Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göydərə
Göydərə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Göydərə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Göydərə (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Göydərə (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd.
Göytəpə
Qəsəbələr Göytəpə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda şəhər. Kəndlər Göytəpə (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Göytəpə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Göytəpə (Bükan) — Göytəpə (Urmiya) — Göytəpə-i Lalə (Qoşaçay) — Göytəpə-i Xaləsə (Qoşaçay) — Digər Göytəpəçay — Cəlilabad rayonu ərazisində çay. Göytəpə su anbarı — Cəlilabad rayonu ərazisində Göytəpəçayın məcrasında su anbarı Göytəpə bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə. Göytəpə döyüşü — Axal-Təkə ekspedisiyasının epizodu. Göytəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Göytəpə yaşayış yeri Göytəpə — İrəvan quberinyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda dağ. Göytəpə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda təpə.
Göydərə (Culfa)
Göydərə (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. == Toponimikası == Əlincə çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Aradərə olmuşdur. XIX əsrdə Cənubi Azərbbaycandan gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Noraşen adlandırılmışdı. 1992-ci ildən kəndin adı dəyişdirilərək Göydərə kimi rəsmiləşdirilmişdir. == Tarixi == Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisi 1448 nəfərdir. === Tanınmış şəxsləri === Eldəniz Məmmədov - idmançı, polis zabiti - karate üzrə 2 kat dünya çempionu (dünya rekortmeni). Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki.
Göydərə (Kəlbəcər)
Göydərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Göydərə (Lerik)
Göydərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Gövdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Tədqiqatçılar oykonimi Göydərə coğrafi adının təhrifə uğramış forması hesab edirlər. Azərbaycan dilinin dialektlərində qav/gav/gov ot yeyən mal-qaraya deyilir. TalıŞərqqo sözü mal-qara mənasında işlənir. Butun hallarda toponim "mal-qara dərəsi" mənası ilə bağlıdır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salındığından belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Din == Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərir.
Göydərə (Miyanə)
Göydərə (fars. گوگدرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 491 nəfər yaşayır (125 ailə).
Göydərə (Qobustan)
Göydərə — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tatixi == == Coğrafiyası və iqlimi == Kənd coğrafi mövqeyinə görə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərbində yerləşir. Göydərə kəndi insan sağlamlığı üçün vacib olan son dərəcə rütubətsiz və əlverişli quru iqlim şəraitinə malikdir. Kəndin dəmyə torpaqlara və geniş otlaq sahələri var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === İlqar Məmmədov — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri. Telman Güləliyev — biologiya elmləri namizədi. Ağaseyid Camalov — cərrah. Vəli Vəliyev — iqtisad elmləri namizədi. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Göydərə (Əbhər)
Göydərə (fars. مهستان‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 386 nəfər yaşayır (95 ailə).
Göydərə dağı
Göydərə dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1587,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında zirvə. Əlincəçayın sağ sahilində, eyniadlı kənddən 800 m qərbdə yerləşir. Oturacağının diametri 2 km, nisbi hündürlüyü 350 m-dir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi konusvari yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentilə Naxçıvan çökəkliyinin təmas zolağında, Saltaq-Kotandağ antiklinalının maqmatık kütlə ilə yarılmış periklinal hissəsində yerləşir.
Göydərə nekropolu
== Coğrafi mövqeyi == Göydərə nеkrоpоlu, Culfа rаyоnunun Göydərə kəndindən şimаl-qərbdə, hündür dаğ yаmаcındа yеrləşir. Qərbdə dərə, şimаldа dаğ silsiləsi, şərqdə və cənubdа Göydərə kəndi ilə əhаtələnir. == Haqqında == Yаşаyış yеrində 1990-1991–ci illərdə kəşfiyyаt хаrаktеrli tədqiqаt işləri аpаrılmışdır. Nеkrоpоldаkı qəbirlərin hаmısı qərb-şərq istiqаmətindədir. Оnlаrın bаşdаşılаrı sахlаnmаmışdır. Sinə dаşlаrı dördkünc prizmаtik fоrmаdаdır. Burаdа həmçinin qоç dаşlаrа və sənduqələrə təsаdüf оlunur. Sənduqələrin bir qismi düzbucаqlı əsаs üzərində hаzırlаnmış və yuхаrıdа tаğvаri fоrmаdа tаmаmlаnmışdır. Bəzi qəbirlərin üzərində Ərəb əlifbаsı ilə kitаbələrə təsаdüf еdilir. Qəbirlərdən birinin yаn tərəfində Аzərbаycаnın Оrtа əsr təsviri sənəti üçün хаrаktеrik оlаn tüfəng və qılınc təsvir еdilmişdir.
