Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fasiləli axsama
Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.
Fahişəlik
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.
Hamiləlik
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Diskretlik (fasiləlilik).
Diskretlik (fasiləlilik)- Yerdə həyat diskret formalarda təzahür edir. == Ümumi məlumat == Ümumiyyətlə orqanizm və ya bioloji sistem (növ, biogeosenoz) təklənmiş və ya fəzada məhdudlanmış halda mövcuddur. Belə ki, onlar öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, funksional bütövlük yaradan hissələrdən ibarətdir. Məsələn, istənilən növün fərdlərdən, fərdlərin orqanlardan, orqanların isə ayrı-ayrı toxuma və hüceyrələrdən təşkil olunması bizə məlumdur. Belə ki, orqanizmin quruluşunun diskretliyi onun struktur nizamlılığının əsasıdır. Bu isə, aşınmış struktur elementlərinin (molekul, ferment, hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır.
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Hamiləlik toksikozu
== Hamiləlik toksikozu(hestozu) == Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır.Bu simptomlardan tez –tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır.Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma,hipersalivasiya(və ya ptializm),dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya,preeklampsiya və Eklampsiya) Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq,qaraciyərin kəskin distrofiyası,hamiləlik tetaniyası,xoreya,osteomalasiya,atropatiya aiddir. Erkən hestoz adətən bədənin susuzlaşması,gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur. Erkən toksikozlar.Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir.Hamiləliyin 1-3 aylarında meydana çıxır.Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir.Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin ,xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.( "neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir,bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır. Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya,astenik sindrom,uşaqlığın reseptor funksiyasının pozulması və.s. aiddir. Hamiləlik qusmaları.Patogenezində əsas rolu MSS-nin funksional vəziyyətinin pozğunluqları oynayır.Hamiləlik qusmalarının yüngül,orta ağırlıqda və ağır formaları ayırd edilir.Xəstəliyin ağırlığı su-duz mübadiləsinin, karbohidrat və yağ mübadiləsinin, qələvi-turşu və vitamin mübadiləsinin , daxili sekresiya vəzilərin funksiyası pozğunluqları ilə əlaqədardır. Yüngül qusmalara gün ərzində bir necə dəfə, xüsusilə qida qəbulundan sonra və səhərlər ac qarnına meydana çıxır.Xəstələrin ümumi halında demək olar ki, nəzərə çarpan dəyişiklik olmur.Arterial təzyiq stabil deyil, nəbz bir qədər tezləşib(dəqiqədə 90 vurğu), qadının bədən çəkisi dəyişmir, tempratur, diurez normaldır. Orta dərəcəli qusma sutkada 10 dəfəyə qədər və daha çox olur.Arterial təzyiq aşağı düşür, nəbz dəqiqədə 100-110 vurğu olur, subfebril tempratur, dəridə quruluq olur, karbohidrat-yağ, su-duz və elektrolit mübadiləsi pozulur, diurez azalır.Bu mərhələdə davamlı müalicə aparmaq lazımdır, müalicə nəticəsiz olduqda həddən artıq qusma inkşaf edir. Bu zaman temperatur 38'-ə dək yüksəlir, taxikardiya (120"və daha çox), hipotenziya, tez bir zamanda kaxeksiya meydana çıxır, dəri və görünən selikli qişaların rəngi solğunlaşır, ağızdan aseton iyi gəlir, diurez azalır, sidikdə-zülal, sildiruriya, asetonuriya olur. Yüngül dərəcəli qusmalar MSS-də funksional dəyişiliklərin,yəni nevrozun əlaməti kimi,orta dərəcəli qusmalar intoksikasiyanın əlaməti,ağır dərəcəli qusmalar isə distrofik dəyişikliklərin əlaməti kimi meydana çıxır.Klinik cəhətdən ağır dərəcəli qusmalar orqanizm üçün daha böyük təhlükə təşkil edir.
