Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kampus
Kampus — müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi və ya şəhərciyidir.
Amoun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. == Fıstıq meşələri == Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Kamos
Tamus
Dioskoreya (lat. Dioscorea) – dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Ceratocephalus ramosus
Acmella ramosa (lat. Acmella ramosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Ceratocephalus ramosus (Hemsl.) Kuntze Spilanthes americana var. ramosa (Hemsl.) A.H.Moore Spilanthes ramosa Hemsl.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], Parisin XVI dairəsi[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Proprioseiopsis amotus
Proprioseiopsis amotus (lat. Proprioseiopsis amotus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis amotus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Senecio ramosus
Senecio ramosus (lat. Senecio ramosus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
A.Camus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
Beverli Ramos
Beverli Ramos (24 avqust 1987, San Xuan, Puerto-Riko) — Puerto-Rikonu təmsil edən marafonçu. Beverli Ramos Puerto-Rikonu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Beverli Ramos birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneələrlə qaçış yarışlarında qüvvəsini sınadı və təsnifat mərləhəsini 9 dəqiqə 55.26 saniyəyə qət edərək 12-ci yeri tutdu. Beverli Ramos növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 71-ci yeri tutdu.
Erik Ramos
Erik Fabian Ramos — Paraqvay futbolçusu, "Neftçi Bakı" klubunun eks-oyunçusu və Paraqvay milli futbol komandasının oyunçusu. == Karyera == === Klub karyerası === Erik Ramos Karapequada doğulub. Karyerası boyunca Ramos Paraqvayda və Azərbaycanda "12 oktyabr", "3 fevral", "Rubio Nyu", "Neftçi Bakı" futbol klublarında oynayıb. 2012-ci ilin yayında Erik Ramos "Neftçi Bakı" ilə 1 illik icarə müqaviləsi imzalayıb. İlk mövsümdə o klubu ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi və Azərbaycan kubokunun sahibi olub. 2012–2013-cü il mövsümündən sonra 2 klub öz aralarında transfer barədə anlaşa bilməyib və Erik Ramos Paraqvaya qayıdıb. 2014-cü ilin iyununda "Neftçi Bakı" Erik Ramosun klubuna transfer üçün pul ödəyib və müqavilə imzalanıb. 2015–2016-cı il mövsümündəki Azərbaycan kubokunun finalından sonra Erik Ramos klubda qalmayacağını bildirib. === Milli === Erik Ramosun Paraqvay milli futbol komandasında debütü 2012-ci ildə olub.
Fagus-castanea
Şabalıd (lat. Aesculus) – sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. Şabalıd Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur. Şabalıd aprel-mayda yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çoxətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların qoltuğunda 2-3 ədəd və daha çox bir yerdə yerləşir.
Fagus sylvatica
Meşə fıstığı (lat. Fagus sylvatica) — pəncərkimilər fəsiləsinin fıstıq cinsinə aid bitki növü.
Faros yarımadası
Faros yarımadası (ərəb. منارة‎, yun. Φάρος) — Misirin Aralıq dənizi sahillərində yerləşən elədə böyük olmayan adası. Ada Nil deltasında qərarlaşır. B.e.ə 285-ci ildə İskəndəriyyə şəhəri ilə birləşdirilmişdir. == İsgəndəriyyə mayakı == İsgəndəriyyə mayakı b.e.ə III minillikdə İsgəndəriyyə şəhərində inşa edilmişdir. Mayak dəfələrlə dağıntıya məruz qalmışdır. 798-ci ildə mayak zəlzələ nəticəsində güçlü şəkildə dağıntıya məruz qalmışdır. Ərəblər mayakı yenidən təmir etmişdlər. XIV əsrdə mayakın hündürlüyü 30 metr idi.
Gamus (Maku)
Gamus (fars. گاموس‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Kamus (Sulduz)
Kamus (fars. كاموس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (18 ailə). Kənd əhalisini kürdlər təşkil edir.
Mario Kamus
Mario Kamus (isp. Mario Camus; 20 aprel 1935, Santander – 18 sentyabr 2021, Santander) — İspaniya kinorejissoru, ssenarist və aktyor. == Həyatı == İspan kinorejissoru Mario Kamus 1935-ci ildə anadan olmuşdur. Hüquq kollecini bitirdikdən sonra 1956-cı ildə Escuela Oficial de Cinematografía-ya daxil olmuşdur. Oranı bitirərkən diplom işi kimi qısametrajlı "İçki düşkünü" filmini çəkir. Onun ilk tammetrajlı filmlərindən biri "Gənc Sançes" (1963) olur. Mario Kamus Buenos Ayres kinofestivalında "Ən yaxşı film" nominasiyasında mükafata layiq görülmüşdür. Onun ən məşhur filmlərindən biri 1968-ci ildə çəkdiyi "Qoy danışsınlar" musiqili filmi olmuşdur. M. Kamus 80-ci illərdə də ona şöhrət qazandıran və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanan bir neçə filmin rejissoru olmuşdur. == Filmoqrafiya == Qoy danışsınlar!
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. == Həyat və fəaliyyəti == Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb.Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib. 1977-ci ildə Leyla Vəkilovanın təkidi ilə yenidən işlədiyi ansambla qayıdıb, 1995-ci ilədək orada çalışıb.
