Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feriya del Sol
Feriya del Sol (isp. Feria del Sol — günəş bayramı) — Venesuelanın Merida şəhərində hər ilin fevral ayında keçirilən beynəlxalq mədəniyyət festivalı. Festival proqramına öküz döyüşləri, sərgilər, konsertlər, paradlar, idman yarışları və Günəş Məlikəsinin seçilməsi daxildir (Reina del Sol). == Tarixi == Festivalın keçirilməsi ideyası bir qrup həvəskarın öküz döyüşləri üçün meydança (Plaza de Toros) tikmək qərarına gəldikləri vaxt yaranmışdır. Bu cür döyüşlər digər Venesuela şəhərlərində çox məşhur idi. Əvvəlcə festivalı Müqəddəs Məryəmin bakirə olaraq hamilə qaldığı günə həsr etmək və bayram şənliklərini 9 və 10 dekabrda keçirmək qərara alınmışdır. 1968-ci ildə Feriya del Sol festivalı keçirilməmişdir, amma həmin ilin 13 aprelində Böyük şənbəyə təsadüf edən öküz döyüşü təşkil edilmişdir..
Aleriya
Aleriya (fr. Aléria, kors. Aleria) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qizonaçça kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B009.
Pederiya
Pederiya (lat. Paederia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Remeriya
İberiya
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
Bemeriya
Bemeriya (lat. Boehmeria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinə aid bitki cinsi.
Furiya
Furiyalar – Qədim Roma mifologiyasında intiqam ilahələri. Yunan mifologiyasındakı Eriniyalara uyğundur.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Federika Radiççi
Federika Radiççi (d. 21 noyabr 1988) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Radiççi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Federika Radiççi, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Federika Rokko
Federika Rokko (25 noyabr 1984) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Rokko, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Ferreriya sarayı
Ferreriya sarayı, Palazzo Ferreriya və ya rəsmi adı ilə Palazzo Buttigieg-Francia — Maltanın paytaxtı Vallettanın girişinə yaxın yerləşən saray. XIX əsrin sonlarında inşa edilmişdir. Memar Cüzeppe Bonaviya tərəfindən tərtib edilmişdi. Saray adalarda taxta eyvanları olan ilk bina idi. Bura 1-ci dərəcəli milli abidədir. == Tarixi == Əvvəllər sarayın ərazisində Malta cəngavərləri ordeninin silah-sursat hazırlaması üçün köhnə metaltökmə zavodu mövcud idi. Giuseppe Buttigieg və həyat yoldaşı Giovanna Kamilleri, torpaqları hökumətdən aldılar və 19-cu əsrin sonlarında burada Ferreriya sarayını inşa etdilər. Binanın fasadında Buttiegieg və Kamillerinin gerbləri var. Saray, qızları Tereza Buttigieg üçün cehiz olaraq qaldı. Tereza bir müddət sarayın adını aldığı polkovnik Con Luis Fransiya ilə evləndi.
Pisiyli pederiya
Pisiyli pederiya (lat. Paederia foetida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin pederiya cinsinə aid bitki növü.
Qrü Neemiya
Qrü Neemiya (ing. Grew, Nehemiah; 26 sentyabr 1641, Vorvikşir qraflığı – 25 mart 1712[…], London) — bitkilərin anatomiyasının əsasını qoymuş ingilis botaniki. 1641-ci ildə Aterstonda doğulub. 1712-ci ildə Londonda vəfat edib. Bitkilərin anatomiyası və inkişafı. — (ing. The Anatomy of Vegetables Begun), (1670). Bitkilərin fəlsəfi tarixi. — (ing. An Idea of a Philosophical History of Plants), (1672).
İberiya dağları
İberiya dağları (ispan Sistema Ibérico) İspaniya dağ sistemidir. Hündürlüyü 2314 m-dir (San-Miqel). İberiya dağları şərqdən və şimal-şərqdən Mərkəzi Kordilyer cənubi Pireneyə qədər davam edir. Geoloji quruluşuna göreə burada kvars və qumla örtülmüşdür. Dağın orta uzunluğu 450–500 km-dir. Şimaldan qərbdə (Sierra de la Demanda, Sieera del Monkayo), cənub-şərqdə (Sierra de Qudar) doğru uzanır. Qərb hissədə Sierra -Ministra massivi yerləşir. Şərq yamacı Aralıq dənizi bitkiləri örtülmüşdür. 1000 m hündürlüyə qədər palıd və vələs ağacları yayılmışdır. Ondan hündürdə isə fıstıq meşəsi yayılmışdır (1800–1900 m).
