Beycəsultan
Beycəsultan – Anadolunun (Türkiyə) cənub - qərbində e.ə. 5–2-ci minilliklərə aid yaşayış məskəni. 1954–59-cu illərdə S. Lloyd tərəfindən tədqiq edilmişdir. İkinci kazıntı işlərini Dr. Eşref Abayın rəhbərliyi ilə Egey Universitetinin bir qrup tədqiqatçıları aparmışdır.
== Ümumi məlumat ==
Ümumi qalınlığı 25 m-dən çox olan 40 mədəni təbəqə aşkar olunmuşdur. Son Eneolitə aid təbəqələrdə (e.ə. 5-ci minillik–4-cü minilliyin ortaları) çiy kərpicdən tikilmiş düzbucaq formalı, 4-cü minilliyin ortalarına doğru isə meqaron tipli evlər və onları əhatə edən divarlar, üzəri ağ naxışlı camlar və qablar, mis bizlər, sancaqlar, xəncər qalığı, gümüş üzük aşkar olun muşdur. Keçi, qoyun, öküz, donuz və s. heyvan sümüklərinin tapılması onların əhliləşdirilməsini sübut edir.