Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Faust
Faust və ya Faustus məşhur alman əfsanəsinin qəhrəmanı şeytanla müqavilə bağlamış, kimyagər obrazdır. Fausta və buna oxşar obrazlara təkcə alman xalq ədəbiyyatında deyil, eləcə də həmin regiona xas olan ədəbi nümunələrdə də rast gəlinir. Fasutla bağlı əfsanə bir sıra məşhur əsərlərin mövzusuna çevrilmişdir. Məsələn Kristofer Marlou, Tomas Man, Berlioz, Frans List, Oskar Vayld kimi müəlliflər bu obraza dəfələrlə müraciət etmişlər. 1540-1585-ci illər arasında Almaniyada Faust haqqında yazılan yarı gerçək, yarı əfsanəvi yazılarda İohann Faustus adında bir adamın sehrbazlıqla məşğul olması və bu sahədə böyük şöhrətə malik olması göstərilir. Belə ki, 1488-ci ildə anadan olan bu şəxs gəncliyində sehrbazlığa həvəs göstərmiş, Wittenberg və ya Heidelberg üniversitetində həkimlik ixtisasına yiyələndikdən sonra kəndbəkənd gəzərək öz bacarıqlarını xalqa nümayiş etdirmişdir. Rəvayətə görə, şeytan onun qaynı imiş. Başqa bir rəvayətdə isə Faustun daim yanında gəzdirdiyi itin şeytan olduğu bildirilir. Öz bacarıqları ilə böyük şöhrət qazanan Faust bir gecə Würtembergdə qaldığı mehmanxanada şeytan tərəfindən öldürülmüş,səhər üzü qorxunc bir vəziyyətdə tapılmışdır. Faustun bu şəkildə qorxunc bir vəziyyətdə ölümü xalqda onun həqiqətən də ruhunu şeytana satdığı ilə bağlı düşüncələr yaratmışdır.
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyır Region Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Paqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Qayot
Qayot (rus. гайоты, ing. guyots) — amerikalı coğrafi və geoloq A. Qüyotun (1807–1884) şərəfinə adlandırılmışdır. Ətraf sahələrdən təcrid olunmuş hamar zirvəli sualtı vulkanik dağlar. Belə hesab edirlər ki, zirvənin hamarlanması qədim abraziya və yaxud subaeral denudasiya nəticəsində baş vermişdir. Sakit okeanda müşahidə olunur. Q. zirvəsi 200 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Txqot
Tamaşa (Txqot) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Tuğqut kəndi dağətəyi ərazidədir. Kəndin adı keçən əsrin əvvəllərində ermənilər tərəfindən təhrif olunaraq Txqot kimi rəsmiləşdirilmişdi. Müstəqillik illərində kəndin əsl adı özünə qaytarılmışdır. Oykonim tuğ (etn.) və qut (İran dillərində "qala") komponentlərindən düzəlib, "tuğ qalası" mənasındadır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Tamaşa kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Ziqot
Ziqot - dişi və erkək cinsiyyət hüceyrələrindən (qametlərdən) mayalanmış yumurta hüceyrəyə deyilir. Ziqotda öyrənilən hər alleli iki hərflə yazırlar. M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Farqo
Farqo (Şimali Dakota)
Froot
Froot — Uels müğənnisi Marina Diamandisin üçüncü studiya albomu. Bu onun Marina and the Diamonds adı altında buraxdığı sonuncu albomudur. Albom 3 aprel 2015-ci ildə işıq üzü görüb.
Aqoy
Aqoy — Krasnodar diyarının Tuapse rayonunda kənd. Nebuq kənd qəsəbəsi icması tərkibinə daxildir. Kənd Qara dəniz sahilində, eyni adlı Aqoy çayının mənsəbində yerləşir. Tuapsedən 5 km şimal-qərbdə və Krasnodardan 101 km cənubda yerləşir. Qəsəbədən Tuapse-Novorossiysk avtomobil yolu keçir. Kəndin ərazisində, çay vadisində dənizə birbaşa bitişik "Aqoy" hərbi aerodromu yerləşir. Şimal-qərbdən Nebuq, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Tuapse yaşayış məntəqələri ilə həmsərhəddir. Kənd Qara dəniz sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefi əsasən dağlıq və təpəlikdir. Sahil hissəsində və Aqoy çayının mənsəbində hündürlüyün dəyişməsi cüzidir.
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması. Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. Reallıq R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Aqos
Aqos — Həftəlik nəşr olunan Türkiyə erməniləri üçün nəzərdə tutulmuş qəzet. Qəzet İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmışdır. Hrant Dink, Luiz Bakar, Haratyun Şeşetyan 1996-cı ildə qəzetin ilk sayını çap etdirmişdilər. Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet binasının qarşısında ödürülməsi, nəticəsində qəzetin şöhrəti artmışdır. Uzun müddət Türkiyə televiziya kanallarında və digər mətbuat orqanlarında Aqos haqqında məqalə və repartajların hazırlanması ilə qəzetin tirajı 5 minə yüksəlmişdir. Hrant Dink ölümündən sonra, baş redaktor vəzifəsini Etyen Mahçupyan tutmuşdur. 2010-cu ildən etibarən isə qəzetin baş redaktoru Rober Kopdaşdır. Qəzet həftədə bir dəfə nəşr edilir. Ümumi səhifə sayı 24-dür. Bu səhifələrdən 4 səhifəsi ermənicə, qalan 20 səhifə isə türkcə nəşr edilir.
De-fakto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
De facto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Cabbar Faiqov
Faros yarımadası
Faros yarımadası (ərəb. منارة‎, yun. Φάρος) — Misirin Aralıq dənizi sahillərində yerləşən elədə böyük olmayan adası. Ada Nil deltasında qərarlaşır. B.e.ə 285-ci ildə İskəndəriyyə şəhəri ilə birləşdirilmişdir. İsgəndəriyyə mayakı b.e.ə III minillikdə İsgəndəriyyə şəhərində inşa edilmişdir. Mayak dəfələrlə dağıntıya məruz qalmışdır. 798-ci ildə mayak zəlzələ nəticəsində güçlü şəkildə dağıntıya məruz qalmışdır. Ərəblər mayakı yenidən təmir etmişdlər. XIV əsrdə mayakın hündürlüyü 30 metr idi.
Baget
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Baget çörəyi
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.