GÖZLƏMƏK

f. Bir şeyin və ya bir adamın intizarını çəkmək, intizarında olmaq. Qatarı gözləmək. Məktub gözləmək. Yoldaşlarını gözləmək. Qonaqları gözləmək.
– Şeyx tək otaqda … təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi. Ə.Haqverdiyev.
Vaqif çıxanda qapıda Mədinəyə rast gəldi, axşamdan orada durub gözləyirmiş. Çəmənzəminli.
Şükür artıq gözləyə bilmədi. S.Hüseyn.

2. Qorumaq, qeydinə qalmaq, qayğı çəkmək, muğayat olmaq. Özünü qatardan gözlə. Uşağı soyuqdəymədən gözləmək.
[Alacəhrə] …qoz ləpəsini dimdiklərkən həmişə ayaqlarını halqanın içinə düşməkdən gözləyər. S.S.Axundov.

3. Bir şeyin ümidində olmaq, arzusunda olmaq, əldə etməyə çalışmaq. Mükafat gözləmək. Mərhəmət gözləmək. Şad xəbərlər gözləmək.
[Qoruqçu] gətirdiyi xəbərə görə ənam gözləyirdi. Koroğlu”.
İxtiyar qadın Şirəlinin öz fikrindən tezliklə daşınacağını gözləyirdi. M.Hüseyn.

4. Ehtimal etmək, ümid etmək, düşünmək. Biz gözləyirdik ki, o, yaxşı işçi olacaq. Ata oğlan gözləyirdi, amma qız oldu. Gözlədiklərimiz doğru çıxdı.
5. Ciddi surətdə riayət etmək, yerinə yetirmək. Qayda-qanunu gözləmək. Əmək intizamını gözləmək.
– Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Ə.Haqverdiyev.
Mədəd isə üst-başına fikir verən, təmizlik və səliqə gözləyən adamdır. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖZLƏMƏK 1. GÖZLƏMƏK (müxtəlif mənalarda) [İlyas:] Mən ərizəmi geri alana qədər oradaca oturub gözlədim (M.Hüseyn); BƏKLƏMƏK Səni çoxdan arayıb həsrət ilə bəkl
  • GÖZLƏMƏK güdmək — pusmaq
  • GÖZLƏMƏK qorumaq
GÖZLƏMƏ
GÖZLƏNƏN

Digər lüğətlərdə

-сть ...саженный однопарти́йность отакела́живаться по-караи́мски предостерега́тельный прице́льность прове́ситься святота́тно ара́п вороши́ть откупа́ться официо́з полная вода́ котух обратить сандоль хорек blasphemous Krishnaism replace teat thermal reactor недоедание плащ