Göytəpə su anbarı

Göytəpə su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAzərbaycan Azərbaycan
Cəlilabad
Uzunluğu2,15 m
Eni0,55 m
Sahəsi0,65 m²
Həcmi0,0038 m³
Orta dərinliyi16 m
Göytəpə su anbarı (Azərbaycan)


Göytəpə su anbarıAzərbaycan Respublikasının cənub bölgəsində Cəlilabad rayonu ərazisində Göytəpəçayın məcrasında yerləşir.

Su anbarının işçi layihəsi 1985-1986-cı illərdə tərtib olunmuş və tikintisinə başlanmışdır.

1990-cı illərdə Azərbaycan Respublikasında çətin vaxtlar yaşanırdı, iqtisadiyyatın tənəzzül dövrü idi. Bununla əlaqədar olaraq su anbarının tikintisi yarımçıq qalmış, torpaq bəndin və qapalı suvarma şəbəkəsinin tikintisi qismən yerinə yetirilmişdir.

Lakin sonrakı dövrlərdə (20 ildən sonra) Göytəpə su anbarının bərpasına böyük ehtiyac olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 01 fevral 33s saylı sərəncamına əsasən həmin obyektin layihələndirilməsinə və tikintisinə vəsait ayrılmışdır. Layihə sənədləri "Azdövsutəslayihə" institutu tərəfindən hazırlanmış və tikinti işləri 2010-cu ildə başa çatmışdır.

30 aprel 2010-cu ildə tikintisi başa çatmış, Prezident İlham Əliyevin iştirakı ilə Göytəpə su anbarının açılış mərasimi keçirilmışdir[1].

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 550m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. Suvarılacaq sahə 500 hektardır.