Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhəmməd Əli Fərzani
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. == Həyatı və təhsili == Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Bərzani
Mustafa Bərzani — kürd siyasi və hərbi xadimi Məsud Bərzani — İraq Kürdüstanının birinci prezidenti. Neçirvan Bərzani — İraq Kürdüstanının ikinci prezidenti.
Fərxani
Fərxani — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Mustafa Bərzani
Mustafa Bərzani (kürd. مەلا مسته‌فا بارزانی) və ya Molla Mustafa Bərzani (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903, Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyası – 1 mart 1979, Vaşinqton) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir. == Erkən illəri == Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir. Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.
Məhəmmədəli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. == Həyatı və təhsili == Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Məsud Bərzani
Məsud Bərzani (16 avqust 1946[…], Məhəbad, Mahabad Cümhuriyyəti) — İraq Kürdüstan Regional Hökuməti başçısı (2005 — indiyə kimi).
Neçirvan Bərzani
Neçirvan İdris Bərzani (kürd. نێچیرڤان بارزانی, Nêçîrvan Îdrîs Barzanî; 21 sentyabr 1966, Bərzan[d], İraq) — kürd siyasətçi. O, İraq Kürdüstanının ikinci prezidentidir. == Həyatı == Neçirvan Bərzani 21 sentyabr 1966-cı ildə anadan olmuşdur. O, Tehran Universitetindən məzun olmuşdur. Neçirvan Bərzani 2010-cu ildə Kürdüstan Demokrat Partiyasının vitse-prezidenti təyin edilmişdir. O, bundan əvvəl 2007-ci ilin martından 2009-cu ilin avqustuna və 2012-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər Kürdüstan Regional Hökumətinin baş naziri vəzifəsində çalışmışdır. Neçirvan Bərzani həm də Kürdüstan Universitetinin təsisçisidir. O, hal-hazırda İraq Kürdüstanının ikinci prezidentidir. Neçirvan Bərzani 2019-cu ilin iyununda Kürdüstan Parlamenti tərəfindən vəzifəyə seçilmişdir.
Fərzan Özpətək
Fərzan Özpətək (türk. Ferzan Özpetek; 3 fevral 1959, İstanbul) — Türkiyə və İtaliya rejissoru, ssenaristi. == Həyatı == Fərzan Özpətək 1959-cu ildə İstanbulda anadan olmuşdur. 1976-cı ildə Roma Sapiensa Universitetində kino tarixi üzrə təhsil almaq üçün İtaliyaya köçmək qərarına gəlmişdir. Təhsilini Navona Akademiyasında sənət tarixi və kostyum dizaynı dərslərində tamamlamışdır.
Məhəmməd Əli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. == Həyatı və təhsili == Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Fərzalı Gədəbəy rayonunun Arabaçı inzibati ərazi vahidində, dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S.Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.
Milan fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Qaçaq Fərzalı
== Həyatı == Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Serdika fərmanı
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Məhəmməd fərmanı
Məhəmməd fərmanı — Sinay yarımadasında yerləşən Müqəddəs Yekaterina monastırının xristian rahiblərinə, İsanın davamçılarına müdafiə və digər imtiyazlar verən nizamnamə və ya sərəncam. Bu, islam peyğəmbəri Məhəmmədin əlini əks etdirən iz ilə möhürlənmişdir. Bu, "Məhəmməd aştinaməsi" (آشتی نامه) də adlanır. Farscadan tərcümədə "barışıq məktubu" mənasını verir. == Həmçinin bax == Mədinə konstitusiyası == İstinadlar == == Xarici keçidlər == A complete and accurate translation of the charter can be read here [1] An English translation of part of the charter can be read here or here. Downloadable PDF of the 1630 Arabic and Latin edition at Google Books. English translation at Islamic Voice.
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Fərzili
Fərzili (əvvəlki adı: Fərzəli) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Fərzəli kəndi Fərzili kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim 1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2001-ci ildən Fərzili kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Fərzəliçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərəhani
Fərəhani (fars. فراهانی‎) — İran soyadı. Mirzə Əbülqasim Fərəhani (1779–1835) — İranın baş naziri, dövlət xadimi. Mirzə İsa Fərəhani (1733–1822) — Abbas mirzənin vəziri. Mirzə Tağı xan Əmir Kəbir Fərəhani (1807–1852) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi. Behzad Fərəhani (doğ. 1945) — İran aktyoru. Gülşiftə Fərəhani (doğ. 1983) — İran aktrisası. Ramin Fərəhani (doğ.
