Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken - ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Frizlər
Frizlər (qərbi friz dilində - Friezen, şərqi friz dilində - Fräisen) - qədim alman tayfası, hazırda milli azlıqlar kimi Niderlandın Frislandiya və Qroninqen əyalətlərində və Almaniyada (Aşağı Saksoniyada və Şlezviq-Qolşteyndə) yaşayan, alman dilli inqevon qrupuna daxil olan azsaylı xalq. == Tarixi == III əsrdən başlayaraq, xüsusilə, V əsrin ortalarında - xalqların böyük köçü zamanı friz tayfaları qonşu alman tayfaları olan anqlar, sakslar, yutlar və danlarla birlikdə Roma tərəfindən xristianlaşdırılmış kelt tayfalarından olan brittlərin, həmçinin skottların və piktlərin üstünlük təşkil etdiyi Britaniyaya köç etdilər. Orta əsrlərdə frizlər ən hündürboylu avropalılar hesab olunurdular. 1864-cü ilədək frizlərin müasir torpaqlarının bir hissəsi Danimarkaya məxsus olmuşdur. Onların məskunlaşdıqları tarixi ərazilər Friziya adlandırılmışdır. Bu qədim xalq zəngin tarixə və xalq yaradıcılığı ənənələrinə malikdir. Frizlərin sayı təxminən 410 min nəfərdir (1992-ci il). Friz dilləri qrupu Hind-Avropa dil ailəsinə aid olan alman dil qrupuna aiddir. Friz dili ənənəvi olaraq qərbi friz, şimali friz və şərqi friz dillərinə bölünür. Dini etiqadlarına əsasən frizlərin əksəriyyəti kalvinistlər və lüteranlardır, onların arasında katolik dininə ediqad edənlər də vardır.
Fizzə
Fizzə (ərəb. فضه نوبیه‎) — Fatimə bint Məhəmmədin xadiməsi. İslam peyğəmbərinin zamanındakı döyüşlərin birində Fizzə müsəlmanların vasitəsi ilə əsir olaraq sonra peyğəmbərin yanına gətirilib, döyüşçü payı adı ilə Əli bin Əbu Talibin evinə göndərmişdir. Onun hansı döyüşdə əsir olduğuna görə bir sənəd yoxdur. Əlbəttə Əllamə Məclisi Biharül Ənvar kitabında bir rəvayətdə nəql edir ki, Fizzə Hind şahlarının birinin qızıymış ki, bu rəvayət sənəd baxımından araşdırılmalıdır. == Məşhurluğunun səbəbi == Fizzənin Məşhurluğunun nədəni onun Fatimə Məhəmməd qızından nəql etdiyi hədislərə görədir eləki Ömər onun üçün demişdir: Əbu Talib tayfasının bir teli Odəy (ərəb. عدى‎) elinin hamısından bilici və daha fəqihdir. deyiblər ki o, 20 il Fatimənin vəfatından sonra Qurandan başqa söz danışmayıb və camaatla Quran yolu ilə danışıb. === Dualarının qəbul olunması === Onun dualarının Allah tərəfindən tez qəbul olunması məşhurdur.Məsabihül Qulubda yazılıb:Əmirəl Möminin,Fatimə,Həsən və Hüseyn hər biri bir gecə orucluq ayında Rəsulullahı iftar üçün qonaq çağırdılar, Fizzənin özündən evi olmamağına baxmayaraq peyğəmbəri çox sevdiyi və qonaq çağırmaq həvəsi ilə beşinci axşamda o, peyğəmbəri dəvət etdi. peyğəmbər beşinci axşam Fizzənin gözləri gəlməsinə inanmayaraq Fatimənin evinə gəldi.
Fizzə Məmmədova
Fizzə Məmmədova (Tam adı: Fizzə Sadıx qızı Məmmədova; d. 1953 22 aprel, Naxçıvan) — AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent, “Təmiz Dünya” İctimai Birliyinin sədri. == Həyatı və Təhsili == Fizzə Məmmədova 1953-cü il 22 aprel tarixində Azərbaycanın Naxçıvan bölgəsində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Kimya üzrə fəlsəfə doktorudur. Namizədlik (PhD) dissertasiyasının mövzusu 02.00.02 – analitik kimya, ixtisas şifri isə "Azosafraninlər stibium və bismutun ekstraksiyalı-fotometrik təyinində"dir. Fizzə Məmmədova pedoqoji fəaliyyətlə yanaşı, həm də “Təmiz Dünya” İctimai Birliyinin sədridir. == Pedoqoji fəaliyyəti == Fizzə Məmmədova fiziki kimya ixtisası istiqamətində 182 elmi əsərin, 10-dən çox elmi publisistik məqalənin, o cümlədən 8 şadətnamənin, 7 müəlliflik şadətnaməsinin, 1 patentin, 1 monoqrafiyanın, 2 qrant layihəsinin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin 17-si xaricdə çıxmışdır. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 3 məqaləsi çap olunmuşdur.