Qırğızıstanda fahişəlik
Qırğızıstanda fahişəlik 1998-ci ildə qanuniləşdirildi, buna baxmayaraq fahişəxana, sutenyorluq və fahişəlik məşğuliyyətinə cəlb edilmə qanunsuz olaraq qalır, buna görə 5 ilədək həbs cəzası verilə bilər. UNAIDS hesablamalarına görə, 2016-cı ildə ölkədə 7,100 seks işçisi var idi.Fahişələr QİÇS-in yayılmasına səbəb olmaqda günahlandırılırlar. Əhalinin bu cəmiyyətində HİV-in yayılma dərəcəsi 2% -dir.Qırğızıstanda vacib sosial problemlərdən biri cinsi alverdir. == Hökumət orqanları ilə münasibətlər == Qeyri hökumət təşkilatları və seks işçiləri korrupsioner hüquq-mühafizə orqanları tərəfindən təqib edildiyini bildirirlər. İnsan alveri və ictimai əxlaqa qarşı cinayətlərə qarşı mübarizə şöbəsi 2013-cü ildə qurulandan bəri vəziyyət daha da pisləşdi. Paytaxt Bişkekdə, keçmiş qırmızı işıqlar məhəlləsi olan Pravda küçəsində hazırda fahişələr işləmirlər. Bir neçə "mamaçkalar" (madamlar) küçədə durular, seks işçiləri yaxınlıqdakı otellərdə qalırlar.Məlumata əsasən, Qırğızıstan polisi insan alveri qurbanlarını (18 yaşdan kiçik olan bəzilərini də daxil olmaqla) istismar edir, saunalar və küçədə onlarla cinsi əlaqədə olmağa məcbur edir. Polisin etdiyi qanunsuzluq və korrupsiyanın yayılması, polisin cinsi alver qurbanlarını, o cümlədən yetkinlik yaşına çatmayanları da təhdid etməsi və zorakılıqla onlardan pul tələb etməsi ilə bağlı ictimai narahatlıq hələ də qalmaqdadır. Bəzi sübutlara əsasən, polis istintaqı dayandırmaq üçün ehtimal olunan insan alverçilərindən rüşvət alır. == Tais Plüs == Qeyri-hökumət təşkilatı Tais Plüs seks işçilərinin hüquqlarını qoruyur və onlara dəstək və təhsil verir.Təşkilat 1997-ci ildə bir qrup seks işçisi tərəfindən həmkarlar ittifaqı olaraq təsis edilmişdir.
Çöküntütoplanmada fasilələr
Çöküntütoplanma == Dövrili­yi == Çöküntütoplanmanın dövrili­yi kəsilişlərdə eyniadlı və ya yaxın petroqrafik süxur tiplərinin dəfələrlə təkrarıdır. Dövriliyin tipləri və səbəbləri müxtəlifdir. Bunlardan biri sedimentasiyanın mövsümi dəyişkənliyidir, yəni ilin müxtəlif fəsillərində müxtəlif petroqrafik çöküntü tiplərinin çökməsidir. Belə döv­riliyin klassik nümunəsi buzlaqönü göllərin lentvari gilləridir; yay vaxtı buzlağın intensiv əriməsi fonunda daha qaba, payız-qış fəsillərində isə daha incə çöküntülər toplanır. Mövsümi təbəqəlilik humid zonaların şirinsulu göllərində çox tez-tez yaranır və kəsilişdə nazik (mm hissələri və ya bir neçə mm) gah gil və sapropel, yaxud gil və alevrit təbəqələri növbələşir. Mövsümi mikrotəbəqəlilik bəzən dəniz çöküntülərində də müşahidə edilir (müasir Qara dənizin dərinsu və qismən Xəzər dənizinin çöküntüləri). Lakin mövsümi təbəqəlilik, xüsusilə arid tipli, həm dəniz və həm də göl hövzələri (halogenez mərhələsi) üçün səciyyəvidir. Sulfat mərhələsində gilli-karbonatlı təbəqələr karbonatlı-gip­slilərlə növbələşir, belə ki, birincilərin qalınlığı mm hissələri qədər, ikincilərininki isə 1-2 mm olur (Krımda Sak və b. göllər). Halit pilləsində az qalınlıqlı karbonatlı-sulfat təbəqəcikləri (3-5 sm) halit təbəqəcikləri ilə növbələşir (Xəzəryanı çökəkliyin gölləri).