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
Fərcan
Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Fəzzan
Fəzzan (ərəb. فزان‎; lat. Phazania) — Liviyanı meydana gətirən üç qədim bölgədən biridir. Digər ikisi Tərabülüs və Kirenaiykadır. Mərkəzi Səbhadır. Bugünkü Liviyanın cənub-qərbində yerləşir. Bölgənin adı bəzi qaynaqlarda Fəzzan keçməkdədir. Fəzzanda qurulan ilk dövlət Fəzzan Sultanlığıdır. Bu dövlət daha sonra Misirlilərin hakimiyyətinə qirmişdilər. == Tarixi == 1551 - ci ildə Turqut Rəis, Tərabülüsi fəth edəndə Fəzzan da həqiqətən Osmanlı Dövlətinə qatılmış ve Tərabülüs Bəylərbəyliyinə bağlı Fəzzan Bayrağı qurulmuşdur.
Maksimum qiymətlər fərmanı
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. == Əlavə ədəbiyyat == İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Milan Tolerantlıq Fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Rusiya prezidentinin fərmanı
Rusiya Federasiyası Prezidentinin Fərmanı (rus. Указ Президента Российской Федерации >; Ukaz Prezidenta Rossiyskoy Federatsii) və ya Rusiya Prezidentinin (Fərmanı) — Rusiya Prezidenti tərəfindən qəbul edilmiş əsasnamə statusu olan hüquqi aktdır. Normativ hüquqi aktlar kimi, onlar hüquqi aktların iyerarxiyasında (Rusiya Federasiyası Hökumətinin fərmanları və digər orqanların göstəriş və göstərişləri ilə birlikdə) tənzimləmə statusuna malikdirlər. Prezidentin fərmanları 2020-ci il Rusiya konstitusiya referendumuna qədər Rusiya Konstitusiyası, Federal Konstitusiya Qanunları, Federal Qanunlar, Rusiya regionlarının qanunları və Rusiyanın beynəlxalq müqavilələri kimi daha yüksək prioritet olan mövcud qanunlara dəyişiklik edə bilməz; lakin bunlar hazırda İcra Sərəncamlarından daha aşağı prioritetdir və ya hər hansı digər Rusiya dövlət qanunu və ya öhdəliyi və bu qanunlardan hər hansı biri onları əvəz edə bilər. == Həmçinin == İcra əmri (Amerika Birləşmiş Ştatları) – Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilmiş, yönləndirmə hədəflərinin qısa təsvirlərini əks etdirən Federal inzibati təlimat.
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fərzalı bəy Fətəlibəyov (1824-1887) — məmur, çar ordusunun zabiti, Tiflis Aleksandr Müəllimlər institutunun məzunu. == Həyatı == Mirzə Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında (indiki Ağdamın Ətyeməzli kəndi) anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Fərzalı bəy Şuşa Qəza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müəllimlər Institutunu bitirmişdi. Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəftərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi.
Xərzan
Xərzan (fars. خرزان‎ və ya خارزن‎) — İranda kənd adı. Xərzan (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.
Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı
Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı - Rusiya Federasiyası Prezidentinin mükafatı, Vətənin müdafiəsində və dövlət təhlükəsizliyinin təmin edilməsində, qanunun aliliyinin möhkəmləndirilməsində, sağlamlığın və həyatın qorunmasında, hüquqların müdafiəsində xidmətlərə görə həvəsləndirmə forması. və vətəndaşların azadlıqları, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, təhsil, idman, xeyriyyəçilik fəaliyyəti və dövlətə digər xidmətlər. == Vəzifə == Diplom dövlət məmurlarına, elm, mədəniyyət, incəsənət, təhsil, təhsil və idman sahəsində görkəmli xadimlərə, ictimaiyyətin və işgüzar dairələrin nüfuzlu nümayəndələrinə, Rusiya Federasiyasının vətəndaşlarına verilir. Rusiya Federasiyasının dövlət siyasəti və bir qayda olaraq, geniş tanınır. Diplom Rusiya Federasiyasının Prezidenti tərəfindən təntənəli mərasimdə və ya onun adından Rusiya Federasiyası Prezidentinin Administrasiyasının rəhbəri, Rusiya Federasiyası Prezidentinin federal dairədəki səlahiyyətli nümayəndəsi və ya Rusiya Federasiyasının Prezidenti tərəfindən verilir. Rusiya Federasiyası Prezidentinin Administrasiyasının rəhbəri adından başqa bir vəzifəli şəxs tərəfindən. == Təsis olunma hekayəsi == Rusiya Federasiyası Prezidentinin 2008-ci il 11 aprel tarixli 487 nömrəli Fərmanı ilə təsis edilmişdir. Bu sərəncamla Rusiya Federasiyası Prezidentinin Fəxri xatirəsi haqqında və Rusiya Federasiyasının Prezidentinin Təşəkkür elanı haqqında Əsasnamə, Fəxr xatirəsi blankasının nümunəsi, Fəqr xatirəsinə döş əlamətinin təsviri və rəsmi təsdiq edilmişdir. Sertifikat düzbucaqlı formadadır və Rusiyanın milli rəngləri ilə əhatə olunub: ağ, mavi və qırmızı. Yuxarı ortada Rusiya Federasiyasının gerbi, onun bir az altında, qızıl hərflərlə iki sətirdə “Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı” (rus.
Ərzni
Ərzni, Arzni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli olmuşdur. İlk dəfə XV əsrdən xatırlanır. == Əhalisi == Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır.
Claire Forlani
Kler Antonia Forlani (ing. Claire Antonia Forlani; 17 dekabr 1971, London, Böyük Britaniya) — ingilis aktrisa. == Həyatı == Kler Forlani Tvikenhemdə anadan olub. 11 yaşında Ferraradan İtaliyaya, sonra isə Londona köçüb. Londonda İncəsənət Pedaqoji məktəbinə daxil olub və altı il burada təhsil alıb. == Karyerası == Forlaninin valideynləri 1993-cü ildə San Fransiskoya köçüblər. Sonralar Forlani J.F.K.-televiziya verilişinə çəkilib. "Ehtiyatsız gənclik" və "Polis Akademiyası: Moskva missiyası" filmində rol alıb. 1995-ci ildə Kevin Smitin Malltrats filmində Brendi Svenninqin köməkçisi, 1996-cı ildə "The Rock" filmində Ceyd Ancelo, 1998-ci ildə Tanış olun, Co Blek Syuzan Perriş rolunu oynayıb. 2003-cü ildə Ceki Çan ilə birgə "Medalyon" filmində baş rola çəkilib.
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. == Həyatı == Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Yaradıcılığı == Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Fərqanə Qasımova
Fərqanə Qasımova (6 avqust 1979, Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fərqanə Qasımova 6 avqust 1979-cu ildə Şamaxı rayonunda anadan olmuşdur. 1996–2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.
Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva (29 aprel 1957 – 22 sentyabr 2022) — Aktrisa. == Həyatı == Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (5 noyabr 1974-cü ilədək Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, daha əvvəllər Azərbaycan SSR Baş Soveti Prezidiumunun fəxri fərmanı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən təqdim olunan dövlət təltifi. Həmin fərmanla fəhlələr, kolxozçular, qulluqçular, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, həmçinin dövlət planlarının yerinə yetirilməsində yüksək göstəricilər əldə edilməsinə, yüksək məhsul alınmasına, səmərəli istehsal, elmi və ictimai-siyasi fəaliyyətinə görə müəssisə və təşkilatlar mükafatlandırılırdı.
Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər
== 1991 ==
Ferrari
Mərcanı
Oxycoccus (lat. Oxycoccus) - erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Oxycoccus intermedius ((A. Gray) Rydb.) == İstinadlar == Mərcanı:The Plant List saytında takson barədə məlumat.
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlərin siyahısı
== 1991 ==
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (5 noyabr 1974-cü ilədək Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, daha əvvəllər Azərbaycan SSR Baş Soveti Prezidiumunun fəxri fərmanı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən təqdim olunan dövlət təltifi. Həmin fərmanla fəhlələr, kolxozçular, qulluqçular, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, həmçinin dövlət planlarının yerinə yetirilməsində yüksək göstəricilər əldə edilməsinə, yüksək məhsul alınmasına, səmərəli istehsal, elmi və ictimai-siyasi fəaliyyətinə görə müəssisə və təşkilatlar mükafatlandırılırdı.
Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilənlərin siyahısı
== 1991 ==