Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalsium
Kalsium (Ca) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 20-ci element. Kalsium təbiətdə bərk, gümüşü ağ metal şəklində olur. KKalsiumun birləşmələri alovu kərpici-qırmızı rəngə boyayır == Kalsium insan orqanizmində == İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.[mənbə göstərin]Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir sümük əriməsinin qarşısını alır. Kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir. Kalsium çatışmazlığı: Əzələ və oynaq ağrıları Sümük əriməsi Yuxu problemləri Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800–1200 mg arasıdır. Ümumiyyətlə gündəlik kalsium miqdarı 1500 mg-dən artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir. Kalsiumla zəngin olan qida məhsulları əsasən süd, pendir, kəsmik kimi qidalarla yanaşı həmçinin soya, fıstıq, qoz, badam, kələm, balıq və.
Kalsium-oksid
Əsasi oksiddir, turşu oksidləri və turşularla qarşılıqlı təsirdə olur. 1.CaO+CO2 → CaCO3 2.CaO+SO3 → CaSO4 3.CaO+H2SO4→ CaSO4+H2O 4.CaO+2HCl → CaCl2+H2OOnu sənayedə əhəngdaşının parçalanmasından alırlar. CaCO3→ CaO+CO2 ↑ CaO ağ rəngli, çətin əriyən (2570ºC temperaturda əriyir) maddədir. Onu su ilə reaksiyasından çoxlu istilik ayrılır. CaO-nun texniki adı “sönməmiş əhəng” olduğundan kalsium-oksidin su ilə qarşılıqlı təsirinə “əhəngin söndürülməsi” deyilir. CaO+H2O→Ca(OH)2+Q Kalsium –oksidin əsas etibarilə sönmüş əhəng Ca(OH)2, kalsium –karbid CaC2 almaq üçün istifadə edilir.
Kalsium hidroksid
Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur. == Trivial adları == Sönmüş əhəng Əhəng südü Əhəng suyu == Alınması == Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir: CaO + H2O → Ca(OH)2+Q == Xassələri == Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur: Ca(OH)2 + H2SO4 → CaSO4 +2H2O Ca(OH)2 + SO3 → CaSO4 +H2O Ca(OH)2 + CO2 → CaCO3 + H2O Ca(OH)2 + Na2SO3 → CaSO3 +2NaOHƏgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir: Ca(OH)2 →CaO + H2OGüclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir: Ca(OH)2←→ Ca2+ + 2OH− == Tətbiqi == Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur. == Təhlükəsizliyi == Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər. == Mənbə == Химическая энциклопедия. - Т.2. - М.: Советская энциклопедия, 1990. - С. 297-298 N.A.Verdizadə, K.Ə.Quliyev, Ə.Z.Zalov, Ş.Ə.Quliyev. Kimya kursu.
Kalsium karbonat
Kalsium karbonat — qeyri-üzvi kimyəvi birləşmə, karbon turşusu,duz və kalsium. Kimyəvi formulu — C a C O 3 {\displaystyle {\mathsf {CaCO_{3}}}} . Təbiətdə çox sayda mineral şəklində olur, məsələn, kalsit, araqonit və vaterit, əhəng daşı, mərmər, təbaşirin əsas tərkib hissəsidir və quş yumurtasının qabığına daxildir. Su və etanolda həll olunmur. Ağ qida boyası (E170) olaraq qeydiyyata alınmışdır. == Tətbiqi == Ağ qida boyası E170 kimi istifadə olunur. Təbaşir kimi,lövhələrdə yazmaq üçün istifadə olunur. Gündəlik həyatda tavanları ağartmaq, ağac gövdələrini rəngləmək, bağçılıqda torpaqları alkalaşdırmaq üçün istifadə olunur. === Kütləvi istehsal/istifadə etmək === Çirklərdən təmizlənmiş kalsium karbonat, kağız və qida sənayesində, plastik, boyalar, rezin, məişət kimyəvi maddələrin istehsalında və inşaatda bir doldurucu kimi geniş istifadə olunur. Kağız istehsalında kalsium karbonat ağardıcı, doldurucu və eyni zamanda deoksidləşdirici kimi istifadə olunur.
