Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözəlləmə
Gözəlləmə – gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşma.Adından göründüyü kimi əksərən qoşma və müxəmməs formalı gözəlləmələrdə qadın və qızların zahiri cazibədarlığı, yaraşığı, ağıl və mərifəti təsvir, onlara hörmət və məhəbbət duyğuları tərənnüm olunur. Gözəlləmələr həm dastan daxilində, həm də ayrı müstəqil əsər kimi ifa edilirlər. Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çəkilir, kəmnişanları, xasiyyətləri və s. haqqında məlumat verilir. Məsələn, Ələsgərin müasiri olduğu, toyda-düyündə, şadlıq məclislərində və s. gördüyü Kəklik, Gülxanım, Maral, Sarıköynək, Ceyran, Səlbi, Bəyistan, Salatın, Tərlan, Yaxşı xanım, Güləndam, Güllü, Gülpəri, Leyli və s. gözəllər haqqında gözəlləmələri var: XVIII əsr aşığı Xəstə Qasımın gözəlləmələrindən bir nümunə: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild.
Gözləmə (Urmiya)
Gözləmə (az.-əbcəd گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Məni daha gözləmə (mahnı)
Məni daha gözləmə — azərbaycanlı bəstəkar Cavanşir Quliyevin mahnısıdır. Mahnının sözləri Kamal Abdullaya aiddir. Mahnı ilk öncə müğənni İradə İbrahimova üçün bəstələnmişdir. Lakin mahnını Zülfiyyə Xanbabayeva ifa etmişdir. Daha sonra mahnını Aygün Kazımova ifa etmək istəyir və bəstəkardan icazə alaraq ifa edir. Bəstəkar mahnını bir şərtlə Aygün Kazımovanın oxumasına icazə verir ki, ilk öncə mahnını Zülfiyyə Xanbabayeva təqdim edəcək. Bələliklə Aygün Kazımovanın ifası arxivdə qalır. 2020-ci ildə bəstəkar Cavanşir Quliyev öz rəsmi YouTube hesabında Aygün Kazımovanın ifasını dinləyicilərə təqdim etmişdir.