Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eupatorium baccharoides var. fratri
Ageratina baccharoides (lat. Ageratina baccharoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Fraort
Fraort (e. ə. VII əsr – e.ə. 633) — Deyokun oğlu, Midiyanın ikinci hökmdarı. Fraort atası Deyokun hökmranlığını davam etdirərək, madaylara başqasının rəhbərlik etməsinə izin vermədən, farslara qarşı yürüşə keçmişdi. Farslar məğlub olaraq, madaylara tabe edilirlər. Fraort farslar və madaylar üzərində hakimiyyətini bərqərar etdikdən sonra, Asiyanın digər ərazilərini də özünə tabe etməyə başladı. Nəhayət o, assurların üzərinə hücuma keçdi, lakin məğlub oldu. Onun ordusu pərən-pərən oldu. Özü isə təxminən e.ə.
Fratriya
Fratriya — qarşılıqlı nikah əlaqəsində olan bir neçə nəsilləri birləşdirən qəbilə bölgüsü idi. Bunlar çox vaxt bir nəslin sonrakı inkişafı nəticəsində yaranmışdı. Qəbilənin ən ilkin başlanğıcı azı iki nəslin mövcud birliyi şəklində olmuşdur. Nəslin və ya qəbilənin təsərrüfat fəaliyyəti ümumi təsərrüfat formasına – icmaya əsaslandığı üçün bunu həm də nəsli icma və ya arxaik icma adlandırırlar. Məlum olduğu kimi bütün ibtidai icma dövründə, yəni sinifsiz cəmiyyətdə əmək alətləri və istehsal vasitələri üzərində icma mülkiyyəti mövcud olmuşdur. Bu cür icmalar bir qayda olaraq qohumluq münasibətlərinə əsaslanırdı. Əmlak bərabərsizliyinin yaranması, qan qohumluğu əlaqələrinin sarsılması və ərazi əlaqələrinin yaranması nəticəsində nəsli icmalar kənd icmalarına və ya əkinçilik icmalarına çevrilirdi. Bu da öz dualizmi ilə seçilirdi. Belə ki, torpaq, otlaq və biçənəklər üzərində icma-kollektiv mülkiyyət saxlanılır, istehsal vasitələri üzərində isə ayrı-ayrı ailələrin xüsusi mülkiyyəti təşəkkül tapırdı. Deməli, ailələrin istifadə etdiyi əkin sahələri və otlaqlar icmaya məxsus idi.
Fairy
Fairy - Procter & Gamble şirkətinə daxil olan, 1950-ci ildə yaradılmış qabların yuyulması üçün maye markası. 1950-ci illərdə Fairy yalnız Böyük Britaniyada satılırdı. Fairy-nin ənənəvi rəngi hər zaman yaşıl olmuşdur. Marka yeni bazara çıxarıldığı dövrlərdə Artıq sizin əlləriniz özünü, bu gün siz qab yuyarkən üzünüzü hiss etdiyiniz kimi rahat hiss edəcək. devizi altında nümayiş etdirilmişdir. Satıldığı bölgələrə görə markanın adında müxtəlif fərqliliklər yaransada bu gün marka məhz Fairy ilə məşhurluq qazanmışdır. Procter & Gamble laboratoriyalarında inkişaf etdirilən Fairy bu gün qoxu kombinatsiyası və qırmızı başlıqlı PET plastik bağlaması ilə daha müasir bir görkəm almışdır. Fairy Böyük Britaniya əldə etdiyi məşhurluq nəticəsində bu ölkədə qabyuyan maye əfsanəsinin əsasını təşkil edir. Belə ki, bir çox sahələrin adları çəkiləndə ağıla yalnız bir markanın gəldiyi kimi qabyuyan maye sahəsindədə bu üstünlük Fairy markasına məxsusudur. Böyük Britaniyadan kənarda marka Dreft yuyucu tozlarının tərkib hissəsində satılır.