Kalsium laktat
=== Kalsium laktat === === Alınması === Sənayedə preparatı almaq üçün süd turşusunun qıcqırma prosesindən istifadə edirlər. Şəkərli maddələr (nişasta, qlükoza) qıcqırma bakteriyaları təsirindən 50ºC-ə qədər temperaturda süd turşusuna çevrilir, alınan turşu isə kalsium-karbonatla neytrallaşdırılır. ( C 6 H 10 O 5 ) n → + nH 2 O nC 6 H 12 O 6 ⟶ 2 nCH 3 − CHOH − COOH {\displaystyle {\ce {(C6H10O5)_{n}->[{} \atop {\ce {+nH2O}}]nC6H12O6->2nCH3-CHOH-COOH}}} 2 CH 3 − CHOH − COOH + CaCO 3 ⟶ ( CH 3 − CHOH − COO ) 2 Ca + CO 2 + H 2 O {\displaystyle {\ce {2 CH3-CHOH-COOH + CaCO3 -> (CH3-CHOH-COO)2Ca{}+ CO2{}+ H2O}}} === Fiziki - kimyəvi xassələri === Preparat ağ narın tozvaridir. Havada kristallaşma suyunu tədricən itirir. Soyuq suda az, isti suda isə yaxşı həll olur. Spirtdə, efirdə, xloroformda çox az həll olur. === Tətbiqi === Preparat kalsium ionlarının mənbəyi və allergiyaya qarşı maddə kimi həblər və məhlullar şəklində tətbiq olunur. Kalsium xloriddən fərqli olaraq, selikli qişalara qıcıqlandırıcı təsir göstərmir.
Kalsium qlükonat
Kalsium qlükonat (C6H11O7)2Ca - qlükon turşusunun kalsium duzudur. Mr((C6H11O7)2Ca) = 430.373. == Alınması == Preparatı almaq üçün qlükozanı qlükon turşusuna qədər oksidləşdirib, sonra ona kalsium-karbonat vasitəsilə kalsium duzuna çevirilər. Qlükozanı xlorun, bromun təsirindən mikrobioloji üsulla - Penicillium luteim, penicillium citrinum və s. kif göbələklərinin köməyi ilə oksidləşdirmək olar. Sənayedə bu proses elektrokimyəvi üsulla yerinə yetirilir. Bunun üçün tərkibində kalsium-karbonat və kalsium-bromid olan qlükoza məhlullarını elektroliz edirlər. Elektroliz zamanı kalsium-bromiddən sərbəst brom əmələ gəlir, o isə qlükoza oksidləşdirib qlükon turşusuna çevirir, kalsium-karbonat isə onu neytrallaşdırır. == Fiziki - kimyəvi xassələri == Kalsium qlükonat ağ dənəvari və ya kristalik toz olub, iysiz və dadsızdır. Suda həll olur, spirtdə və efirdə praktiki həll olmur.
Kalsium sulfat
Kalsium sulfat (CaSO4) — qeyri-üzvi birləşmədir, sulfat turşusunun kalsium duzudur. Təbiətdə CaSO4•2H2O dihidrat (gips, selenit) və susuz vəziyyətdə - anhidrit şəklində tapılır. == Fiziki xüsusiyyətləri == Susuz kalsium sulfat — sıxlığı 2,96 q / sm³, ərimə nöqtəsi 1450 ° C olan, rombvari kristal qəfəsli normal şəraitdə rəngsiz kristallardır. Yüksək temperaturda (1200 ° C-dən çox) sabit kub modifikasiyası və ya iki metastabil α- və β-altıbucaqlı modifikasiyası şəklində mövcud ola bilər. Çox yavaş-yavaş suyu birləşdirir, sulfatın 1 molekuluna müvafiq olaraq CaSO4 · 0,5H2О ilə 1/2 və ya 2 su molekulu olan kristal hidrata nəmləndirir. Suda bir az həll edilməlidir. Artan temperaturla həllolma azalır: 20 ° C-də 0,2036 q/ 100 q sudursa, suyun qaynama nöqtəsinə yaxın (100 ° C) 100 q suya 0,067 q sulfat qədər azalır. Sərt suda həll olunan kalsium sulfat suyun sərtliyini təyin edən amillərdən biridir. === Kalsium sulfat dihidratın fiziki xüsusiyyətləri === Temperatur yüksəldikdə, lakin 180 ° C-dən çox olmadıqda, kalsium sulfat dihidrat suyun bir hissəsini itirir, yarı sulu olur - sözdə "yanmış gips" büzücü kimi sonrakı istifadə üçün uyğundur. Daha sonra 220 ° C-yə qədər qızdırıldıqda, gips tamamilə suyu itirir, susuz CaSO4 əmələ gətirir, bu da yalnız uzunmüddətli saxlama zamanı nəm udur və hemihidrata çevrilir.
