Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Fasiləsiz nəqliyyat vasitələri
Fasiləsiz nəqliyyat vasitələri — dayanacaq yeri və zamanı göstərilməyəm nəqliyyat vasitələridir. Fasiləsiz sərnişin nəqliyyatı vasitələrinə misal olaraq eskalatorları və hərəkət edən səkiləri göstərmək olar.
Fasiləsiz çəkiliş (kinematoqrafiya)
Fasiləsiz çəkiliş (ing. Continuous shot) və ya Təkkadrlı film (ing. One-shot, one shot) — yalnız bir kadrdan ibarət və ya o hissi vermək üçün hazırlanmış bədii film. == Nümunələr == === Gerçək təkkardlı === †Beş dəqiqəlik bir kadr və filmin başlıq titrləri filmin 57 dəqiqəlik kadrından əvvəl gəlir.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Badımcançiçəklilər fəsiləsi
Balıqçıllar fəsiləsi
Balıqçıllar (lat. Alcedinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Azərbaycanda 2 növü olan 1 cinsi (Alcedo L.) vardır. Xırda quşlardır. Dimdiyi iti, düzdür. Pəncələri gödəkdir. Barmaqları yarıya qədər bitişmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı "Elm".
Birəbittən fəsiləsi
Naxakimilər fəsiləsi
Siyənəkkimilər fəsiləsi
Siyənəklər (lat. Clupeidae) — siyənəkkimilər dəstəsinə aid balıq növü. Dəniz, keçici və şirin su formaları olan sürü halında yaşayan balıqlardır. Bəzi növlərdə qarın üzgəcləri olmur. Bir çox növlərdə qarının orta xətti boyunca kil və itiləşmiş pulcuqlar uzanır. Artikadan Subantraktikayadək yayılmışlar. Ən çox növ müxtəlifliyi tropik hövzələrdə qeydə alınır. Mülayim və soyuq hövzələrdə rəngarəngliyi az olsa da əvəzində sayı çoxdur. Mühüm vətəgə obyektidir. Bəzi su hövzələrində , o sarıdan Xəzərdə ehtiyatları azaldığına görə tutulması məhdudlaşdırılmışdır.
Yereşənlər fəsiləsi
Çəkikimilər fəsiləsi
Çəkilər (lat. Cyprinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi. Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270-dən artıq cinsi, 1800-ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30-dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır.
Əməköməcilər fəsiləsi
Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir. Azәrbaycanda 9 növü mәlumdur.
Fasiləli axsama
Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.
Şampinyon göbələklər fəsiləsi
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. == Vasitəsiz nitq == Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.