Özbəkistanda fahişəlik
Özbəkistanda fahişəlik qeyri qanuni olsa da geniş yayılıb, xüsusən Səmərqənd, Fərqanə və paytaxt Daşkənddə. Sovet İttifaqı dağılandan bəri ölkədə fahişəlik xeyli artmışdır. UNAIDS hesablamalarına görə ölkədə 22 min seks işçisi var. Özbəkistanda bir çox qadın yoxsulluq üzündən fahişəliklə məşğul olmağa məcbur qalır.Özbəkistan Hindistandan olan kişilər üçün seks turizmi yeridir. == HİV == HİV ölkədə problemlərdən biridir, ancaq real vəziyyət haqqında məlumat çox deyil, çünki hökumət bu problemi kiçiltmək üçün rəqəmləri düzəldir. Fahişələr yüksək risk qrupuna daxildilər və onları HİV infeksiyasının artmasında günahlandırılar. 2004-cü ildə ölkədə qeydə alınmış 11,000 HİV xəstələrin 20%-i seks işçiləri idi.Müştərilər prezervativ istifadə etməyə meylsizdilər. UNAIDS hesab edir ki, pullu seks zamanı halların yalnız 50%-ində prezervatlərdən istifadə olunur.2016-cı ilin hesablamalarına görə, seks işçiləri arasında HİV-in yayılması 2,9% təşkil etmişdir. == Cinsi alver == Özbəkistan, cinsi alverə məruz qalan qadınlar və uşaqlar üçün mənşə və təyinat ölkəsidir. Özbək qadınları və uşaqları Yaxın Şərqdə, Avrasiya və Asiyada, habelə yerli olaraq fahişəxana, klub və fərdi yaşayış yerlərində.cinsi alverə məruz qalırlar,Cinayət Məcəlləsinin 135-ci bölməsi həm cinsi alveri, həm də məcburi əməyi qadağan edir, buna görə üç ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
ABŞ-da fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi.Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880 -ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 İyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874 -cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi.1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu. Əsgərlərinin sağlamlığı üçün ehtiya edən federal hökumətin təkidi ilə fahişəxanalar bağlandı. 6 fevral 1911-ci ildə Qərbi Virciniya qadınların fahişəliyə cəlb etmə və fahişəxanaların təşkilatını qadağan etdi.
Fasiləsiz nəqliyyat vasitələri
Fasiləsiz nəqliyyat vasitələri — dayanacaq yeri və zamanı göstərilməyəm nəqliyyat vasitələridir. Fasiləsiz sərnişin nəqliyyatı vasitələrinə misal olaraq eskalatorları və hərəkət edən səkiləri göstərmək olar.
Fasiləsiz çəkiliş (kinematoqrafiya)
Fasiləsiz çəkiliş (ing. Continuous shot) və ya Təkkadrlı film (ing. One-shot, one shot) — yalnız bir kadrdan ibarət və ya o hissi vermək üçün hazırlanmış bədii film. == Nümunələr == === Gerçək təkkardlı === †Beş dəqiqəlik bir kadr və filmin başlıq titrləri filmin 57 dəqiqəlik kadrından əvvəl gəlir.
ABŞ-də fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi.Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880 -ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 İyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874 -cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi.1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu. Əsgərlərinin sağlamlığı üçün ehtiya edən federal hökumətin təkidi ilə fahişəxanalar bağlandı. 6 fevral 1911-ci ildə Qərbi Virciniya qadınların fahişəliyə cəlb etmə və fahişəxanaların təşkilatını qadağan etdi.
Bir ailəlik bağ evi
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Bir ailəlik bağ evi (film, 1978)
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...