tetrahidrofuran, silvan (α-metilfuran) praktiki əhəmiyyətə malikdir.<ref name="bse">{{cite web Təmiz furan turşuların təsiri altında tez polimerləşir. Furan p-elektronlu aromatik birləşmədir. == Mənbə == Nomenclature of Organic Chemistry : IUPAC Recommendations and Preferred Names 2013 (Blue Book).
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. == Fəlsəfəsi == Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Fərcan
Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır.
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. == Tarixi mənbələrdə == XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. == Nizaminin "Xosrov və Şirin" poemasında == Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Behraz
Behraz (fars. بهراز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 685 nəfər yaşayır (235 ailə).
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Fedra
Fedra (q.yun. Φαίδρα) — yunan mifologiyasında Krit hökmdarı Minosun və Pasifayanın qızı, Teseyin arvadı, Demofontun və Akamantın anası. Tesey onu Devkalionun köməkliyi ilə almışdı. Afinada Afrodita məbədgahı tikdirmişdir. Yunan əfsanəsinə görə Tesey Fedranın bacısı Minotavrı öldürməkdə ona kömək etmiş, Ariadnanı atıb gedəndən sonra onunla evlənmişdi. Fedra ərinin amazonkaların hökmdarı İppolitadan olan oğlu İppolitə aşiq olmuşdu. Bir varianta görə Fedra İppolitin ona cavab vermədiyini görəndə ərinə oğlunu günahlandıran bir məktub yazaraq özünü asmış, Tesey isə oğlunu ölkədən qovmuş, bir qədər keçəndən sonra İppolit arabada qəzaya uğrayıb həlak olmuşdu. Digər versiyaya görə Tesey oğlunu lənətləyib Poseydona onu öldürməsi üçün yalvarmış, Poseydon onun dualarını eşidib İppoliti öldürdükdən sonra Fedra özünü asmışdı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.