Fairy Tail
Fairy Tail (フェアリーテイル, Fearī Teiru, ing. Fairy Tail - Pəri Quyruğu; ing. Fairytale - nağıl) — Hiro Maşimanın manqası və onun əsasında çəkilmiş eyni adlı anime. 2013-cü ilin noyabr ayına, yəni 42-ci cildin çıxan zamana kimi manqanın 25 million nüsxəsi çap olunub. == Məzmun == Uydurulmuş dünyada yaşayan sehrbazlar öz gücləri birləşdirib, ödənişli tapşırıqları eləmək üçün gildiyalara birləşirlər. Lüsi Hartfillia adlı sehrbaz hər şeyi dağıdmağına görə bilinən Fairy Tail adlı gildiyada üzv olmaq istəyir. == İstehsal == Hiro Maşimanın fikrincə sentimental və məyus olan Rave Master adlı keçmiş layihəni bitirdikdən sonra, o Fairy Tail hekayəsində "[hər kəs üçün] çox şən" olmağı istəyirdi. Onu yaradanda məcusilər ilə sehrbazlardan ilhamlanmışdı. Natsunun dəniz xəstəliyini taksidə həmişə özünü bis hiss elədiyi dostundan alıb. == Media == === Manqa === Hiro Maşima yazdığı və çəkdiyi Fairy Tail manqası 2006-cı ilin avqustun 2-dən Weekly Shōnen Magazine jurnalında çap olunur.
Mahaşiva Ratra
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram. == Bayramın keçirildiyi tarix == Mahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir. == Bayram necə keçirilir == Bayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər.
Riçard Nelson Fray
Riçard Nelson Fray (ing. Richard Nelson Frye; 10 yanvar 1920 — 27 mart 2014) — ABŞ iranşünası, Harvard Universitetinin fəxri professoru. == Həyatı == Riçard Nelson Fray 10 yanvar 1920-ci ildə ABŞ-nin Alabama ştatının Birminqem şəhərində anadan olmuşdu.1938-ci ildə Prinston Universitetinə qəbul olmuşdu.İllinoys universitetində bakalavr dərəcəsi almışdı. 1941-ci ildə London Universitetinin nəzdindəki Şərq və Afrikanı öyrənən məktəbdə (School of Oriental and African Studies) Türk, Fars və Ərəb dillərini öyrəndi.1946-cı ildə Harvard Universitetində elmlər doktoru alim dərəcəsini aldı. Riçard Nelson Fray 1958-ci ildən 1959-cu ilədək Harvard və Frankfurt universitetlərində dərs demişdi.1968-ci ildən 1969-cu ilədək Hamburq universitetində çalışmışdı. Riçard Freyin bir müddət elm və tədqiqatı tərk etməsinin əsas səbəbi: Riçard Frey, ömrünün 70 ildən çoxunu İran mədəniyyəti, tarixi və etnoslarını öyrənməyə və araşdırmağa sərf edib. 1970-ci illərdə Şirazdakı Pəhləvi Universitetində dərs deyərkən, birdən-birə tədrisi tərk edərək, azad bir işə (bir supermarketin idarəçiliyinə) üz tutur və üç il sonra Harvard Universitetinin dəvəti və təkidi ilə yenidən tədrisə başlayır. Kərəc şəhərinin Azad İslam Universitetinin professoru Doktor Vilyam, ABŞ-də Freyin mühazirəsində iştirak etməsi və ondan soruşduğu sualı və Freyin cavabını belə nəql edir: Onun mühazirəsindən sonra, sual-cavab zamanı ona şəxsi sual vermək üçün icazə istədim. O, mənə icazə verdi və mən o illərdə niyə tədrisi və universiteti tərk etdiyini soruşdum. O belə cavab verdi: “Bir gün Şiraz küçələrinin birində gəzərkən, ət satan bir dükanın qarşısından keçirdim.
Filip C. Fray
Filip C. Fray (və ya sadəcə Fray) — "Futurama" cizgi serialının baş qəhrəmanı. Billi Vest tərəfindən səsləndirilib. O, 1999-cu ildə pizza sifarişini yerinə yetirərkən səhvən mənzildəki dondurucu cihazın içərisində düşür. Sonra 30-cu əsrdə oyananda qardaşının soyundan gələn Professor Farnsvortun "Planet Ekspress" şirkətində işləməyə başlayır. Onun ən yaxşı dostu və otaq yoldaşı Benderdir. Fray Turanqa Lila ilə ailə həyatı qurmuşdur. == Haqqında == Fray 20-ci əsrdə Nyu-Yorkda anadan olub. O, dondurucu cihazın içərisinə yıxılmazdan əvvəl pizza restoranında kuryer işləyirdi. 2999-cu ilin son saatlarında oyanan Fray tək gözlü mutant Lila və robot Bender ilə tanış olur. Bunun ardınca onların hamısı Frayın yaşayan yeganə qohumu qoca dəli elm adamı Professor Farnsvortun sahib olduğu Planet Ekspress çatdırılma şirkətində çalışamağa başlayırlar.