Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leuven universiteti
Löven Katolik Universiteti (nid. Katholieke Universiteit Leuven və ya nid. K.U.Leuven) — Belçikanın Flandriya siyasi-coğrafi regionunda, Löven şəhərində yerləşir. Universitet ölkənin ən böyük və qədim ali məktəbidir. Kortreyk şəhərində də ali məktəbin kampusu mövcuddur. == Reytinq == Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Löven Katolik Universiteti 100 ən yaxşı ali məktəb arasında 65-ci yerdə olub. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.
Leeve adası
Leeve adası (bolq. остров Лееве, ‘Ostrov Leeve’ \'os-trov 'le-e-ve\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqında yerləşən adasıdır. Ada buzlaqlardan azaddır. Adanın uzunluğu 200 m, eni 80 metrdir. Redina adasından 100 m məsafədə yerləşmişdir. Ada Bolqarıstanın Rila dağından axan Leeve çayının adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 640 m cənub-qərbdə, Misnomer burnundan 1.46 km şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Leave Me Alone
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın‎) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüsserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır. Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir.
Live or Leave
Live Or Leave - Azərbaycanda Nu-Metal,Rapcore,Alternativ janrında ifa edən qrup. Qrup 2010-cu il Aprel ayının 17-si Anar Həmidov tərəfindən yaradılmışdır. Musiqi forumunda Anar gitarist Ayaz və zərb ifaçısı Bəxtiyar ilə tanış olur. Daha sonra qrupa vokalist Məsut qatılır. Qrup bu heyyətlə məşqlərə başlayır. Daha sonra Anar qrupa digər bir qrupda gördüyü gitarist və vokalist Fəridi dəvət edir. Qrup koverlər ifa edir və öz mahnıları üzərində işləyirdi. Bu heyyətlə Live or Leave bir neçə Bakı konsertlərində, eləcə də Gəncədə "Bakı Küləyi" festivalında uğurla çıxış etmişdir.Məhz həmin bu festivaldan sonra qrup belə qərara gəldi ki, Məsutun vokalı onları qane etmir və Məsut artıq qrupla vidalaşdı. Qrup əsas vokalistsiz məşq edirdi lakin artıq Noyabr ayında qrupa öz səsi,vokal imkanları ilə qrupu təəccübləndirən vokalist və klavişnik Orxan qoşuldu. Təxminən elə həmin vaxt bəzi yaradıcılıq səbəblərinə görə yollar qrupun zərb ifaçısı - Bəxtiyarla ayrıldı.
Bulbophyllum leve
Bulbophyllum leve (lat. Bulbophyllum leve) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.