Göytəpə (Ağdam)
Göytəpə — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Göytəpə (Bicar)
Göytəpə (fars. گوگ تپه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (9 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Göytəpə (Biləsuvar)
Göytəpə (fars. گوگ تپه‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,678 nəfər yaşayır (374 ailə).
Göytəpə (Bükan)
Göytəpə (fars. گوگ تپه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 113 nəfər yaşayır (21 ailə).
Göytəpə (Cəlilabad)
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. == Tarixi == Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Göytəpə (Urmiya)
Göytəpə (fars. ‎‎گوگ تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.804 nəfər yaşayır (482 ailə).
Göytəpə (İsmayıllı)
Göytəpə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 392 nəfərdir ki onunda 199 nəfəri kişi, 193 nəfəri qadındır.
Göytəpə bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göytəpə döyüşü
Göytəpə döyüşü — Axal-Təkə ekspedisiyasının epizodu. Göytəpə müdafiəçiləri barədə bunları yazırdılar: Əsrlərlə tarixi boyu türkmən (burada Türkmənistan xalqı. -tərc.) yoxuş və enişlər yaşamışdır, möhtəşəm imperiyalar yaratmış və onların süqutunu görmüşdü. Ama son əsrlər türkmənlər üçün ən yaxşıları deyildi. Türkmənistanı didirdilər və tikələrə parçalayırdılar. 19 əsrin əvvəli və ortasında türkmən tayfalarının bir dövlətdə birləşməsi üçün önşərtlər yarandı, lakin Türkmənistan üzərində qara buludlar sxılaşırdı. 60 cı illərdən Rusiyanın Orta Asiyaya müdaxiləsi başlayır. Sovet ədəbiyyatında bu hadisələrin işıqlandırılması türkmən tayfalarının arasında barışmaz düşmənçilik təəsuratını yaradıb. Ancaq hərbi əməliyyatlar onu göstərir ki, türkmənlər çar əleyhinə ittifaqa nail ola biliblər. 1873 cü ildə Çandır yaxınlığındaki döyüşdə çar qoşunlarına birləşmiş əlili, əmrəli, qaradaşlı, covdur, göklən, yomud və təkə tayfalarının qoşunları çıxmışdı.
Göytəpə kilsəsi
Göytəpə kilsəsi — Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi. == Haqqında == Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi 1878-ci ildə tikilmişdir. Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində bu kilsənin inşa edilməsi qərara alınıb. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır. Kilsə Turizm və Mədəniyyət Nazirliyinin sərəncamındadır. Yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində hazırda Göytəpə şəhər kitabxanası yerləşdirilib.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. == Yarpaq == Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. == Çiçək == Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Səbihə Göyçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Oxygène
Oxygène ( fr. Oxygèneɔksiˈʒɛn, ing. Oxygen, azərb. Oksigen‎) fransız elektron musiqiçisi və bəstəkarı Jan Mişel Jarrın üçüncü studiya albomudur. Jarr bu albomu müxtəlif analoq sintezatorlardan və bir rəqəmsal sintezatordan, həmçinin digər elektron alətlərdən və effektlərdən istifadə edərək müvəqqəti ev səsyazma studiyasında qeyd etdi.Sonradan albom bestseller oldu və Jarrın əsas uğur qazanan ilk albomu oldu.O andan etibarən elektron musiqinin inkişafında çox təsirli oldu və "yetmişinci illərin sintezator inqilabına rəhbərlik edən" albom kimi təsvir edilmişdir.