Namus qətli
Adət və namus cinayətləri — xüsusilə aldatmaq, zina etmək, evlənməyi rədd etmək, boşanmaya çalışmaq, təcavüzə uğramış olmaq kimi səbəblərlə, başda qadınlar olmaq üzrə ailə fərdlərinə yönəldilən şiddət. Qərbli qaynaqlarda ümumiyyətlə qürur günahları şəklində adlandırılar. İnsan Haqqları İzləmə Təşkilatı adət və namus günahlarını bu şəkildə tərifləyir: "Qürur cinayətləri; ailənin qürurunu zədələdikləri səbəbiylə, kişi fərdlər tərəfindən qadın fərdlərə yönəldilən, ümumiyyətlə cinayət şəklində reallaşan şiddətdir. Hər hansı bir qadın, ailəsinin seçdiyi bir adamla evlənməyi rədd etmək, təcavüzə uğramaq, -əri tərəfindən sui-istifadəyə uğrasada- boşanmaya çalışmaq ya da zina (günahlandırması) kimi səbəblərin də tapıldığı çox müxtəlif səbəblərlə hədəf göstərilə bilər.
Nataliya Ramos
Nataliya Nora Ramos Koen (ing. Nathalia Norah Ramos Cohen; 3 iyul 1992, Madrid) — ABŞ aktrisası.
Neoseiulus hamus
Neoseiulus hamus (lat. Neoseiulus hamus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Serxio Ramos
Serxio Ramos (30 mart 1986[…]) — Pari Sen-Jermen FK-nın müdafiəçisi. == Uğurları == === Klub === Real Madrid İspaniya La Liqası Qalib (5): 2006/07, 2007/08, 2011/12, 2016/17 İspaniya Superkuboku Qalib (4): 2008/09, 2012/13, 2017/18, 2019/20 İspaniya Kral Kuboku Qalib (2): 2010/11,2013/14 Çempionlar Liqası Qalib (4): 2013/14,2015/16,2016/17,2017/18 Klublararası Dünya Çempionatı Qalib (4): 2014, 2016, 2017, 2018 UEFA Superkuboku Qalib (3): 2014/15, 2016/17, 2017/18 PSJ Fransa Liqa 1 Qalib (1): 2021/22 Fransa Superkuboku Qalib (1): 2022/23 === Şəxsi === === Milli === İspaniya U-19 U-19 Avropa Çempionatı Qalib (1): 2004 İspaniya Avropa Çempionatı Qalib (2): 2008, 2012 Dünya Çempionatı Qalib (1): 2010 == Karyerası == === Seviliya === Karyerasına Sevilya FK-da başlayıb. Burada 2003-2004 sezounda 5 oyunda meydana çıxdı. Ancaq heç bir qol vura bilmədi. Növbəti sezon da da Sevilya Futbol Kulubunda oynadı. Bu mövsümdə 23 oyun keçirən Ramos 2 qolla yadda qaldı. Sevilya ilə ilk qolunu 26 iyul 2004-cü ildə Real Sosyedad ilə oynanılan oyunda vurub.Matç Sevilyanın 2-1 hesablı üstünlüyü ilə qurtardı. === Real Madrid === 2005-ci ildə Ramos 27 milyon avro qarşılığında Sevilyadan Real Madridə transfer olundu. O, Real Madridin kapitanı səviyyəsinə yüksəlib. İlk mövsümündə 4 qol vurub.
Ruy Ramos
Ruy Ramos (d. 9 fevral 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib, 1 qol vurub.
Samos müharibəsi
Samos müharibəsi (E.ə. 440 - E.ə. 439) — Afina ilə Samos arasında asılılığın qəbul edilməsi uğrunda başlanan hərbi münaqişə. == Əvvəlki hadisələr == Kiçik Asiya sahillərində inşa edilmiş Milet şəhəri və Samos adası bir-birilərilə üzbəüz yerləşirdilər. Samosun torpağı çox məhsuldar olmadığına görə onun əhalisi çox öncədən materikin yaxın sahilində Miletin yaxınlığında olan Priena şəhərinin ətrafında məskunlaşırdılar. Milet Priena şəhəri üzərində öz haqqlarını irəli sürürdü, bu səbəbdən də bu iki polis arasında bir neçə nəsildən bəri davam edən münaqişə mövcud idi. Yunan-İran müharibələri dövründə Samos və Miletin ikisi də Delos İttifaqına daxil oldu. E.ə. 450-ci ildə Miletdə çevriliş baş verdi, oliqarxik rəhbərlik devrildi, iki tanınmış aristokratik nəslin üzvləri ölüm təhlükəsi altında şəhərdən qovuldu, onların hər birinin başları üçün 100 stater mükafat təyin edildi. Daim demokratları müdafiə edən Afina bu çevrilişə müsbət yanaşdı və yeni hökumətlə müqavilə bağladı.
Fatuş
Fatuş (ərəb. فتوش‎: həmçinin fəttuş, fətuş, və fattuş) — Levant mətbəxində çörək salat. Qızarmış və ya qovrulmuş pita çörəyi (Xubz Ərəbi) ilə birlikdə yarpaqlı tərəvəz və digər tərəvəzlərin qarışıqından hazırlanır..
Kamoeş İnstitutu
Kamoeş İnstitutu (port: Instituto Camões) - Portuqal dili və portuqal mədəniyyətini xarici ölkələrdə təbliği üçün Portuqaliya hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış qurum.