İberiya knyazlığı
İberiya Knyazlığı (gürcü: ქართლის საერისმთავრო, romanlaşdırılmış: kartlis saerismtavro) erkən orta əsrlərdə Gürcüstan aristokrasi. O, VI-IX əsrlər arasındakı interregnum dövründə, aparıcı siyasi hakimiyyətin bir-birinin ardınca knyazlar tərəfindən həyata keçirildiyi dövrdə çiçəkləndi.Knyazlıq Sasanilərin yerli kral Xosroid sülaləsinin sıxışdırılmasından qısa müddət sonra, təxminən 580-ci ildə quruldu; 888-ci ilə qədər davam etdi, padşahlıq Baqrationi sülaləsinin bir üzvü tərəfindən bərpa edildi. İberiyanın başçı knyazları bu dövr ərzində farslar, bizanslılar, xəzərlər, ərəblər və qonşu Qafqaz hökmdarları ilə qarşı-qarşıya qaldıqları üçün onun sərhədləri çox dəyişdi.Knyazlığın vaxtı Gürcüstan tarixində ən kəskin dövr idi; Prinsip gürcü xristian kilsəsinin son formalaşmasını, ana dilində ədəbi ənənənin ilk dəfə çiçəklənməsini, gürcü Baqratidlər ailəsinin yüksəlişini və müxtəlif feodal anklavlarının mədəni və siyasi birləşməsinin başlanğıcını gördü.
İberiya krallığı
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
İberiya kərtənkələsi
İberiya kərtənkələsi (lat. Lacerta schreiberi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Növün latın adı Avtriya zooloqu Eqida Şrayberin şərəfinə (1836–1913) adlandırılıb. İri kərtənkələdir, quyruqsuz uzunluğu 13,5 sm, quyruğunun uzunluğu isə 38 sm təşkil edir. Bu növ parlaq rəngi ilə seçilir. Beli yaşıl olur və üzəri qara noqtələrlə örtülür. Başı və boynu parlaq göy rəngdədir. Dişilər qəhvəyi-yaşıl olur. Qidasının əsasını cücülər, sürünənlər, bala quşlar və meyvələr təşkil edir. Bu növ qida axtararkən aktiv olur.
İberiya süsəni
Gürcü süsəni (lat. Iris iberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6-7 sm uzunluğunda, ağımtıl-sarı və tünd-qara ləkə və orta hissədə dırnaqcıqda tünd-qara tükcüklər var.
İberiya yarımadası
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
İberiya çarlığı
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
Zekeriya Yapıcıoğlu
Zəkəriyə Yapıcıoğlu (22 fevral 1966, Batman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, Hürr Dava Partiyasının sədri. Zəkəriyə Yapıcıoğlu 1966-cı ildə Batman ilində anadan olub. İbtidai və orta təhsilini Batman ilində alıb. Əvvəlcə Batman Sənaye Peşə Liseyini bitirib, daha sonra isə 1988-ci ildə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1990-cı ildə Ərzurumda özəl müəssisədə hüquqşünas olub, 1992-2012-ci illərdə isə sərbəst hüquqşünas olaraq çalışıb. 2012-ci ildə 45 dostu ilə birgə Hürr Dava Partiyasını təsis edib. Bir il sədr müavini olduqdan sonra 30 iyun 2013-cü ildə Hürr Dava Partiyasının sədri seçilib. 2018-ci ilin martında istefa verib, 2021-ci ilin iyununda isə növbəti dəfə Hürr Dava Partiyasının sədri seçilib. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Kürdcə və ingiliscə bilir.