Göytəpə Arxeoloji Parkı
Göytəpə (ing. Goytepe) — Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir,Qovlar şəhəri ərazisində yerləşir == Göytəpə Arxeoloji Parkı == Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləmxanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Göytəpə q.y.y. Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. Araşdırmalara əsasasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubu Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir. == Arxeologiya == 2008-ci ildə tanınmış Azərbaycan arxeoloqu professor, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlamışdır.
Göytəpə su anbarı
Göytəpə su anbarı — Azərbaycan Respublikasının cənub bölgəsində Cəlilabad rayonu ərazisində Göytəpəçayın məcrasında yerləşir. Su anbarının işçi layihəsi 1985-1986-cı illərdə tərtib olunmuş və tikintisinə başlanmışdır. 1990-cı illərdə Azərbaycan Respublikasında çətin vaxtlar yaşanırdı, iqtisadiyyatın tənəzzül dövrü idi. Bununla əlaqədar olaraq su anbarının tikintisi yarımçıq qalmış, torpaq bəndin və qapalı suvarma şəbəkəsinin tikintisi qismən yerinə yetirilmişdir. Lakin sonrakı dövrlərdə (20 ildən sonra) Göytəpə su anbarının bərpasına böyük ehtiyac olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 01 fevral 33s saylı sərəncamına əsasən həmin obyektin layihələndirilməsinə və tikintisinə vəsait ayrılmışdır. Layihə sənədləri "Azdövsutəslayihə" institutu tərəfindən hazırlanmış və tikinti işləri 2010-cu ildə başa çatmışdır. 30 aprel 2010-cu ildə tikintisi başa çatmış, Prezident İlham Əliyevin iştirakı ilə Göytəpə su anbarının açılış mərasimi keçirilmışdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 550m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. Suvarılacaq sahə 500 hektardır.
Göytəpə yaşayış yeri
Göytəpə yaşayış yeri — Qərbi Azərbaycan ostanının Urmiya ərazisində aşkar edilmiş arxeoloji abidə. == Ümumi məlumat == Göytəpə yaşayış yeri Urmiya gölünün qərbində, Urmiya şəhərindən 7 km cənub-şərqdə yerləşir. Abidədə aparılan səkkiz qazıntı sahəsindən yalnız birində Kür-Araz mədəniyyətinə aid edilən "K" təbəqəsinə rastlanmışdır. Abidənin mərkəzində yerləşən I qazıntı sahəsində (83 m²) Kür-Araz mədəni təbəqəsi bilavasitə Eneolit dövrünə aid edilən "М" təbəqəsinin üzərində yerləşir. Göytəpənin "K" təbəqəsi Barton- Braun tərəfindən aşağıdan yuxarıya doğru K1, K2, K3 olmaqla, üç tikinti qatına bölünmüşdür. Xarakterik keramika ilə fərqlənən bu tikinti qatlarındakı memarlıq qalıqları qazıntılar zamanı öyrənilməmişdir. Aşağı K1 təbəqəsində qalın kül layları halında güclü yanğın izləri, kömür qalıqları, ev tavanlarının yanmış ağaclarının qalıqları aşkar olunmuşdur. Bu təbəqədən, həmçinin çiy kərpicdən hörülmüş böyük divarın bir hissəsi də aşkar edilmişdir. Onun eni 1,65m-dir. == Tapıntılar == K2 və K3 tikinti qatlarında müxtəlif dərinliklərdə çiy kərpicdən divar qalıqlarına, kiçik çay daşlarından hörülmüş təməl qalıqlarına rast gəlinmişdir.
Qoyqəşəm məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. == Aşağı məhəllə == Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. == Biləndərlilər məhəlləsi == Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Gölgede Aynı (albom)
Gölgede Aynı – Mustafa Sandal-ın 1996-cı ildə çıxardığı 2-ci albomudur. == Mahnı haqqında == "Gölgede Aynı" albomu Mustafa Sandalın ikinci albomudur. İlk klip "Araba" musiqiyə çəkilmişdir. Bu klip hit-paradlarda uzun müddət uğur əldə etmişdir. Mahnının sözləri və musiqisi Mustafa Sandala məxsusdur. Ardınca "Jest Oldu" mahnısına klip çəkilir. Bu mahnı da böyük uğur qazanır. 1997-ci ildə "Bir Anda" musiqisinin remiksinə klip çəkilir.