is. [
fars. ]
1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə.
Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir.
[Mirqasım:] Matanda naz və şivə əsla yox idi. Çəmənzəminli.
□ Naz eləmək (qılmaq, satmaq, göstərmək) – nazlanmaq, əzilib-büzülmək, naz və işvə etmək.
Bir belə cavanın ağlı kəm olsa; Baxasan ki, sevgisinə naz eylər. M.P.Vaqif.
Hərçənd xublərdə bu adətdi, naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani.
Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı. Mir Cəlal.
2. bax
naz-nemət.
[Nəsir] istəyəcəkdi ki, qardaşı kimi naz və nemət içində yaşasın. S.Hüseyn.
Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. Ə.Vəliyev.
3. məc. Nazənin, nazlı qız mənasında.
Qızdı, nazdı, min tümən azdı. (Məsəl).
[Nigar xanım:] Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! “Koroğlu”.
4. Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feli ilə). Naz eləyir, alacaq.
– [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov.
5. Şıltaq, ərköyünlük. □
…nazı ilə oynamaq –
…dediyini eləmək,
…istəyinə əməl etməyə, hər tələbini, şıltağını yerinə yetirməyə çalışmaq. Uşağın nazı ilə oynamaq.
– [Səlimə:] Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. Ə.Haqverdiyev.
[Vahidov:] Şöhrət də övlad kimidir, Fizzə, olmayanda qüssəsini çəkirsən, olanda gərək nazıyla oynayasan. Ə.Məmmədxanlı.
Nazını çəkmək – çox əzizləmək, hər əziyyətinə dözmək, hər istəyinə əməl etmək.
Gözün gər içsə qanım nazını çəkmək münasibdir. S.Ə.Şirvani.
[Atabala Arazın] hər nazını çəkir, hər şıltağına dözür. A.Şaiq.
6. Nazla şəklində
zərf – əzilə-əzilə, naz eləyərək, naz və qəmzə ilə, nazlı-nazlı. Nazla danışmaq. Nazla yerimək.
– Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir.
◊ Özünü naza qoymaq – əzilib-büzülmək, əda göstərmək, naz eləmək. Qızlar Güldanədən oxumasını xahiş etdilər.
O, əvvəlcə özünü naza qoydu, razı olmadı. Ə.Vəliyev.