Fernan Magellan
Fernan Magellan (port. Fernão de Magalhães [fɨɾˈnɐ̃w̃ ðɨ mɐɡɐˈʎɐ̃ȷ̃s], isp. Fernando (Hernando) de Magallanes [(f)eɾ'nando ðe maɣa'ʎanes], lat. Ferdinandus Magellanus) (təq. 1480, Ponti-da-Barka[d], Portuqaliya krallığı – 27 aprel 1521, Maktan adası, Mərkəzi Visay[d]) — Portuqaliyalı dənizçi və səyyah.
== Həyatı ==
Fernan Magellanın anadan olduğu yer Portuqaliyadır. Onun ailəsi haqqında da az məlumat vardır, ancaq onun əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub, lakin onların taleyi barədə heç bir məlumat saxlanmayıb. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da ailə həyatı qurub.