Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Görünmə böyüklüyü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır. Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir.
Radara Görünmə Sahəsi
Radara görünmə sahəsi (RCS) bir obyektin radarla nə qədər aşkar oluna biləcəyinin ölçüsüdür. Daha böyük bir RCS, bir obyektin daha asan aşkar edildiyini göstərir. Bir obyekt mənbəyə məhdud bir miqdarda radar enerjisi təqdim edir. Buna təsir edən amillər bunlardır: Hədəfin hazırlandığı material; Hədəfin hədəfi işıqlandıran radar siqnalının dalğa uzunluğuna nisbətən ölçüsü; Hədəfin mütləq ölçüsü; İnsident bucağı (hədəfin formasından və radar mənbəyinə istiqamətlənməsindən asılı olaraq radar şüasının hədəfin müəyyən bir hissəsini vurduğu bucaq); Əks olunan bucaq (əks olunan şüanın hədəfə dəydiyi hissədən ayrıldığı bucaq; insident bucağından asılıdır); Hədəfin istiqamətinə görə ötürülən və alınan radiasiyanın polirizasiyası. Hədəflərin aşkarlanmasında vacib olsa da, ötürücü gücü və məsafə RCS hesablamasına təsir edən amillər deyil, çünki RCS hədəfin əks-ediciliyinin bir xüsusiyyətidir. Radara görünmə sahəsi təyyarələrin geniş aralıqlarda aşkarlanması üçün istifadə olunur. Məsələn, bir stels təyyarədə (aşağı səviyyədə radarlar tərəfindən aşkarlanmağa imkan verən bir formada hazırlanmış təyyarə) aşağı səviyyədə radara görünmə sahəsi verəcək dizayn xüsusiyyətləri (radar əmici boya, düz səthlər, radarları xüsusilə mənbədən fərqli bir yerə əks etdirməsi üçün xüsusi maili səthlər) olacaqdır. Sərnişin təyyarəsinin radara görünmə sahəsi isə çılpaq metallar, mənbəyə ötürülən siqnal əksi, zəmanətli yuvarlaq səthlər, mühərriklər, antenalar və s. struktur xüsusiyyətlərinə görə daha böyük olacaqdır. Radara görünmə sahəsi, xüsusilə təyyarələr və ballistik raketlərlə əlaqəli tətbiqlərdə, radar stels təyyarə texnologiyasının ayrılmaz bir hissəsidir.
Görəmə Milli Parkı
Görəmə Milli Parkı — Türkiyənin Nevşəhər vilayətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısındadır. == Yerləşməsi == Milli park Orta Anadolunun Həsən-Ərciyəs vulkanik dağı bölgəsində yerləşir. Milli park sıldırımlı yamaclardan, allüvial vadilərdən, eroziyaya uğramış təbəqələrdən ibarətdir. Vulkanik quruluşa malik parkın tarixi bölgəsində isə Bizans memarlığı sərgilənir. Bölgədə bir zaman yaşayanlar digərlərindən fərqli olaraq uzun müddət Bizans hakimiyyətindən uzaq qalmışdırlar. Bura olan yolların uzaqlığı və girintili-çıxıntılı relyrfi burada gizlənənlər üçün ideal şərait yaratmışdır. Burada ilk monastrlar III-IV əsrlərdə tikilmişdir. Monastrlar tikilmiş və divarlar rənglənmişdir. Milli parkda Ürgüp, Ovçular, Üçhisar, Çavuşini, Yeni Zelve kimi zəngin tarixə və mədəniyyətə sahib yaşayış məntəqələri də yerləşir.
Dostlar Görüşəndə (1980)
Dostlar görüşəndə (film, 1980)
Yollar görüşəndə... (film, 1979)
Yollar görüşəndə — rejissor Ramiz Mirzəyevin filmi. Televiziya tamaşası saf məhəbbətdən bəhs edir. O məhəbbətdən ki, onun qabağında heç bir maneə, heç bir sədd dayana bilmir. Mais (Yaşar Nuri) elmi işçidir və çox inadkardır. Necə deyərlər tutduğunu qoparan biridir. Təsadüf elə gətirir ki, o işlədiyi institutun direktoru Rza müəllimin (Səməndər Rzayev) qızı Çiçəyə (Səidə Quliyeva) aşiq olur. Çiçək də Maisə qarşı etinasız deyil. Lakin məsələ burasındadır ki, Çiçəyin bir həftədən sonra nişanlısı Həmidlə (Rəfael Dadaşov) toyu olmalıdır. Toya hazırlaşan ailələrin planlarını məhz Mais alt-üst edir.
Harri Secalla görüşəndə (film, 2017)
Harri Secalla görüşəndə (hind: जब हैरी मेट सेजल; Rom: Jab Harry met Sejal) — İmtiaz Əlinin rejissoru olduğu və 4 avqust 2017-ci ildə nümayiş etdirilən hind filmidir. == Süjet xətti == Bu film Harri və Secalın Avropaya səyahətinin hekayəsidir. Secalın nişan üzüyünün axtarışına çıxması Harrinin sevgi və eşq münasibətlərini daha yaxşı başa düşməsinə səbəb olur. Secal isə Harrinin şirkətində yenicə tapdığı azadlığının və təhlükəsizliyinin dadını çıxardır.