1. GÖZLƏMƏK (müxtəlif mənalarda) [İlyas:] Mən ərizəmi geri alana qədər oradaca oturub gözlədim (M.Hüseyn); BƏKLƏMƏK Səni çoxdan arayıb həsrət ilə bəklərdim; Sənsiz afaq qaranlıq görünürdü gözümə (A.Səhhət); GÖZƏTLƏMƏK Molla İbrahimxəlil: Qabaqdakı iksirin müddəti-təkmilinə qədər, yəni otuz bir gün gözətləyib, genə buraya qayıdarsınız (M.F.Axundzadə); İNTİZARINDA OLMAQ.
2. GÖZLƏMƏK, QEYDİNƏ QALMAQ, QORUMAQ