Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fitogeosfer
Fitogeosfer — Landşaft təbəqəsində canlı orqanizmin əsasən bitkilərin daha artıq toplandığı təbəqəyə deyilir. Fitogeosfer dedikdə bütün bitki örtüyü və heyvanlar aləmi, habelə həyat olan (bərk,maye və qaz) mühit nəzərdə tutulur. Fitogeosferin qalınlığı quruda bir neçə on metr,dənizlərdə və okeanlarda isə 100–350m-ə qədərdir.
Biogeosfer
Biogeosfer – Yer kürəsinin canlı varlıqlar toplanan qabığıdır. Biogeosfer Yer qabığının üst qatının hava okeanı ilə təmasda olduğu sərhəddə və su örtüyünün yuxarı hissəsində yerləşir. Biogeosfer Yer kürəsində insanın daim yaşaya bildiyi və hərtərəfli yeganə təbəqədir. İnsanlar özlərinə lazım olan resursların demək olar ki, hamısını (suyu, oksigeni, yanacağı, ərzağı, sənaye və tikinti üçün xammalı və s.ni) biogeosferdən alırlar.