Faşizm
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illərdə İtaliyada totalitar tipli sağ radikal siyasi hərəkat. Xalqın maddi vəziyyətinin pisləşməsi, cəmiyyətin müxtəlif qruplarının gəlir səviyyəsi arasında artan fərq, 4 il davam edən və milyonlarla insanın həyatına son qoyan qanlı ümumavropa müharibəsinin qeyri-insaniliyinin və mənasızlığının dərki kütləvi narazılığa səbəb olmuşdu. Müharibənin nəticələrinin və müharibədən sonrakı sosial reallığın doğurduğu dərin məyusluq hissi keçmiş döyüşçüləri zorakı hərəkətlərə sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hələ o zamanlar duçe (rəhbər) titulu daşıyan B. Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919-cu ilin mart ayından onları faşilərdə birləşdirməyə (əvvəlcə Milanda) başladı; faşi üzvləri özlərini faşist, hərəkatı isə faşizm adlandırırdılar.
Ekoloji faşizm
Ekoloji faşizm - avtoritar bir hökumətin fərdlərin öz maraqlarını təbiətin təbii vəhdətinə qurban etmələrini tələb edən nəzəri siyasi modeldir.
Faşist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Faşist həbs düşərgələri
Faşist həbs düşərgələri — alman faşistlәrinin siyasi düşmәn hesab etdiklәri şәxslәri vә hәrbi әsirlәri xüsusilә sәrt rejimdә saxladıqları düşәrgәlәr. Faşist həbs düşərgələrinin mәhbusları sırasına faşizm әleyhdarları, kommunistlәr, hәmçinin әqidәsinә, dininә, irqinә vә s. görә tәqib olunanlar daxil idi. İlk hәbs düşәrgәsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütlәvi surәtdә qırmaq üçün qaz kameraları, krematorilәr vә s. vasitәlәrlә tәchiz edilmişdi. Faşist həbs düşərgələrindә mәhbuslara mәnәvi, fiziki әzab vә işgәncә verir, onları aclıqdan öldürür, üzәrlәrindә müxtәlif tibbi “tәcrübә”lәr aparır, qaz ilә boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof vә s. düşәrgәlәr әsl ölüm fabriklәri idi. Faşist həbs düşərgələrinә düşmüş 18 mln.
Faşizm qurbanlarına abidə
Faşizm qurbanlarına abidə — 1995-ci ildə Ukraynanın Novoqrad-Volınska şəhərinin rəhbərliyi təşəbbüsü ilə qoyulmuş abidə. Abidə faşizm qurbanlarına həsr edilib və Sluç çayının yüksək sahilində, Levanevskiy küçəsində, Zabitlər evinin yanında yerləşir. == Haqqında == Abidənin qoyulduğu yerdə 1941-ci ilin avqust ayının sonunda 700-800 yəhudi qadın və uşaq güllələnib. 1945-ci ilə aid istintaq işinə görə burada qazılmış məzarlıq 5 metr dərinliyində 12 metr uzunluğunda və 3 metr enində olub. Onların hər biri ya sinəsində ya da başlarından aldıqları güllə yarasından ölüblər. Tapılmış meyidlər arasında hələ də övladını qucağında tutan ana meyidlərinə rast gəlinib. Təxmin edilir ki güllələnməni "Cənub" polis polku həyata keçirib. Abidənin ən böyük hissəsi qırmızı qranitdən hazırlanmış üçbucaqdır. Onun ətrafında isə Öz övladları üçün əzab çəkən və ağzını tutan ana obrazı təsvir edilib. Bu abidədə yalnız bir yazı həkk olunub.
Milli Faşist Partiyası
Milli Faşist Partiyası (it. Partito Nazionale Fascista) — 1921-ci ildə Benito Mussolini tərəfindən yaradılmış, faşizm ideologiyasını reallaşdıran siyasi partiya. Bu partiyanın əsasını 1919-cu ildə Benito Mussolini tərəfindən yaradılan "Faşist mübarizə dəstələrinin ittifaqı" təşkil edib. Məhz bu təşkilat daha da formalaşdırılaraq 1921-ci ilin 9 noyabr tarixində Milli Faşist Partiyasına çevrilmişdi. Milli Faşist Partiyası 1921-ci ildən etibarən parlamentdə təmsil olunmağa başlayıb. 1924-cü ildən bu partiya parlamentdə üstünlük qazanmışdı. 1928-ci ildə isə Milli Faşist Partiyası ölkənin yeganə qanuni partiyası elan olunmuşdu. Bu vəziyyət 1943-cü ilə kimi, Mussolini rejimi dağılana kimi davam etmişdi. Müasir dövrdə Milli Faşist Partiyasının yenidən yaradılması İtaliya Konstitusiyası tərəfindən qadağan olunub. == Tarix == İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı.
Faşist mübarizə dəstələrinin ittifaqı
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.