Keriya rayonu
Keriya rayonu (Uyğurca: كېرىيە ناھىيىسى, Kériye Nahiyisi, Keriyə Nah̡iyisi, Çincə: 于田县/於田縣; Pinyin: Yútián Xiàn) — Çin Xalq Respublikası ərazisində yerləşən, Sintszyan-Uyğur Muxtar Rayonunun cənubunda yerləşən, Hotan regionuna aid rayondur. == Yerləşməsi == Qərbində Zira rayonu, şimalında Sayar rayonu, şərqində Niya rayonu və cənubunda Tibet Muxtar Vilayəti yerləşmişdir. Bu bölgədən axan Keriya çayı və Keriya qəsəbəsi rayonda yerləşmişdir. Qərbi Han sülaləsi dövründə xaraba qalan şəhərlər oaln Yuanşa və ya Şumbulak Qum (Çincə: 圆沙古城, Yuansha gucheng) burada yerləşir. Keriya qəsəbəsinin 170 kilometr şimalındakı Tonqquzbastidə (T'ung-ku-tzu-pa-ßu-t'e) digər uyğurlardan çox fərqli dinə mənsub olan təxminən yüzə yaxın Uyğur ailəsi yaşayır. == Qəsəbə və kəndlər == Keriya ərazisi iki qəsəbə (镇 zhen), on üç çöl diyarı (乡 xiāng) və üç xüsusi çöl diyarı (虚拟 乡) kimi məskunlaşma vahidlərindən təşkil olunmuşdur. Mahalın əsas mərkəzi Keriya bir vahə sahəsidir. == Tarixi == Han sülaləsi dövründə Keriya ərazisində yaradılmış krallığa Jumi (拘 彌) adı verilmişdir. Juminin (Keriya ərazisi) Ninqmi (寧 彌) əsas mərkəzi hesab olunurdu. Bu krallıq Liuzonqdan (Lukçun) 4900 li (2037 km), Aide (qərb bölgəsindən) yaşayış məntəqəsindən və Luoyanqdan (洛陽 市) 12800 li (5325 km) uzaqlıqda yerləşmişdir.
Lavrenti Beriya
Lavrenti Pavloviç Beriya (gürc. ლავრენტი პავლეს ძე ბერია; 17 (29) mart 1899, Merxeuli[d], Kutaisi quberniyası – 23 dekabr 1953 və ya güm. 26 iyun 1953, Moskva) — dövlət və siyasi xadimi, Baş Dövlət Təhlükəsizliyi Komissarı (1941), Sovet İttifaqı Marşalı (1945), Sosialist Əməyi Qəhrəmanı (1943). == Fəaliyyəti == SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946–1953), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1953). SSRİ Dövət Müdafiə Komitəsinin üzvü (1941–1944), SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini (1944–1945). VII çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü, I–III çağırış SSRİ Ali Sovetinin deputatı. ÜİK(b)P MK üzvü (1934–1953), MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939–1946), Siyasi Büro üzvü (1946–1953). İosif Stalinə yaxın insanlardan biri olub. Stalinin tapşırığı ilə bir sıra vacib sahələrə, o cümlədən nüvə silahının yaradılmasına rəhbərlik edib. Stalinin vəfatından bir qədər sonra şpionajlıqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib.
Fallout (seriya)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.
Feriye sarayı
Feriye sarayı — Boğaziçi sahilində indiki Beşiktaş mahalı ilə Ortaköy mahalı arasında Çırağan küçəsi boyunca uzanan Osmanlı saraylarının köhnə adıdır. Bu gün saraylar müxtəlif qurumlar tərəfindən təhsil məqsədləri üçün istifadə olunur. Boğaziçi sahillərində Osmanlı sülaləsi üçün inşa edilən ilk saray 1856-cı ildə istifadəyə verilən Dolmabahçe Sarayı idi. Daha sonra 1872-ci ildə Çırağan sarayı tikildi. Lakin bu iki saray Osmanlı ailəsi üçün kifayət etmədikdə, Çırağan Sarayı ilə Ortaköy məscidi arasındakı sahil zolağında əlavə binalar tikildi. Balyan ailəsinə mənsub memarlar tərəfindən tikilən bu binalar ikinci dərəcəli tikililər və ya yan binalar mənasını verən Feriye sarayları adlanırdı. == Memarlıq xüsusiyyətləri == Dəniz kənarında üç əsas binadan, cariyələr palatası və kiçik iki mərtəbəli binadan ibarət binalar qrupunun arxasında yol kənarında əlavə tikililər var. Bu saraylarda sultanın münasib hesab etdiyi sülalə üzvləri və qış mənzili olmayan insanlar yaşayırdılar. Sarayların sahəsi təxminən 3.000.000 m2-dir. 30 may 1876-cı il çevrilişi ilə taxtdan endirilən Əbdüləziz 4 gün Topkapı sarayında qaldı və qaldığı yerdən razı qalmadığı üçün Feriye Sarayına köçürüldü.
Fəxriyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Fəriba Vəfi
Fəriba Vəfi (az.-əski. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. Bakıda ilk kitabı "Oyundan yorğun" "Qanun" nəşriyyatında 2007-ci ildə Lalə Cavanşirin fars dilindən tərcüməsində, Nərmin Kamalın ön sözü ilə nəşr edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir.