FAHİŞƏLİK

FAHİŞƏLİK (qeyri-qanuni cinsi əlaqədə olma) Hansı elə onların pəncələri uzandı; fahişəlik, xəyanət, aclıq, ölüm və çuma; Orda keçir hücuma (M.Rahim); ƏXLAQ POZĞUNLUĞU [İlyas:] Məhsəti xanımın hökumət əleyhinə olmasında, şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edən müqəssirdir (M.S.Ordubadi); ƏXLAQSIZLIQ İndi Zeynal belə düşünürdü ki, onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxması Mehribanın əxlaqsızlığından irəli gəlmişdi (S.Hüseyn); FİSQ Fisq imiş əmrin tamam, ay barakallah sənə!.. (M.Ə.Sabir); FİSQÜ FİCUR Xətib: Daşa basın! Dağıdın bu fisqü fıcurun yuvasını (M.S.Ordubadi); POZĞUNLUQ Xosrov: Siz elə qanunlar düzəltmisiniz ki, onlar qan tökməyin, yoxsulluğun, pozğunluğun və fahişəliyin qarşısını almaqdan danışan əqidələri on illik həbs cəzası ilə təqib edir (M.İbrahimov); ZİNA Rəbi: İslam dininə, bir olan allaha qarşı üsyan qaldıran, xalq içində təbliğat aparıb, eli dinsizliyə, zinaya, yolbasarlığa, üsyana çağıran sənsənmi? (C.Cabbarlı).

FAHİŞƏXANA
FAKTOR
OBASTAN VİKİ
Fahişəlik
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir. Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı.
Qırğızıstanda fahişəlik
Qırğızıstanda fahişəlik 1998-ci ildə qanuniləşdirildi, buna baxmayaraq fahişəxana, sutenyorluq və fahişəlik məşğuliyyətinə cəlb edilmə qanunsuz olaraq qalır, buna görə 5 ilədək həbs cəzası verilə bilər. UNAIDS hesablamalarına görə, 2016-cı ildə ölkədə 7,100 seks işçisi var idi. Fahişələr QİÇS-in yayılmasına səbəb olmaqda günahlandırılırlar. Əhalinin bu cəmiyyətində HİV-in yayılma dərəcəsi 2% -dir. Qırğızıstanda vacib sosial problemlərdən biri cinsi alverdir. == Hökumət orqanları ilə münasibətlər == Qeyri hökumət təşkilatları və seks işçiləri korrupsioner hüquq-mühafizə orqanları tərəfindən təqib edildiyini bildirirlər. İnsan alveri və ictimai əxlaqa qarşı cinayətlərə qarşı mübarizə şöbəsi 2013-cü ildə qurulandan bəri vəziyyət daha da pisləşdi. Paytaxt Bişkekdə, keçmiş qırmızı işıqlar məhəlləsi olan Pravda küçəsində hazırda fahişələr işləmirlər. Bir neçə "mamaçkalar" (madamlar) küçədə durular, seks işçiləri yaxınlıqdakı otellərdə qalırlar. Məlumata əsasən, Qırğızıstan polisi insan alveri qurbanlarını (18 yaşdan kiçik olan bəzilərini də daxil olmaqla) istismar edir, saunalar və küçədə onlarla cinsi əlaqədə olmağa məcbur edir.
Özbəkistanda fahişəlik
Özbəkistanda fahişəlik qeyri qanuni olsa da geniş yayılıb, xüsusən Səmərqənd, Fərqanə və paytaxt Daşkənddə. Sovet İttifaqı dağılandan bəri ölkədə fahişəlik xeyli artmışdır. UNAIDS hesablamalarına görə ölkədə 22 min seks işçisi var. Özbəkistanda bir çox qadın yoxsulluq üzündən fahişəliklə məşğul olmağa məcbur qalır. Özbəkistan Hindistandan olan kişilər üçün seks turizmi yeridir. == HİV == HİV ölkədə problemlərdən biridir, ancaq real vəziyyət haqqında məlumat çox deyil, çünki hökumət bu problemi kiçiltmək üçün rəqəmləri düzəldir. Fahişələr yüksək risk qrupuna daxildilər və onları HİV infeksiyasının artmasında günahlandırılar. 2004-cü ildə ölkədə qeydə alınmış 11,000 HİV xəstələrin 20%-i seks işçiləri idi. Müştərilər prezervativ istifadə etməyə meylsizdilər. UNAIDS hesab edir ki, pullu seks zamanı halların yalnız 50%-ində prezervatlərdən istifadə olunur.
Azərbaycanda fahişəlik
Azərbaycanda fahişəlik — Azərbaycanda ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan təcrübə. Bu, qeyri-qanuni olsa da geniş yayılıb. Fahişəlik inzibati xətadır və cərimə ilə cəzalandırılır. Əxlaqsızlıq yuvaları saxlama cinayətdir və 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2017-ci ildə əxlaqsızlıq yuvası saxlamağa görə Milli Məclisdə cəzaların sərtləşdirilməsi təklif olunmuşdu. 2018-ci ildə Azərbaycanda 25,054 fahişə olduğu təxmin edilmişdir ki, onların da bəziləri 15–18 yaş arasındadır. Sovet dövründə KQB-nin nəzarəti altında olanlar istisna olmaqla, fahişəlik qeyri-adi idi və əksəriyyəti xəbərçi idi. Paytaxt Bakının Badamdar qəsəbəsində fahişələrin müştəri cəlb etdiyi kafelər çoxdur, hansı ki 2011-ci ildə 300-dən çox yerli sakin buna qarşı etiraz aksiyası keçirib. Bakının mərkəzində, Nizami küçəsində (Tarqovı) kafelərdə də fahişələrə rast gəlmək olar. Ölkə xüsusən İran, BƏƏ və Küveytdən olan kişilərin seks turizmi yeridir.
Türkiyədə fahişəlik
Türkiyədə fahişəlik qanunidir və tənzimlənir. Türkiyə cəmiyyətinin dünyəviləşməsi 20-ci əsrin əvvəllərində fahişəliyin hüquqi status qazanmasına gətirib çıxartdı. Ölkədə türk. genelevler kimi tanınan fahişəxanalar hökumətdən icazə almaqla fəaliyyət göstərirlər. Öz növbəsində, hökumət orqanları seks işçilərinə bəzi pulsuz səhiyyə və digər sosial xidmətlər hüququ verən vəsiqələr verirlər. 1900-cü illərin əvvəllərində yalnız İstanbulda qeydiyyatdan keçmiş fahişələrin təxmini sayı 2000 idi. 1919–1920-ci illərdə edilən bir araşdırma bu qadınların altmış faizinin qeyri-müsəlman, qırx faizinin isə müsəlman olduğu qənaətinə gəldi; lakin bu rəqəm qeyri leqal işləyən fahişələrə aid deyildi. Araşdırma göstərdi ki, qeyri-müsəlman həmkarları ilə müqayisədə müsəlman qadınlar daha çox qeyri-qanuni və ya gizli şəkildə fahişəliklə məşğul olur. İllər keçdikcə maddi gəlir vasitəsi kimi daha çox qadın fahişəliyə əl atmağa başladı. Fahişəliyə müraciət edən qadınların çoxu tənha ana, evsizlik və yoxsulluqdan bu sahəni seçiblər.
ABŞ-da fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.
ABŞ-də fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.

Digər lüğətlərdə